çərşənbə günü, 30 sentyabr 2026
     

Separatçı ermənilərə ittiham aktı Ermənistanın təcavüz müharibəsinin bütün anatomiyasını açır...

Image


Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb. İndi prokurorlar dövlət ittihamını elan edirlər. Bu ittiham sənədi 1988-ci ildən indiyə qədər Ermənistanın Azərbaycana təcavüzünün, demək olar ki, bütün tarixi ardıcıllığını göstərir. Sənəddə Ermənistanın təcavüzkarlıq ideologiyasını dövriyyəyə buraxması, təcavüzkarlıq məqsədilə xüsusi silahlı dəstələr yaratması, təcavüzkar müharibə planını hazırlaması kimi ciddi faktlar var.

Bu ittiham aktının daha geniş yayılması, bütün xalqın onunla tanış olması üçün məhkəmə başa çatdıqdən sonra bu ittiham aktının tam şəkildə çap edilib ictimaiyyətə çatdırılmasına ekspertlər necə baxır? Ümumiyyətlə, ittiham aktını tam şəkildə çap etmək olarmı? Çünki bu ittiham aktı Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə planını hazırlaması və həyata keçirməsinin tam anatomiyasını açır. Yəni necə oldu ki, bu təcavüzkar birliklər yarandı, erməni əhalini silahlandırdılar, onlar azərbaycanlıları kütləvi şəkildə öldürdülər, məqsəd nə idi, onlar hansı təcavüzkar ideologiyadan qidalanırdılar, haralardan dəstək alırdılar və sair məsələlər ittiham aktında əskini tapır.

Rauf Zeyni: “Məhkəmənin yekun qərarının tam mətni çap edilərək, həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır...”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, əsrin məhkəməsi kimi xarakterizə edilən Bakı məhkəməsi Azərbaycan, region və dünya tarixində çox böyük əhəmiyyət kəsb edir. “Bir qonşu dövlətin öz qonşusunun torpaqlarını işğal etməsi, ona qarşı soyqırım, terror, işğalçılıq siyasəti həyata keçirməsi çox dəhşətli bir hadisədir. Xüsusilə də bizim yaşadıqlarımızı dünya bilməyəndə bu ikiqat dəhşət olur. Bu, Ermənistan dövlət rəhbərliyinin qondarma “Arsaxın” “başçıları, Ermənistan Milli Assambleyası, bütün dünya erməniləri, erməni kilsəsi ilə birlikdə həyata keçirdiyi vəhşiliklərdir, insanlığa sığmayan soyqırım cinayətləridir. Məhkəmənin yekun qərarının tam mətni çap edilərək həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır ki, həm özümüz, həm də beynəlxalq aləm Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlərdən geniş şəkildə məlumat əldə etsin. Çünki bizim bildiklərimiz heç də məsələnin tam mahiyyəti deyil. Məsələ tam şəkildə məhkəmənin yekun sənədində öz əksini tapacaq. Bu faciələr, bu həqiqətlər tam şəkildə Azərbaycan xalqına çatdırılmalıdır”.

R.Zeyninin sözlərinə görə, bu elə bir tarixi məqamdır ki, biz bu tarixi sənəddən istifadə edib bütün dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətindən xəbərdar etməliyik. “Məhkəmənin ittiham aktı yalnız Azərbaycan dilində olmamalıdır, biz onu bütün dillərə tərcümə edib beynəlxalq səviyyədə yaymalı, bütün dövlətlərin parlamentlərinə, QHT-lərinə göndərməliyik. Bizimlə əməkdaşlıq edən beynəlxalq təşkilatlara da məhkəmənin yekun sənədi göndərilməlidir ki, sonra onlar “bizim məlumatımız olmayıb” deməsinlər. Yəni onlara söz demək imkanı verməməliyik”-deyə R.Zeyni bildirdi.

Xəyal Bəşirov: “Məhkəmə sənədinin qanunamüvafiq şəkildə yayılması çox yaxşı addım olardı”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov da "Bakı-Xəbər"ə bildirdi ki, uzun illər Azərbaycan xalqına qarşı ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin bir qismi Azərbaycan məhkəməsi qarşında mühakimə olunurlar. “Onlarla bağlı açıq məhkəmə prosesi həyata keçirilir. Orda dövlət sirrini təşkil edən məqamlar varsa onlarla bağlı dövlət tədbir görəcək, o istiqamətdə məhkəmələrin qapalı keçirilməsi təmin olunub, olunacaq. Burda söhbət bir dövlətin, bir toplumun 30 ildən artıq bir müddət ərzində digər dövlətə və xalqa qarşı törətdiyi ağır cinayətlərdən gedir ki, bu cinayətlərin gizlədilməsi ümumiyyətlə mümkün deyil. Xocalı, Qaradağlı, Başlıbel, Daşaltı, Kərkicahan olayları kimi faciələrin, soyqırım aktlarının, Birinci Qarabağ müharibəsi kimi təcavüzkar müharibənin gizlədilməsi mümkünsüzdür. Bunun konkret məhkəmə sənədləri ilə təsbit olunması prosesi istər-istəməz məhkəmənin gedişatında təmin olunur. Söhbət indiki mərhələdə 15 şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20-dən artıq ağır və xüsusilə ağır maddələri ilə mühakimə olunmasından gedir. Yəni burda çoxsaylı epizodlar var. Biz o proseslərin gedişatı ilə maraqlananda görürük ki, nə qədər zərərçəkmiş insan var. Söhbət yarım milyona yaxın zərərçəkmiş şəxsdən gedir. Burda təkcə onlar deyil, onların nümayəndələri, hüquqi varisləri də var. Kifayət qədər ciddi səs-küylü keçən, əsrin məhkəməsi hesab edilə biləcək məhkəmə prosesidir. Burda bir və neçə şəxsə qarşı deyil, bir topluma, bir xalqa, bir dövlətə, bir sivlizasiyaya qarşı törədilən cinayətlərdən söhbət gedir ki, azərbaycanlılar bundan çox böyük ağrı-acılar çəkib. Cinayət Prosessual qanunvericiliyimizə görə, prosesin məhkəmə istintaqı mərhələsi artıq bitib, növbəti mərhələ başlayır, bu mərhələdə artıq dövlət ittihamçıları, yəni prokurorlar dövlət ittihamına uyğun şəkildə ittihamı irəli sürəcəklər. Dövlət ittihamçıları çıxışlarında həmin o şəxslərə münasibətdə həm ibtiadi istintaq, həm də məhkəmə istintaqı mərhələsində istintaqı aparılmış o cinayətlətlə bağlı ittiham səsləndirəcəklər. Növbəti mərhələlərdə müdafiəçilərin və ittiham edilən şəxslərin çıxışları olacaq. Yekunda isə hakimlər müşavirə otağına gedərək onlara tətbiq edəcəkləri cəzanın yekun hissəsinin elan olunmasını həyata keçirəcəklər. Hesab edirəm ki, bizim qan yaddaşımıza yazılmış bu məsələ ilə bağlı məhkəmə sənədində əks olunan məqamların xalqımıza çatdırılması da vacibdir. Xalqımız o məsələlərin baş verməsi ilə bağlı detalları bilir, o detallar heç vaxt yaddan çıxmayacaq”.

X.Bəşirov qeyd etdi ki, Ermənistanın təcavüzü nəticəsində yalnız Azərbaycana, xalqımıza deyil, bütün regiona və region xalqlarına zərbə vurulub. “Bizim bölgədə etimad mühitinin belə gec bərpa edilməsinin səbəbi Ermənistanın törətdiyi ağır cinayətdir. Onlar elə bir nifaq, elə bir uçurum yaradıblar ki, onları aradan qaldırmaq üçün Azərbaycan dövləti əlindən gələni edir. Amma hələ də bu problemi aradan qaldırmaq olmur. Hesab edirəm ki, məhkəmə sənədində təsbit olunan məqamlar ictimaiyyət arasında yayılacaqsa ictimaiyyətimiz o cinayətlərin hansı formada, kimlər tərəfindən törədildiyini, Ermənistanın arxasında hansı dövlətlərin durduğunu, nə kimi dəstək verdiyini və sairi tam şəkildə öyrənə biləcəklər. Ermənistana bu cinayəti törətməkdə bütün istiqamətdə dəstək verən qüvvələr haqda da ətraflı məlumat əldə ediləcək...Məhkəmədə iştirak edən və ətraflarında olanların bu sənəd barədə məlumatı olacaq. Amma gələcək nəsillərə yol göstərilməsi baxımından bu məhkəmə sənədinin qanunamüvafiq şəkildə yayılması çox yaxşı addım olardı. Həqiqətən də həm Ermənistan, həm də Azərbaycan cəmiyyətinin gələcək nəsillərinə bu düşmənçiliyin heç bir fayda verməyəcəyinin bilinməsi üçün bu sənədin yayılması vacibdir. Xüsusən də bundan erməni cəmiyyətinin gələcək nəsilləri dərs almalıdır ki, nifaqı, düşmənçiliyi davam etdirmək olmaz. Yekun proses bitdikdən sonra, təbii ki, gizlilik də qorunmalıdır. Çünki bu cinayəti törədənlərin bir qismi hələ də azadlıqdadır”.

X.Bəşirov qeyd etdi ki, gələcəkdə o şəxslərin gizlənməməsi, onların aşkarlanıb məsuliyyətə cəlb edilməsi üçün məhkəmə sənədində elə məqamlar ola bilər ki, onları yaymamaq lazımdır, onlar gizli qalmalıdır”-deyə X.Bəşirov qeyd etdi.

X.Bəşirov hesab edir ki, məhkəmənin yekun aktında Ermənistanın müharibə cinayətləri ətraflı şəkildə öz əksini tapacaq.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ