Şimali Koreya liderindən İsraillə savaşda olan İrana yardım təklifi - hazırıq...

Şimali Koreya lideri Kim Çen In Yaxın Şərqdə artan İsrail-İran gərginliyi ilə bağlı diqqət çəkən açıqlamalar verib. Kim bəyanatında İsrailin hücumlarını “imperialist təxribat” kimi qiymətləndirib və Şimali Koreyanın İranın yanında olduğunu bəyan edib.
Kim Çen Inın açıqlamalarının ən diqqət çəkən hissəsi İrana yardım təklif etməsi olub. Şimali Koreya lideri bildirib ki, müraciət olarsa İrana yardım göndərməkdən çəkinməyəcəklər. Bu bəyanat Pxenyanın təkcə şifahi deyil, həm də mümkün fiziki dəstəyə açıq olduğu mesajı kimi şərh edilib.
“Qlobal imperializmin muzdlularına xəbərdarlıq edirik” deyən Kim, Qərb ölkələrinin İsrailə verdiyi dəstəyi də sərt ifadələrlə tənqid edib.
Xatırladaq ki, ABŞ və İngiltərə İsraili dəstəklədiyi halda, Rusiya, Çin, Suriya və Livan İranın yanındadır. Şimali Koreyanın açıq dəstək bəyanatı ilə bölgədəki qütbləşmənin daha da aydınlaşdığı görünür.
Beynəlxalq ekspertlərin fikrincə, Kim Çen Inın yardım vədi təkcə İranın tək olmadığını göstərmir, həm də Şimali Koreyanın yenidən regional məsələlərdə effektiv aktyor olmaq istəyini ortaya qoyur.
TAHİR