Bazar günü günü, 18 oktyabr 2026
     

Rusiya neftini sanksiyalardan yayındıran Adnan Əhmədzadə həm də bu ölkənin diversantına çevrildi...

Image


İş adamı Adnan Əhmədzadənin həbsi, bunun araxasında duran səbəblər ölkə gündəmində geniş müzakirə predmeti olaraq qalır. Buna səbəb onun ittiham edildiyi cinayətlərin dövlətə, onun maraqlarına qarşı təxribat xarakteri daşımasıdır. Məsələ burasındadır ki, Adnan Əhmədzadənin ittiham edildiyi cinayət birbaşa Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə və nüfuzuna zərbə hesab edilir.

Bu barədə danışamazdan öncə xatırladaq ki, sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunub. Digər məlumatlara əsasən, Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub. Qeyd edilir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub. Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb. Bunlar fonunda məlumat var ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu ilin iyulunda Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlandığı bildirilirdi. O zaman Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət xam neftin ixrac olunduğu Bakı-Tiflis-Ceyhan kəmərində hərəkətin dayandırıldığı iddia olunsa da, kəmərin operatoru BP bunu təkzib etmişdi. Şirkət qeyd etmişdi ki, “BTC Co” boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətinin kompleks qiymətləndirilməsini həyata keçirib. Qiymətləndirmənin nəticələri Ceyhan terminalında bəzi çənlərdə üzvi xloridlərin olduğunu təsdiqləyib. Bu çənlərin çirklənməsinin lokallaşdırılması üzrə müvafiq tədbirlər görülüb, eyni zamanda, qiymətləndirmələrə görə normalara uyğun gələn çənlərdən neftin yüklənməsi davam etdirilib. Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib. İddialara görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra Bakı-Tiflis-Ceyhan kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql artıq bərpa olunub. Onu da bildirək ki, neftin hasilatı və nəql prosesində kimyəvi reagentlərdən istifadə olunur. Normalda bu qatışıqlar təmizlənməlidir. Deməli, əgər xloridlər qalıbsa, ya işə məsuliyyətsiz yanaşılıb, ya bilərəkdən göz yumulub, ya da təxribat olub. Qeyd edək ki, neft məhsullarının üzvi xloridlə çirklənməsi insidenti 2019-cu ildə Rusiyanın “Drujba” kəməri fonunda məşhurlaşmışdı. Bu böhran zamanı Rusiyadan Avropaya nəql olunan 5 milyon tona yaxın xam neftin çirkləndiyi aşkarlanmış, bu isə Rusiya iqtisadiyyatına təqribən 2,5–3 milyard dollar zərər vurmuşdu.

Azərbaycanın əsas üstünlüyü beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicidir. Neftin keyfiyyəti ilə bağlı ən kiçik qalmaqal belə ölkəyə qarşı geosiyasi təzyiq alətinə çevrilir. Adnan Əhmədzadə işi göstərir ki, burada təxribat faktı olub. Bu məsələdə maraqlı tərəf isə Rusiyadır. Azərbaycanın Avropa, son vaxtlarda isə Ukrayna ilə sıx işbirliyi Rusiyada xoş qarşılanmır. Bu fonda xatırladaq ki, avqustun 6-da Odessa vilayətindəki “Orlovka” qaz kompressor stansiyası da Rusiya tərəfindən dron hücumuna məruz qalıb. Həmin stansiya Trans-Balkan qaz kəməri vasitəsilə Azərbaycandan Ukraynaya qaz ixracında strateji əhəmiyyət daşıyır və hücum nəticəsində obyekt zədələnmişdi. Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Avqustun 18-də Rusiyanın "Şahed" tipli kamikadze dronları ilə Odessa vilayətində yerləşən və SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə hücum edilməsi ciddi narahatlıq doğurub. Bu, Azərbaycanın Ukraynadkı enerji infrastrukturuna qarşı açıq hücumlar olub.

Amma ondi fikirlər səslənir ki, ruslar digər formada da Azərbaycana qarşı iş aparıb və burada Adnan Əhmədzadədən istifadə edilib. Bəzi iddialara görə, Əhmədzadə Rusiya kəşfiyyatının toruna düşüb və dövlətə xəyanət sayılacaq əməllərə yol verib. Onun Rusiya neftinin qaçaq satışında, rus treyderlərlə ortaqlıqda iştirak etdiyi bildirilir. Bütün bunlar hələlik istintaq mərhələsindədir və yaxın günlərdə detalları aydınlaşacaq. O da iddia olunur ki, Adnan Əhmədzadə bir şirkət vasitəsilə Liviya və Rusiya neftinin daşınmasını və satışını təşkil edib. Bu şirkətin Maltada fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı və Böyük Britaniya hökumətləri araşdırma aparır. Analoji araşdırmalar bu yaxınlarda 22.5 min ton Rusiya neftinə həbs qoymuş Albaniyanın hüquq-mühafizə orqanları tərəfindən də həyata keçirilir. İddialara əsasən, Qərbin sanksiya tətbiq etdiyi İran neftini dünya bazarına daşımaq məsələsində də Adnan Əhmədzadə aktiv fəaliyyət göstərib. Bu prosesdə onun ofşor zonalarda təsis etdiyi şirkətlərdən istifadə olunub, tankerlərə ucuz qiymətə vurulan İran nefti digər ölkələrin xammalı kimi dünya bazarlarına çıxarılıb və satılıb. Rusiya neftinin başqa ölkələrə məxsus xammal adı altında daşınması və satılması Adnan Əhmədzadəyə böyük pullar qaandırıb. Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı istifadə olunmasına imkan verib. Amma Azərbaycan xüsusi xidmət orqanları bunun çox davam etməsinə imkan verməyib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ