İraqın baş naziri Məhəmməd Şia Sudani İsrailin Qətərin paytaxtı Dohaya hücumunu pisləyərək, İsrailin hücumlarına qarşı müsəlman ökələrini “İslam İttifaqı” yaratmağa çağırıb.
İraqın baş naziri bu təhdidlə mübarizə üçün İslam ölkələrinə siyasi, təhlükəsizlik və iqtisadi ittifaq yatamağı təklif edib. Onun sözlərinə görə, İslam ölkələrinin ortaq müdafiə qüvvələri şəklində ittifaq yaratmasına heç bir maneə yoxdur.
Sudani İsrailin Qətərə hücumunun təcavüz aktı olduğunu bildirib və bunun bütün region ölkələrinin təhlükəsizliyinə təhdid yaratdığını deyib: "Bu, sarsıdıcı hadisə bütün beynəlxalq qanunların və adətlərin pozulmasıdır. Hücum İsrail hökumətinin təcavüzkar və cinayətkar mövqeyini bir daha ortaya qoydu".
Sudani xəbərdarlıq edib ki, İsrailin hərəkətləri "Qətərlə məhdudlaşmayacaq".
Sentyabrın 15-16-da Qətərin ev sahibliyi edəcəyi fövqəladə Ərəb-İslam sammiti öncəsi verilən bəyanat, təxminən on il əvvəl müzakirə edilən “Birgə Ərəb Hərbi Qüvvələri” planının yenidən gündəmə gətirib.
Məlumatlara görə, Dohada baş verən qanlı hücumdan sonra Misir, Qətər və İraq İsrailin Qəzza və Dohadakı hücumlarına qarşı çıxmaq üçün "Birgə İslam Ordusu" ideyası üçün səfərbər olub.
TAHİR