çərşənbə günü, 30 sentyabr 2026
     

Azərbaycanın qlobal və regional diplomatiyası konkret hədəfə yönəlib - inteqrasiya...

Image


Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası prioritet məsələlər sırasına daxil oldu. Müstəqil dövlət olaraq Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük verdi.

Yeni dünya düzənində regional və qlobal inteqrasiya strateji xətt kimi müəyyən edilib. Bu siyasətin ardıcıl olaraq həyata keçirilməsi, Azərbaycanın dünyada özünü təsdiqi ilə nəticələndi. Məhz təməli qoyulan düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan hazırda çoxsaylı dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hazırda Azərbaycan nəinki dünya dövlətləri ilə əməkdaşlıq edir, hətta beynəlxalq aləmin qlobal problemlərinin həlli istiqamətində faydalı təşəbbüslə çıxış edir.

Təkcə oktyabrda Prezident 4 fərqli coğrafiyada 4 sammitdə iştirak edib

Bu il ərzində Azərbaycan beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirərək, həm regional, həm də qlobal səviyyədə strateji əməkdaşlıqlarını genişləndirib. Azərbaycan və Çin arasında 23 aprel 2025-ci ildə imzalanan "Əhatəli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" iki ölkə arasında ticarət, investisiya, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Avropa İttifaqı ilə də münasibətlər inkişaf etməkdədir. Aprelin 25-də Brüsseldə keçirilən görüşdə, Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi üzrə danışıqların bərpa olunmasına qərar veriblər. Avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh sazişinin bəndləri paraflanıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalanıb. Azərbaycanən Şanxay Əməkdaşlıq Təşkilatı ilə təmasları güclənib. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısına Azərbaycan ev sahibliyi edib. Təkcə oktyabr ayının statistikasına baxsaq görərik ki, Prezident Əliyev 4 fərqli coğrafiyada 4 sammitdə iştirak edib, ortaya mövqe qoyub, diqqət mərkəzində olub: 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti; 6-7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammiti; 9-10 oktyabrda Düşənbədə MDB Sammiti; nəhayət, 13 oktyabrda Şarm əş-Şeyx Zirvəsi.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, Azərbaycan dünyada mövqeyini möhkəmləndirir: “Bakının Şərqdən Qərbə çoxşaxəli işbirliyi ilə Çin, ABŞ, Avropa Birliyi və Türk dünyası planında aktivliyinin artması danəlmaz faktdır və əlbəttə, tarixi təqdiri haqq edir. Bəs bunu şərtləndirən amillər hansılardır?

Dövlətlərarası mövqelərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu il Azərbaycan xarici siyasətdə çoxsaylı irəliləyişlərə nail olub və bu yalnız bölgədə yox, qlobal arenada da öz səciyyə və səviyyəsi ilə seçilir. Bakı təkcə müşahidəçi deyil, aktiv oyunçu kimi davranır. Strateji işbirliklərinin genişlənməsi - bu, sadəcə “dostluq anlaşmaları” imzalamaqla olmur, həmçinin daşımaçılıq-logistik, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, enerji ötürülməsi kimi sahələrdə ciddi “məhsulverici” işbirliklərinin qurulması deməkdir. Örnəyi, Çinlə əlaqələrdə bu yeni mərhələni görürük. Çin və Azərbaycan arasında aprelin 23-də imzalanmış “Əhatəli Strateji Tərəfdaşlıq” çərçivəsində bu sahələr önə çıxıb. Bu işbirliyinin gündəliyinə yerləşdirilən sahələr - ötürülmə (tranzit) və logistik (“Orta dəhliz” çərçivəsində), yaşıl enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və s. vurğulana bilər. Çin tərəfi Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.

Bununla belə, Azərbaycan eyni zamanda Avropa İttifaqı (Aİ) ilə münasibətlərini də inkişaf etdirir. Aİ-Azərbaycan arasında növbəti “Tərəfdaşlıq və İşbirliyi” anlaşması üzrə danışıqların bərpa edilməsinə qərar verilib.

ABŞ-la əlaqələrdə də ciddi addımlar var: avqustun 8-də Vaşinqtonda Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq xartiyası hazırlamağa yönəlmiş Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalanmasını yada salaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan yalnız bölgə ilə məhdudlaşmır, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirir.

Yaxşı, bəs məntiq və motivlər nə deyir?

Bu aktivliyin arxasında müəyyən məntiqi motivlər dayanır, əlbəttə. Xüsusən də diversifikasiya siyasəti. Azərbaycanın iqtisadiyyatda və tranzitdə asılılıqları hələ də yüksəkdir. Yeni işbirlikləri vasitəsilə tək-əl ilə müəyyən tərəfdaşlara bağlanmaq riskləri azaldılır. Çinlə işbirliyi bu baxımdan alternativ açar “qapı” rolundadır. Coğrafi üstünlükdən səmərəli istifadə edilir. Azərbaycan enerji, tranzit, qitələrarası körpü baxımından Cənubi Qafqazda strateji mövqeyə malikdir. Bu mövqedən istifadə edərək “Orta dəhliz” və ya Çin-Avropa yolu çərçivəsində rolunu artırmaq imkanı var. Aparılan siyasətin siyasi və təhlükəsizlik üstünlükləri var. Regional mühitdə – Türkiyə, Rusiya, İran və hətta Ermənistan ilə birgə yaxud qarşılıqlı işbirliyində – Azərbaycan öz mövqeyini möhkəmləndirmək, həmçinin indiki geosiyasi qütblərin kəsişməsində dayanan dövlət kimi çıxış etmək əzmindədir.

Azərbaycan Türk dünyasında rolunu möhkəmləndirir

İqtisadi və texnoloji transformasiya yeni imkanlar yaradır. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat kimi sahələrə fokus – bu, artıq resurs ixracçısı olmaqdan çıxıb “dəyər yaratmaq” yoluna keçmək niyyətini göstərir. Çinlə imzalanan sənədlər də bu yöndədir. Bax, bu motivlər çərçivəsində Prezident İlham Əliyevin bir sıra sammitlərdəki iştirakı və təşəbbüsləri ölkəmizin nüfuzunu artırır. Bəli, Azərbaycan aktivdir, yeni-yeni arenaları fəth edir. Təkcə uğurlar yox, risklər və diqqət tələb edən məqamlar da vardır. Çin–Azərbaycan münasibətlərində bəzi analitiklər ehtiyatlı yanaşır. Məsələn, Çin yatırımının strateji aktivlərə təsiri barədə müxtəlif fikirlər var. Aİ ilə münasibətlərdə “şərtlilik məsələsi” özünü göstərməkdədir. Yəni Aİ öz standartlarını önə çəkir və bu, müəyyən müzakirələrə mövzu olur. Regionda balans qurmaq işi asan deyil. Rusiya, İran, Avropa aktorları arasında zəruri manevrlərin uğuru özünəməxsus məsuliyyətli qərarlar doğura bilir. Azərbaycanının diplomatik aktivliyinin bu il daha da artması Cənubi Qafqazın geosiyasi məzmununa, səhnəsinə çevrilmə səylərini göstərir. Məsələn, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti Azərbaycana bir ev sahibi kimi status verir və Türk dünyasında rolunu möhkəmləndirir. Çinlə strateji tərəfdaşlıq Avropaya, Asiyaya açılan yeni işbirliyi imkanlarını göstərir. ABŞ ilə memorandum vasitəsilə həmin ölkənin aid olduğu siyasi-diplomatik, ideoloji məkan arasında bağların yenidən qurulması baş verir. Aİ ilə danışıqlar yenidən qurulur. Bütün bunlar Azərbaycanın “dünya oyunu”nda prinsipial şəkildə iştirak istədiyini göstərir. Əlbəttə, bu işbirliklərinin gerçəkləşmə mərhələsinə keçməsi vacibdir. İmzalar, açıqlamalar yaxşıdır, amma yetərli deyil. Konkret yatırımlar, layihələr, həmin sahələrdə əməli addımlar tələb olunur. Biz sözü imzası qədər keçərli bir ölkə olduğumuz üçün, imzamız heç şübhəsiz öz nəticələrini verəcəkdir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ