çərşənbə günü, 30 sentyabr 2026
     

Əliyev-Putin görüşündən sonra Şimal-Cənub dəhlizində yeniliklər baş verdi...

Image


İran gələn ilin mart ayına qədər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas halqası olan Rəst-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahələrinin təhvil verilməsini başa çatdıracaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə Çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Nikolay Udoviçenko III Beynəlxalq Xəzər Rəqəmsal Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, bu günlərdə Rusiya, Azərbaycan və İran nümayəndələri arasında üçtərəfli görüş keçirilib, burada sərhəd əməkdaşlığı və dəmir yolu infrastrukturunun inkişafı məsələləri müzakirə olunub: “İran tərəfi söz verib ki, artıq gələn ilin mart ayına qədər bu tikinti üçün torpaq sahələrinin təhvil verilməsini başa çatdıracaq. Odur ki, yaxın gələcəkdə belə bir birbaşa dəhlizin formalaşmasına çıxmaqda böyük ümid var”. N.Udoviçenkonun sözlərinə görə, Moskva Rəşt-Astara hissəsinin tikintisi layihəsində fəal iştirak edir. O, ümid etdiyini bildirib ki, həmin vaxta qədər ölkələr müvafiq qurumlar arasında daha sıx koordinasiya və ya hətta marşrutun səmərəli istismarı üçün vahid logistika operatorunun yaradılması barədə razılığa gələ bilərlər. bütün bunlar fonunda Rusiyanın “news.ru” saytı yazır ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiyadan olan həmkarı Vladimir Putinin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşü Şimal-Cənub dəhlizinin formalaşması istiqamətində atılan addımlara yeni təkan verib. Nəşr xatırladır ki, bundan sonra Bakıda Rusiya, Azərbaycan və İran nümayəndələri görüşərək dəhlizin fəaliyyətinin artırılması və digər texniki məsələləri müzakirə ediblər. Müzakirələrin nəticəsində hər 3 ölkənin gömrük, sərhəd və nəqliyyat orqanlarının təmsilçilərindən ibarət işçi qruplarının yaradılması qərara alınıb ki, bu da dəhlizin inkişafında müsbət rol oynayacaq: “Hər 3 ölkədə uyğun nəqliyyat infrastrukturu qurmalı və tərəflər üçün eyni imkanlar yaradılmalıdır. Dəhliz hər 3 ölkənin ixracatçısı, idxalçısı, istehsalçısı, istehlakçısı üçün geniş inkişaf imkanları yaradır. Dəhlizin inkişafı istiqamətində Azərbaycan digər dövlətlərdən daha səmərəli addımlar ataraq irəliləyib. Astara trans-sərhəd dəmir yolunun modernləşdirilməsi yaxın zamanda başa çatacaq. Azərbaycanda logistik hab yaradılır, 2027-ci ildə Azərbaycan dəmir yolları tamamilə modern vəziyyətə gətiriləcək. Məsafəsi 160 kilometr olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması İran və Rusiyanın dəmir yollarını Azərbaycan dəmir yolu vasitəsilə birləşdirəcək ki, bu da Rusiyaya Körfəz ölkələrinə çıxış əldə etməsi üçün imkan verəcək. “RysİranEkspo” şirkətinin direktoru Aleksandr Şarov bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisi mütləq başa çatdırılacaq: “Özəl mülkiyyətdə olan torpaq sahələrini almaq və bu ərazilərdə geoloji kəşfiyyat işləri aparıb ərazinin çökmə səviyyəsini yoxlamaq vaxt aparacaq. Hazırda bu dəhlizi ilə avtonəqliyyat vasitələrilə 5 milyon ton yük daşınır ki, bunun da əksəriyyəti Azərbaycandan tranzit keçir. Yüklər Moskvadan avtomobillərlə İranla yanaşı Qətərə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və İraqa 10-12 günə çatdırılır. Geri qayıdarkən isə İrandan Rusiyaya meyvə, tərəvəz gətirirlər. Hələlik dəmir yolu ilə Azərbaycandan tranzit olaraq İrana 1 milyon ton yük ixrac edilir. Rəşt-Astara dəmir yolu hazır olandan sonra yükdaşımaların artacağı şübhəsizdir”. Asiyanın İnkişafı Fondunun direktoru, hərbi ekspert Aleksandr Sobyanin bildirib ki, bu dəhliz min il əvvəl mövcud olan ticarət yoludur: “Bu dəhliz Körfəz ölkələrinə və Hindistana yüklərin ən ucuz çatdırılmasını təmin edir ki, bu da çox vacibdir. Əgər qədim zamanlarda bu yolla Rusiya dəri və gümüş ticarətini həyata keçirirdisə, indi strateji əhəmiyyətli yüklər daşınır. Ona görə də Moskva ilə Bakı yalnız özlərinin deyil, bütün iştirakçı dövlətlərin strateji yüklərinin daşınmasına yardım göstərir”. Ekspert nəzərə çatdırıb ki, prezident İlham Əliyev oktyabrın 13-də Şərm əl-Şeyxdə Qəzzada atəşkəs məsələsinin müzakirəsi üçün keçirilən Sammitdə Pakistan və İndoneziya prezidentləri ilə görüşməsi təsadüfi deyil.

Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Cəmaləddin Həsənov sayta bildirib ki, sözügedən dəhliz sadəcə ticarət yolu deyil: “Bu gün dünyada baş verən geosiyasi vəziyyəti nəzərə alaraq dəhlizin Rusiya və Azərbaycan üçün mahiyyətini görürük. Ticarət yollarının diversifikasiyası, nəqliyyat əlaqələrinin genişləndirilməsi və artırılması təhlükəsizlik üçün vacib amillərdir”. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da vurğulayıb ki, ölkəsi Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin yaradılmasında irəliləyişi qeyd edir: “Azərbaycan hissəsində nəzərəçarpan nəticələr əldə edilib, İranda isə Rəşt – Astara dəmir yolu üçün torpaq sahələrinin alınması prosesi davam edir, geodeziya nəzarət şəbəkəsi işə salınıb, layihə-kəşfiyyat və aerofotoçəkiliş işləri aparılır. Rəşt-Astara dəmir yolunun tikintisinə hazırlıq üzrə normal iş prosesi davam edir”. Şimal-Cənub dəhlizi multimodal olduğu üçün Avropa və Asiya üçün daha cəlbedicidir. Bu dəhlizlə həm avtomobil, həm dəniz, həm də dəmir yolu ilə yükdaşımaları həyata keçirmək mümkündür. Azərbaycan dəhlizin hər 3 seqmenti üçün tranzit və logistika mərkəzidir.

Avrasiya İnkişaf Bankının baş iqtisadçısı Yevgeni Vinokurov bankın dəhlizə aid hesabatında qeyd edir ki, Şimal-Cənub dəhlizinin illik yükaşırma qabiliyyəti 14,6 milyon tondur və 2030-cu ilə kimi 27,5 milyon tona çatdırıla bilər. Dəhlizin əvvəli Hindistanın Mumbay limanıdır. Bu liman yükaşırma imkanı və coğrafi mövqeyinə görə əhəmiyyətlidir. Cənub-Şərqi Asiya dövlətləri Avropa və Yaxın Şərq ilə ticarət əlaqələrini məhz bu liman vasitəsilə reallaşdırırlar. Mumbay limanına daxil olan ixrac yükləri gəmilərlə İranın Oman dənizi sahilindəki Çabahar və Körfəz sahilindəki Bəndər-Abbas limanlarına gətirilir. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Qərbi Avropaya daşınır. Bu dəmir yolunun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Lakin Rəşt-Astara hissəsində işlər davam edir.Rusiya ilə Ukrayna arasında başlayan hərbi toqquşma Rusiya ərazisindən yükdaşımanı da dayandırıb. Lakin Azərbaycanın beynəlxalq mahiyyətli nəqliyyat infrastrukturu Hindistandan, İrandan ixrac olunan yükləri Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya çatdırmaq imkanı yaradıb. Eyni marşrutla yükləri avtomobillə də daşımaq olar. Hzırda isə Şimal-Cənub dəhlizi üzrə avtomobil yolları seqmenti ilə İrandan Rusiya, Ukrayna, Belarus, Gürcüstana və əks istiqamətə Azərbaycan üzərindən yükdaşımalar həyata keçirilir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ