çərşənbə günü, 30 sentyabr 2026
     

Doğu Perincek “başından yekə danışdı” - Türkiyənin “5-ci kolon qəhrəmanının” Əliyevə mənasız məktubu...

Image


Elşad Həsənov: “Bu konfransın ləğv edilməsinin Perincekin məktubu ilə heç bir əlaqəsi yoxdur, onun bu barədə iddiası tamamilə əsassızdır”

Azərbaycan indiyə qədər saysız elmi, humanitar, ictimai-siyasi, iqtisadi və sair istiqamətlərdə beynəlxalq konfranslara uğurla ev sahibliyi edib. Bu səbəbdəndir ki, dünyanın müxtəlif təşkilatları öz mühüm tədbirlərini Bakıda keçirməyə maraq göstərir.

4-6 noyabr tarixlərində Bakıda “Avropa Ravvin Konfransı” keçirilməli idi, lakin konfransın keçirilməsinə bir neçə gün qalmış ləğv edildiyi barədə məlumat yayıldı. Bunun ardınca mətbuatda konfransın ləğv oluma səbəbi ilə bağlı müxtəlif versiyalar, iddialar yayılmağa başladı. O cümlədən, Türkiyə mətbuatında belə bir iddia yayıldı ki, Avropa Ravvin Konfransının keçirilməsinin təxirə düşməsinin səbəbi guya Vətən Partiyasının sədri Doğu Perincekin Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubla bağlıdır. Yəni Perincek məktubunda Əliyevdən Ravvinlər Konfransını ləğv etməsini xahiş etdiyi üçün guya konfrans ləğv olunub.

Bakıda keçirilməsi planlaşdırılan tədbirin Perincekin məktubuna görə ləğv edildiyini iddia etmək absurddur. Perincek kimdir ki, onun bir məktubuna görə belə bir qərar qəbul edilsin? Perincek heç Türkiyədə parlament seçkisində mandat qazana bilmir, Rusiyanın diqtəsi ilə hərəkət edir. O adam Türkiyədə Rusiyanın siyasi dairələrinin lobbiçisi kimi tanınır, Türkiyənin əleyhinə fəaliyyətlərinə görə hətta “Nobel” mükafatı da alıb. Onu Türkiyədə beşinci kalonun nümayəndəsi sayırlar.

O, bununla elə rəy yaratmaq istəyir ki, guya Azərbaycan iqtidarının siyasətinə təsir göstərmək gücündədir. Əslində isə qətiyyən belə deyil.

Türkiyə mətbuatı yazır ki, İsrailin aparıcı media orqanı olan "The Jerusalem Post" qəzetində yer alan məlumata görə, Azərbaycan hakimiyyəti təhlükəsizlik səbəblərinə görə Ravvin Konfransının keçirilməsinə icazə verməyib.

Konfransın daha sonra başqa bir yerdə keçiriləcəyi bildirilir.

Konfrans bəyanatında deyilir: "Avropa Ravvin Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan tədbirin nəzarətimizdən kənar səbəblərə görə təxirə salındığını təəssüflə bildiririk. Biz Azərbaycan hökumətinə davamlı dəstəyinə görə təşəkkür edirik və yaranan hər hansı narahatlığa görə üzr istəyirik”.

Konfransın bəyanatından hər şey açıq görsənir və bunun Vətən partiyasının sədrinin məktubu ilə yaxından-uzaqdan əlaqəsi olmadığını bir daha ortaya qoyur. Özləri birmənalı şəkildə deyirlər ki, konfrans təhlükəsizlik səbəbindən keçirilməyib.

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Avropa Ravvin Konsfransının təxirə salınması Vətən Partiyası sədrinin məktubu ilə əlaqədar deyil: “Bundan əvvəl qardaş Türkiyənin bəzi kütləvi informasiya vasitələrində Azərbaycana qarşı xoşagəlməz kampaniya aparıldı və orda da belə bir fikir səsləndirildi ki, Azərbaycan Fələstin xalqının göz yaşlarına məhəl qoymur, Azərbaycan İsraili neftlə təmin edir və sair. Yəni belə xoşagəlməz ibarələrlə Azərbaycan siyasətini “jurnalistlər” tənqid etdilər. Təbii ki, bunu yazanları dərindən yoxlasaq onların türk olmadıqlarını, erməni qanı daşıdıqlarını öyrənərik. Yaxud da onlar Fransa kimi dövlətlərə xidmət edirlər, Türkiyə-Azərbaycan qardaşlığını, dostluğunu həzm edə bilməyənlərdir. Əvvəlcə onu deyək ki, Azərbaycan tolerant ölkədir. Bir çox dini konfessiyaların nümayəndələri Azərbaycanda dinclik, sülh şəraitində faəliyyət göstərir, bir-birinə hörmət edirlər. Azərbaycanda yəhidi icmasına böyük hörmət var. Onlar Azərbaycanda Azərbaycanı çox sevərək yaşayırlar. Birinci Qarabağ müharibəsində yəhudi əsilli Albert Aqarunov şəhid oldu və ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Yəni biz hamının, hər kəsin qiymətini bilirik. Azərbaycanda yaşayan yəhudilər də cani-dildən Azərbaycanı sevən insanlardır. Onlar bizim vətəndaşlarımızdır. Biz onlara hörmətlə yanaşırıq, onlar da hər yerdə Azərbaycanı yüksək səviyyədə təmsil edirlər”.

E.Həsənov qeyd etdi ki, Azərbaycan yəhudiləri dünyanın harasında olmalarından asılı olmayaraq Azərbaycanla əlaqə saxlayırlar, dəstək olurlar. “Bu mənada biz də həmişə yəhudilərə diqqətlə yanaşmışıq. Yəhudilərin Bakıda belə bir konfrans keçirmək istəyinə etiraz etməmişik. Bu, Azərbaycan hakimiyyətinin, dövlətinin razılığı ilə olan bir məsələdir. Ona görə də, burda Azərbaycan-Türkiyə dostluğuna qarşı çıxanlar, antiazərbaycan, antitürkiyə mövqeyində olan “jurnalistlər” böyük bir qara piar kampaniyası başladılar, bu da təəssüf doğurur. Düzdür, Türkiyə demokratik ölkədir, orda hər cür insan var, onlar hər cür yazılar yazırlar. Amma yazanda obyektiv yazmalıdırlar, məsələlərə qərəzsiz yanaşmalıdırlar. 2021-ci ildə İstanbulda islam ölkələri ravvinlər ittifaqının konfransı keçirildi. Həmin toplantıya 14 ölkədən ravvinlər gəlmişdi və orda Türkiyənin rəsmi nümayəndələri də iştirak etdilər. Tədbirdən sonra nümayəndə heyəti Ankaraya gedib Rəcəb Tayyib Ərdoğanla görüşdülər. Ərdoğan onları yüksək səviyyədə qarşıladı, onların belə bir tədbir keçirdiklərini məmnunluqla vurğuladı. Həmin dövrdə də Fələstində müharibə vardı, həmişə onların arasında döyüşlər olurdu. O vaxt həmin “jurnalistlərin” heç biri ağzını açıb demədi ki, niyə Türkiyədə belə bir tədbir keçirilir? İndi nə olub? Azərbaycan dövləti bu tədbirin Bakıda keçirilməsinə icazə vermişdisə bunun kimə nə aidiyyəti vardı? Türkiyənin Vətən Partiyasının rəhbərinin Azərbaycan Prezidentinə bu mövzuda məktub yazması etik normalar cəhətdən düzgün deyil. O niyə məktub yazmalıdır ki? Doğu Perincekin məktubu Azərbaycan Prezidenti üçün təsirsiz bir məsələdir. Yəni Azərbaycan Prezidenti ölkəni hansısa partiyanın sədrinin məktubları ilə idarə etmir. Bu konfransın ləğv edilməsinin Perincekin məktubu ilə heç bir əlaqəsi yoxdur, onun bu barədə iddiası tamamilə əsassızdır. Azərbaycanla İsrail arasında danışıqlar olub və təhlükəsizlik baxımından bu tədbirin Bakıda keçirilməsi məqsədəuyğun hesab edilməyib. Yəni Vətən Partiyasının sədrinin iddiası tamamilə əsassızdır, həqiqəti əks etdirmir”.

E.Həsənov hesab edir ki, belə əsassız iddiaları irəli sürən qüvvələr Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq istəyir. Bunun həmin qüvvələrin apardığı zərərli işin göstəricisi olduğunu deyən E.Həsənovun sözlərinə görə, onlar Türkiyə və Azərbaycanın qardaşlığını qısqanaraq ortaya bu cür çirkin iddialar atır, qara piar kampaniyaları aparırlar. E.Həsənov qeyd etdi ki, bu kampaniyaların hədəfi boşa çıxdı və heç nəyə nail ola bilmədilər. “Azərbaycan Türkiyə ilə qardaşdır. Ancaq Azərbaycan müstəqil dövlətdir, özünün dövlət və milli maraqları var. Biz də bu maraqlar çərçivəsindən çıxış edirik”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ