çərşənbə günü, 30 sentyabr 2026
     

Bakıda separatçı ermənilərin istintaqı bitdi - Rusiya mediası görün necə təqdim etdi...

Image


Akif Nağı: “...Məqsədli və qərəzli şəkildə bu cür qələmə verməyə çalışır”

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Rusiyanın “EADaily” saytı bu barədə yaydığı məlumatda, təəssüf ki, kifayət qədər yanlışlığa yol verib, səhv yanaşma sərgiləyib. “EADaily” saytı “Bakı məhkəməsində Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentlərinə qarşı istintaq başa çatıb” ifadəsini dırnaqsız təqdim edib və belə qələmə verib ki, guya “Dağlıq Qarabağ Respublikası” qanuni bir respublika imiş. Halbuki, bu ifadəni ya dırnaq içində verə, ya da onu tanınmamış, separatçı, qondarma respublika kimi təqdim edə bilərdi. Bu daha düzgün və obyektiv yanaşma olardı. Çünki o, Azərbaycan ərazində yaradılan separatçı bir qurum idi və onu heç Ermənistan özü belə tanımamışdı. Amma Rusiyanın bu saytı bütün bunları nəzərə almadan separatçılar haqda yazarkən belə qələmə verib ki, guya belə bir dövlət varmış, o ləğv edilib, guya A.Hartunyunyan da onun “prezidenti” imiş.

Rusiya mediasının bu təqdimatı və yanaşması, təbii ki, qəbuledilməzdir.

Separatçıların məhkəməsinin istintaq prosesi artıq başa çatıb, noyabrın 3-dən tərəfləri dinləməyə başlayacaqlar, dövlət ittihamçısı danışacaq, müdafiə tərəfi danışacaq və sair.

Məhkəmənin istintaq hissəsinin başa çatmasının nə kimi əhəmiyyəti var? Bu istintaqın başa çatmasının Azərbaycana qarşı Ermənistanın təcavüz cinayətlərinin ifşa olunması tarixi üçün nə kimi əhəmiyyəti olacaq?

“Bu qətiyyən yolverilməzdir və qəbuledilməzdir, yanlış yanaşmadır, təxribatdır”

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, məhkəmənin ən vacib hissəsi başa çatıb, məlumatlar toplanıb, tədqiqatlar aparılıb, şahidlər dindirilib. “Bu çox vacib mərhələdir və bundan sonrakı mərhələdə məhz proses gəlinən nəticələrin üzərində qurulacaq. Bu mərhələdə Azərbaycan çox obyektiv, ədalətli məhkəmə prosesi qurmağı bacardığını göstərdi, hər tərəfdən gələn təzyiqlərin qarşısını aldı. Müxtəlif mərkəzlər, bəzi dövlətlər Azərbaycana təzyiq edib öz məqsədlərini təmin etmək üçün nəyəsə nail olmaq istəyirdilər, məhkəmə prosesini pozmağa çalışırdılar. Avropa Parlamentində, digər ölkələrdə, müxtəlif strukturlarda qərəzli qətnamələr qəbul edilirdi, “müdafiə komitələri” yaranırdı. Bunlar hamısı məhkəmənin işinə müdaxilə cəhdləri idi. Azərbaycan tam obyektiv və ədalətli mövqedə dayanaraq bütün bu cəhdlərin qarşısını aldı. Ona görə hesab edirəm ki, bu mərhələnin başa çatması Azərbayanın siyasi rəhbərliyi,

hüquq-mühafizə, məhkəmə sistemi üçün uğur kimi dəyərləndirilməlidir. Bütün təzyiqlərə baxmayaraq, obyekrtiv şəkildə aşkarlıq prinsipinə əməl etməklə, dəlil və sübutları ortaya qoymaqla mərhələni başa çatdırdı. Bu baxımdan hesab edirəm ki, bu mərhələ çox əhəmiyyətlidir”.

A.Nağı hesab edir ki, məhkəmənin istintaq mərhələsinin başa çatması, çox dəhşətli faktların ortaya çıxması və sübut olunması Ermənistanın Azərbaycana qarşı təcavüz cinayətlərinin ifşası baxımından əhəmiyyətə malikdir: “Bu proses zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində insanlığa qarşı dəhşətli cinayət törətdiyi bir daha sübut olundu. İstintaq prosesi beynəlxalq aləm tərəfindən yaxından izlənilirdi. Məhkəmənin bu mərhələsinin yekunlaşması Ermənistanın təcavüz cinayətlərinin ifşa olunması istiqamətində mühüm rol oynayacaq. Çünki hər şey aşkar şəkildə ortaya çıxarıldı”.

Rusiyanın “EADaily” saytının Bakı məhkəməsində ittiham olunanların bu şəkildə təqdimatına gəlincə, A.Nağı bildirdi ki, bu amil Rusiyanın hələ də bu proseslə bağlı təzyiqlərini davam etdirdiyini göstərir. “Rusiyanın “EADaily” saytı Bakı məhkəməsində istintaqı başa çatan caniləri məqsədli və qərəzli şəkildə bu cür qələmə verməyə çalışır. Hərbi canilər yazmaq əvəzinə onları “legitim” rəhbərlər kimi təqdim edir, “prezident” ifadəsi işlədir. Bu qətiyyən yolverilməzdir və qəbuledilməzdir, yanlış yanaşmadır, təxribatdır. Bu, Rusiyanın siyasətinin göstəricisidir. Ermənistan nə qədər Qərbə meyl edirsə Rusiya ondan əl çəkmir, ondan öz maraqları üçün istifadə etməyə çalışır. Bu gün Ermənistanda hakimiyyətdə olanlar da, açıq şəkildə olmasa da, üstüörtülü şəkildə öz məqsədləri üçün Bakıda mühakimə edilən caniləri müdafiə etməyə çalışırlar. Çünki bu adamlar o cinayətləri Paşinyanla və digərləri ilə birgə törədiblər, necə deyərlər, “podelnikdirlər”. Ona görə də Ermənistanda hakimiyyətdə olanlar onların müdafiəsini hansısa formada təşkil etməyə çalışırlar. Amma Ermənistan müxalifətindəkilər var gücləri ilə çalışırlar ki, bu məsələni gündəmə gətirsinlər, bununla bağlı siyasi dividendlər qazansınlar. Bu, Ermənistandakı proseslərə Rusiya tərəfindən bir dəstək kimi dəyərləndirilməlidir ki, Rusiya bu cür mövqe sərgiləməklə Ermənistanda öz mövqeyini bərpa etməyə, ordakı müəyyən qüvvələri hərəkətə gətirməyə çalışır. Məqsəd bundan ibarətdir”.

A.Nağı hesab edir ki, bundan sonra atılan addımlar Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe, hədəflər, şərtlər məcrasında gedəcək. “Dövlətin mövqeyi belədir ki, hərbi canilər öz cəzalarını almalıdırlar. Haqlı mövqedir. Dünya da belələrini qəbul etmir və bir nümunə göstərir ki, hərbi caniləri qətiyyən bağışlamaq olmaz. Əgər hərbi cinayətkarlar bağışlanarsa, bu, dünyada çox böyük fəlakətlərə gətirib çıxa bilər. Dünya faşizm üzərində Nürnberq Məhkəməsi qurdu. İndiyə qədər bu proses davam edir, faşist canilərin yaşlarının neçə olmasından asılı olmayaraq aşkarlanan kimi üzərlərində məhkəmə qurulur, cəzalarını alırlar.

Bakıda keçirilən məhkəmənin gedişində dəhşətli faktlar ortaya çıxıb. Ermənilərin hansı cinayətlər törətdiyi faktlarla sübut olunub. Bu məhkəmə bu cinayətləri həm özümüzün daxili maraqlarımız, həm qətlə yetirilənlərin yaxınlarının mövqeyi, həm törədilən cinayətin cəzasız qalmaması baxımından əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan dünyaya da bir nümunə göstərir ki, axıra qədər bu məsələlərdə prinsipial olmaq lazımdır. Bir cinayətləri törədən canilər cəzasız qalarsa, bu, başqa ölkələrdə cinayətkarları stimullaşdırar. Hesab edirəm ki, istintaq prosesinin nəticəsi müsbət oldu. Bu canilər layiqli cəzalarını alacaqlar. Yəni Rusiya və Ermənistan mətbuatının onları necə qələmə verməsindən asılı olmayaraq onlar cəzasız qalmayacaq”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ