Avropa ölkələri İranla masaya oturur - cümə günü Cenevrədə görüş keçiriləcəyi xəbəri yayıldı...

İsrail və İran arasında gərginləşən münaqişə davam etdiyi bir vaxtda Avropa diplomatik bir gedişlə gündəmə gəlib. Almaniya, Fransa və İngiltərənin cümə günü İsveçrənin Cenevrə şəhərində İranla xarici işlər nazirləri səviyyəsində bir toplantısı keçirəcəyi iddia edilir.
İddialara görə, görüşün əsas gündəm bəndləri İranın nüvə proqramı və Yaxın Şərqdə artan gərginlik olacaq. Hələlik tərəflərdən rəsmi açıqlama verilməsə də, diplomatik dairələrdə mümkün görüşün bölgədə gərginliyin azaldılması istiqamətində kritik addım kimi dəyərləndirilir.
Əvvəllər bir çox beynəlxalq danışıqlara ev sahibliyi edən Cenevrənin bu təmaslara səhnə olması Qərblə İran arasında sönük münasibətlərin yenidən canlanması ehtimalı kimi şərh olunur. Bildirilir ki, görüş baş tutsa, uzun müddətdir pozulan Qərb-İran diplomatik münasibətlərində yeni səhifə açıla bilər.
İndi bütün dünyanın diqqətlər cümə günü keçirilməsi gözlənilən mümkün sammitə yönəlib.
TAHİR