Bəzi Avropa Birliyi ölkələri Rusiyadan turistlərin ölkəyə girişinə tam qadağa qoyulmasını istəyir. Bu barədə mənbələrə istinadən məlumat yayan “Euractiv”, hansı ölkələrin qadağanı dəstəklədiyini açıqlamır. Kakin qərarın qəbul edilməsi üçün Aİ Şurasında səs çoxluğunun tələb olunduğu vurğulanır.
Bir çox Avropa ölkələri Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qaydalarını xeyli sərtləşdiriblər. 19-cu sanksiyalar paketinin bir hissəsi olaraq, Aİ ölkələri üçün Rusiya vətəndaşlarına viza verilməsi üçün vahid qaydalar tətbiq oluna bilər. Rusiya diplomatlarının Şengen zonası daxilində hərəkətinə qadağa qoyulması da müzakirə olunur.
Məsələyə Moskvadan da reaksiya gəlib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri görməyə hazır olduğunu açıqlayıb.
TAHİR