ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya avropalı müttəfiqlər tərəfindən ödənilən ilk hərbi yardım paketini təsdiqləyib.
Məlumata görə, silahlar ABŞ-ın hərbi anbarlarından göndəriləcək. Hər iki yardım paketinin yaxın vaxtlarda Kiyevə təhvil verilə biləcəyi gözlənilir.
Xatırladaq ki, Tramp iyul ayında bəyan etmişdi ki, ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımın göstərilməsi üçün yeni sxem üzrə razılığa gəliblər. Onun sözlərinə görə, Amerika silahlarının yeni tədarükü Aİ ölkələri tərəfindən ödəniləcək.
ZÜMRÜD