Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bəyan edib ki, ölkəsinə qarşı hər hansı təhlükə yaranarsa, Böyük Britaniyaya qarşı qabaqlayıcı zərbə endirilə bilər. NEWS.ru-ya danışan Kolesnik Rusiyanın hərbi imkanlarının sarsıdıcı cavab verməyə hazır olduğunu bəyan edib.
"Heç bir şəraitdə özümüzü incitməyə icazə verməyəcəyik. Biz heç vaxt zəiflik göstərməmişik. Ona görə də ingilislər narahat olmalıdır", - deyən Kolesnik, tarixin Moskvanın gücünü sınamağa cəhd edənlərə verdiyi cavablarla dolu olduğunu bildirib.
"Əgər Böyük Britaniya Rusiyaya qarşı güc tətbiq etsə, Rusiya Federasiyası da buna cavab olaraq güc tətbiq edəcək və bunu müharibə qanunlarına uyğun edəcək. Cavabın gəlməsi çox çəkməyəcək və bəlkə də qabaqlayıcı olacaq - bizim raketlərimiz daha sürətlidir" – deyə Kolesnik bildirib.
Kolesnikin bu sözləri Britaniyanın baş naziri Keir Starmerin ölkəsinin NATO qoşunlarının Polşada daha geniş şəkildə yerləşdirilməsini dəstəkləyəcəyini bəyan etməsindən sonra səsləndirilib.
Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perendjiyev bundan əvvəl Qərbin Polşa və Finlandiyanı Rusiya ilə birbaşa münaqişəyə hazırladığını iddia etmişdi.
ZÜMRÜD