çərşənbə günü, 30 sentyabr 2026
     

Azərbaycanın siyasi partiyalar sistemində yuxarıdan sərt islahat zərurəti tam yetişdi...

Image


Vüqar Rəhimzadə: “...Bu radikal qüvvələr tam demokratik mühitin hökm sürdüyü siyasi sistemimizdən çıxarılmalıdır”

Dünya dəyişir, cəmiyyətlər yenilənir, müasir çağırışlar yeni məqsəd və hədəfləri qarşıya qoyur. Dünya siyasətində yeni baxışlar, yeni yanaşmalar özünü göstərir, ölkələrin siyasi partiyaları, siyasi təşkilatları, beyin mərkəzləri də öz fəaliyyətlərini yeni çağırışlar istiqamətində qurur. Hansı partiyalar, siyasi qurumlar yeni çağırışlara, yeni düzənə uyğunlaşa bilirsə, köhnə təfəkkürdən və boyat ideyalardan, nimdaşlaşmış siyasətindən əl çəkirsə, o öz varlığını qoruya bilir, irəli gedir. Amma elə siyasi partiyalar da olur ki, yeniliyə uyuşmur, yeni siyasi düzənə qarşı çıxırlar və radikallıqdan, qarışdırıcılıq mövqeyindən əl çəkmirlər, onda onlara qarşı gərəyi olan addımlar atılır.

Dünya təcrübəsi göstərir ki, bir çox hallarda siyasi partiyaların özləri özlərini islah etmək istəməyəndə, yeni siyasi şəraitə uyğunlaşmaq istəməyəndə hakimiyyət yuxarıdan islahatlar aparmaq məcburiyyətində qalır. Bu islahatlar, doğrudur, heç də həmişə rahat həyata keçmir və insanlar tərəfindən asan həzm olunmur. Çünki heç bir siyasi qrup yeni sistemdə ona yer olmadığını, siyasi sistemi tərk etməli olduğunu qəbul etmək istəmir. Ancaq nə etmək olar ki, bəzən hansısa siyasi partiyalar üçün çətin qəbul oluna bilən qərarların verilməsi qaçılmaz olur.

Azərbaycanda bəzi radikal siyasi partiyalar var ki, 30 ildən çox siyasi səhnədə olmasına baxmayaraq, ciddi siyasi uğurlar qazana bilmir, uğursuzluq serial xarakter alanda isə daha da aqressivləşir, radikallaşır və siyasi mühit radikal mübarizə üsullarını qəbul etməyəndə bu cür partiyalar faktiki olaraq cəmiyyətdən xaric olunub kənara atılır. Bəzən elə olur ki, dövranını sürmüş, heç bir uğur qazsanmamış partiyalar özlərini könüllü şəkildə buraxmaq istəmir və siyasi partiyalar sistemində problemə çevrilməyə başlayırlar. Azərbaycanın siyasi partiyalar sistemində bu gün belə vəziyyət yaranıb.

Siyasi strateqlər belə vəziyyətdən çıxış yolunu siyasi partiyalar sistemində yuxarıdan aparılan islahatlarda görürlər.

İslahatlar necə aparıla bilər?

Bu gün ölkədə siyasi partiyalar sistemində radikallar var, konstruktiv müxalifət partiyaları var. Bu siyasi partiyalar sistemində hansı islahatlar aparmaq lazımdır? Elə partiyalar var ki, heç bir prosesə qatılmır, seçkilərdə iştirak etmir, ancaq ortalığı qatmaqla məşğuldurlar. İndiki şəraitdə bu partiyaların taleyi necə olmalıdır və necə islahat aparılmalıdır? Azərbaycanın siyasi partiyalar sistemində hansı islahatlara ehtiyac var?

Millət vəkili, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə baki-xeber.com-a bildirdi ki, demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri, təbii ki, çoxpartiyalı sistemin yaradılmasıdır. Millət vəkili qeyd etdi ki, ölkəmizdə siyasi partiyaların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması göz önündədir. “1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq, 2022-ci ildə “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul olunması da deyilənlərin bariz nümünəsidir. Ölkəmizdə keçirilən seçki proseslərində müxtəlif siyasi partiyaların iştirakı, həmçinin onları təmsil edən namizədlərin qatılması, heç bir ayrıseçkiliyə yol vermədən seçkilərin bütün mərhələrində eyni şəraitin yaradılması da günümüzün reallıqları sırasındadır”.

V.Rəhimzadə vurğuladı ki, Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasında da məqsəd siyasi partiyalarla hakimiyyət arasında əlaqələrin daha da möhkmləndirilməsinə dəstək olmaqdır: “Ölkə iqtidarı daim siyasi dialoq tərəfdarı olduğunu nümayiş etdirir və bu istiqamətdə lazımi addımları atır. Bu addımlar Azərbaycanda vətəndaş həmrəyliyi və birliyinin daha da möhkəmləndirlməsinə, ölkəmizin davamlı inkişafına xidmət edir”.

V.Rəhimzadə qeyd etdi ki, Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyümüzün bərpası, bütün ərazilərimizdə suverenliyin tam təmin edilməsi həm ölkə daxilində, həm də xaricində bəzi qüvvələri rahat buraxmır. “Həmin qüvvələrin əsas məqsədi nəyin bahasına olursa-olsun ölkəmizin əleyhinə yalan, böhtan xarakterli məlumatlar yaymaq, Azərbaycan hakimiyyətinin uğurlu və milli maraqlara xidmət edən siyasətinə ləkə yaxmaqdır. Ölkə daxilində bu üzdəniraq missiyanı AXCP və Müsavat partiyaları yerinə yetirir. Anti-Azərbaycan qüvvələrin sifarişlərini icra edən məlum cütlük ölkəmizin milli, dövlət maraqlarının əleyhinə fəaliyyət gəstərir. Ölkəmizin heç bir uğurunu, qələbəsini həzm edə bilməyən AXCP və Müsavat partiyaları üçün Azərbaycana qarşı mübarizə əsas fəaliyyət istiqamətinə çevrilib. Bu qüvvələr 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizdən keçən beş il müddətində ölkəmizin maraqlarına qarşı bədnam əməllərini sosial media platformaları üzərindən davam edirirlər. Hər fürsətdə ölkəmizdəki ictimai-siyasi sabitliyə, əminamanlığa kölgə salmağa çalışan AXCP və Müsavat partiyaları normal, sivil mübarizə formalarından uzaqlaşaraq ölkəmizdə keçirilən heç bir seçki prosesində istirak etmirlər. Cünki xalqdan hec bir dəstəyə malik olmadıqlarından seçkilərdə məğlub olacaqları qaçılmazdır. Cəmiyyətimiz daim dövlətimizə qarşı olan bu radikalların iç üzünə yaxşı bələddir. Belə olan halda onların fəaliyyət göstərməsinə nə ehtiyac var? Tarixi Qələbəmizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına sevinə bilməyənlərə, milli, dövlət maraqları əleyhinə fəaliyyət göstərənlərə siyasi sistemdə yer yoxdur. Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutan, onun sabitliyinə, təhlükəsizliyinə təhdid yaradan heç bir qüvvə siyasi sistemdə fəaliyyətini davam etdirə bilməz. Ona görə də bu radikal qüvvələr tam demokratik mühitin hökm sürdüyü siyasi sistemimizdən çıxarılmalıdır. Ölkəmizdə mövcud olan möhkəm sabitlik və xalq-iqtidar birliyi dövlətimizin inkişafında, daha da güclənməsində mühümü rol oynayır. Yeni dövrə qədəm qoyan güclü, qüdrətli Azərbaycanda milli birliyi pozmağa cəhdlər edən, təhdid yaradan, ölkəmizin milli, dövlət maraqlarının əleyhinə fəaliyyət göstərən, xarici dairələrdən sifariş alan təxribatçı qüvvələrin fəaliyyətinə yer yoxdur və son qoyulmalıdır”-deyə V.Rəhimzadə bildirdi.

Bəhruz Quliyev: "

Bəhruz Quliyev: “AXCP və Müsavat partiyası kimi radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir”

Bu barədə baki-xeber.com-a danışan “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyevin fikrincə də, radikal mövqe tutan, dağıdıcı davranışlar sərgiləyən siyasi qrupların, AXCP və Müsavat kimi siyasi partiyaların ləğv olunması barədə müvafiq addımların atılması zərurətə çevrilib və bu, cəmiyyətin tələbi olaraq özünü göstərir.

“Artıq ölkədə “hakimiyyətə qarşı olmaq üçün müxalifətdə olmaq” dövrü başa çatıb. Cəmiyyət bu gün milli maraqları, dövlətçiliyi və sabitliyi ön planda tutan, konstruktiv fəaliyyət göstərən siyasi qüvvələri dəstəkləyir”-deyə bildirən B. Quliyev qeyd etdi ki, uzun illər radikal düşərgə, xüsusilə AXCP və Müsavat kimi qruplar, torpaqlarımızın 20 faizinin işğal altında qalması faktından siyasi alət kimi istifadə edir, bu ağrılı məsələdən manipulyativ şəkildə yararlanırdılar. “Onlar cəmiyyətin ağrılarını istismar edir, bu yolla siyasi təsir imkanlarını qorumağa çalışırdılar. Amma Vətən müharibəsindən sonra bu rıçaq tamamilə sıradan çıxıb. Bu gün xalq yaxşı bilir ki, radikal ünsürlər nəinki dövlətə, heç xalqa da fayda gətirmir. Əksinə, belə destruktiv yanaşmalar ölkənin inkişafına, ictimai sabitliyə və milli həmrəyliyə zərbə vurur.

Bir faktı da xatırladım ki, AXCP və Müsavat artıq uzun illərdir ölkədə keçirilən seçkilərdə - istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edirlər. Onlar seçki prosesini gözdən salmaq, ölkənin siyasi sisteminə inamsızlıq yaratmaqla məşğuldurlar. Əslində, bu partiyalar müxalifət yox, destruktiv narazılıq mərkəzinə çevrilib, anti-Azərbaycan fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yaratdıqları “trol qrupları” vasitəsilə cəmiyyətə nifrət, təhqir və qarşıdurma püskürdür, konstruktiv düşüncəli siyasi qüvvələri ləkələməyə çalışırlar. Bu, artıq siyasi fəaliyyət deyil, sosial xaosun təbliğatıdır.

Belə bir şəraitdə, AXCP və Müsavat partiyası kimi radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir. Necə ki, bu gün bir çox demokratik ölkələr, o cümlədən Gürcüstan cəmiyyət üçün təhdidə çevrilən destruktiv partiyalara qarşı hüquqi addımlar atır. Dövlətin və xalqın təhlükəsizliyini, sabitliyini qorumaq hər bir demokratik dövlətin borcudur," - deyə ekspert əlavə edib.

B.Quliyev bildirdi ki, əgər bu cür radikal partiyaların fəaliyyətinin dayandırılması məsələsi gündəmə gətirilsə, cəmiyyətin əksəriyyəti bunu anlayışla qarşılayacaq: “Çünki Azərbaycan vətəndaşı bu gün sabitlik, inkişaf və dövlətçiliyin qorunmasını hər şeydən üstün tutur. Xalq artıq çoxdan fərqləndirir ki, kim dövlətin yanındadır, kim isə ölkənin gələcəyinə mane olur.

Bu mənada, siyasi sistemdə real təsir gücü olmayan, ancaq cəmiyyəti çaşdırmağa və qarşıdurma yaratmağa çalışan qrupların fəaliyyəti sadəcə mənasız deyil, eyni zamanda təhlükəlidir”.

B.Quliyev hesab edir ki, onların hüquqi yolla ləğvi təkcə siyasi sabitliyin qorunması deyil, həm də milli birliyin möhkəmləndirilməsi baxımından vacib addım olardı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ