çərşənbə günü, 21 oktyabr 2026
     

Gənclərin kamillik yolu - Qarabağ döyüşlərindən azad rayonlarda əmək cəbhəsinə...

Image


Hər bir millətin, dövlətin gələcəyi gənc nəslin necə tərbiyə olunması, onlarda milli mənlik şüurunun hansı səviyyədə inkişaf etməsi, vətənpərvərlik hisslərinin tərbiyəsindən keçir.

Bu istiqamətdə bütün strukturlar fəaliyyətlərini elə qurmalıdır ki, gənclərimiz sözün həqiqi mənasında milli dəyərlərə sahib çıxsınlar.

Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır

Gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə etməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Uşaqlar və gənclər milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəslə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir. Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır. Azərbaycanda həm paytaxt, həm də bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb və görülməkdə də davam edir. Elə bütün bunların bəhrəsi idi ki, vətənpərvər ruhda böyüyən gənc nəsil canı-qanı bahasına Vətən müharibəsində ərazilərimizi Ermənistan işğalından azad etdi. Onların bir çoxu Birinci Qarabağ müharibəsində və ondan sonra doğulmuşdu. Qaçqın düşərgələrində doğulan uşaqlar əsgər oldular və Qarabağı işğaldan azad etdilər.

İşğaldan azad edilən ərazilərin bərpasında gənclər ürəklə iştirak edirlər

Azərbaycanın gənc nəsli təkcə öz qanı ilə Qarabağın azad edilməsinə töhvəsini vermədi. Həm də işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına öz töhvəsini verir. Məsələ ondadır ki, işğaldan azad edilən rayonlarda müxtəlif sahələrdə çalışan mütəxəssislərin çoxu gənc nəslin nümayəndələridir. Həvəslə gedib orada əmək fəaliyyəti ilə məşğul olurlar, ora təyinat almağa çalışırlar. Qarabağ və Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olmağı özləri üçün şərəfli bir yol hesab edirlər. İşğaldan azad edilən ərazilərin bərpasında gənclər ürəklə iştirak edirlər.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Qarabağa qayıdış, oranın bərpası, yenidən inşa edilməsi və mədəni irsin bərpası işi Azərbaycan gəncliyinin şərəf yoludur: “Azərbaycanın çağdaş gəncliyi təkcə torpaq uğrunda döyüş meydanlarında qəhrəmanlıq göstərməklə yetinməyib. Həm də müharibəsonrası dönəmin quruculuq meydanlarında misilsiz vətəndaşlıq örnəyi sərgiləməklə milli yaddaşda öz möhürünü qoyur. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi yalnız bir ərazi qurtuluşu deyil, həm də ruhun, iradənin və milli kimliyin təntənəsidir. Bu təntənədə önündə dayanan isə Azərbaycanın vətəndaş məsuliyyətini dərindən duyan gənc nəslidir. Bu gün Cəbrayılda, Füzulidə, Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Xocavənddə və başqa yaşayış məntəqələrimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq və ümumən inkişaf işlərinin əsas icraçı qüvvəsi məhz gənclərdir. Onlar yalnız layihə rəhbərləri, mühəndislər, müəllimlər, həkimlər və könüllülər kimi deyil, həm də ruhən bu yerlərə qayıdan bir nəslin təmsilçiləri kimi çıxış edir. Məsələ təkcə işlə təmin olunmaqdan ibarət sanılmamalıdır – onlar, haqlı olaraq, bu bölgələrdə işləməyi, yaşamağı, xidmət göstərməyi şərəfli bir yol kimi qəbul edir. Bu, hər şeydən öncə mənəvi qayıdışdır. Gənclər o torpaqlara yalnız vücudları ilə yox, eyni zamanda ruhları, arzuları və xəyalları ilə qayıdır. Çağdaş Azərbaycanın dövlət siyasəti gəncliyin inkişafını, onların innovativ düşüncəsini və təşəbbüskarlığını milli prioritet kimi müəyyənləşdirib. Amma bu siyasətin gerçək təcəssümünü biz məhz Qarabağda, Şərqi Zəngəzurda görürük – gənclərimiz təkcə ölkənin müxtəlif bölgələrindən deyil, xaricdə təhsil almış, beynəlxalq təcrübəyə malik mütəxəssislər kimi də o torpaqlara üz tutur, öz bilik və bacarıqlarını xalqın gələcəyinə yönəldirlər. Bunlar milli qürurumuzu, özgüvənimizi zənginləşdirən, gəncliyin və gələcəyin vicdanını nişan verən faktlardır. Onlar üçün bu yol yalnız bir karyera seçimi yox – tarixi ədalətin bərpasında iştirak, şəhid ruhuna sayğı, ata-baba ocağının dirçəldilməsi, yeni həyatın bünövrəsinin ləyaqətlə qoyulması deməkdir. Unutmayaq ki, düşmən Qarabağı, Şərqi Zəngəzuru təkcə fiziki deyil, həm də mədəni, sosial, demoqrafik baxımdan viran qoymağa çalışmışdı. Həmin boşluğu isə bu gün azərbaycanlı gənclər doldurur – yeni təhsil, mədəniyyət, şəfa ocaqları, başqa müəssisələr, yollar tikilir, həyat bütün parametrlər, kateqoriyalar üzrə dirçəlir, yeni yaşam nəfəsi doğulur. Bu ruhi güc, mənəvi enerji isə daha çox gənclərə xas olub, onların içindən gəlir. Azərbaycanın gənc nəslinin belə fəallığı, zəruri proseslərdə şüurlu iştirakçılığı göstərir ki, Qarabağ və Şərqi Zəngəzur gələcəkdə də yalnız coğrafi deyil, milli və mənəvi birliyin canlı təcəssümü olaraq qalacaq. Təkrarçılıq olmasın, bəli, bu torpaqlara təkcə insanlar qayıtmır – qayıdan ruhdur, kimlikdir, iradədir, ümiddir və gələcəyin özüdür! Dövlətimiz zaval görməsin!”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ