Cümə axşamı günü, 22 oktyabr 2026
     

İran xalqı Netanyahunun sözü ilə inqilab edər? - Bəs Pezeşkianın yəhudilərə müraciəti?

Image


Abutalıb Səmədov: “Bu cür çağırışların hələlik heç bir nəticəsi yoxdur”

Məlum olduğu kimi, İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, onları hökumətə qarşı üsyana çağırıb. İran prezidenti Məsud Pezeşkian da öz növbəsində İsrail hərbçilərinə müraciət edib ki, hakimiyyəti öz əlinizə alın.

Yəni Netanyahu İran xalqına müraciət edib ki, durub mollalara qarşı üsyan edin. Pezeşkian da yəhudi hərbçilərinə müraciət edib ki Natenyahunu devirin və hakimiyyətə gəlin. Bunların bu çağırışlarının hansısa nəticəsi ola bilərmi?

İranda vəziyyət bir az da ağırlaşsa, ABŞ da aktiv şəkildə bu prosesə qoşularsa...”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində “İki ay bundan əvvəl Tramp İranın dini liderinə müraciət etdi və təklif etdi ki, ABŞ-la nüvə proqramı ilə bağlı razılaşma imzalasın. Bu razılaşmanın hansı şərtlərlə imzalanmalı olduğunu da söylədi. Eyni zamanda İrana 60 gün də vaxt verdi. Bu müddətdə ABŞ-ın nümayəndələri ilə İranın rəsmi şəxsləri arasında, birbaşa olmasa da, danışıqlar aparıldı, 5 görüş keçirildi və 6-cı görüş də bu günlərdə baş tutmalı idi. Ancaq İsrailin İrana endirdiyi zərbələrdən sonra, təbiidir ki, görüş də alınmadı”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, ABŞ tələb edirdi ki, İran uranı zənginləşdirən obyektləri bağlasın, yalnız dinc məqsədlərlə urandan istifadə etsin və bunu da ya Rusiyadan, ya da başqa dövlətdən alsın, özü uranı zənginləşdirməsin: “Çünki dinc məqsədlərlə istifadə olunan uran maksimum 20 faiz zənginləşdirilə bilər. Atom elektrik stansiyaları üçün 3, 7 faiz uranın zənginləşməsi tələb olunur. Müəyyən dərmanların istehsalı üçün də uranın 20 faiz zənginləşdirilməsinə ehtiyac var. Ancaq məlumdur ki, MAQATE (Beynəlxalq Atom Agentliyi) uranın İran tərəfindən öz müəssisələrində 60 faizə qədər zənginləşdirildiyini müəyyən edib. Bu da, təbiidir ki, ABŞ-ı da, digər dövlətləri də ciddi şəkildə narahat edir və belə bir iddia var ki, İran iki həftə ərzində atom silahı istehsal edə bilər.

İran ABŞ-ın təklifini qəbul etmədi və uranın zənginləşdirilməsinin öz ölkəsində davam edəcəyini dedi, 60 günün tamamında İsrail İrana gecə zərbələr endirdi, bir neçə yüksək vəzifəli şəxs qətlə yetirildi, nüvə üzrə görkəmli mütəxəssislər öldürüldü və İranın nüvə obyektlərinə zərbələr endirildi. Bu proses hələ bitməyib. İsrail İrana zərbələr endirməkdə davam edir. İran da, təbiidir ki, əks-zərbələr endirir. Ancaq burda bir məsələ var ki, İranın atdığı raketlərin böyük hissəsi ABŞ və İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir. İlk gün İsrailə atılan raketlərin təqribən 92 faizi zərərsizləşdirilib”.

A.Səmədov qeyd etdi ki, buna baxmayaraq, qarşılıqlı zərbələr davam edir: “Bu zərbələrin endirilməsi prosesində Netanyahu İran xalqına müraciət etdi, onları küçələrə çıxmağa və bu rejimi devirməyə çağırdı. "Azad olun", "demokratik dövlət qurun" dedi. Təbiidir ki, bu cür çağırışların hələlik heç bir nəticəsi yoxdur. Ola bilərmi? Ola bilər. Əgər İranda vəziyyət bir az da ağırlaşsa, ABŞ da aktiv şəkildə bu prosesə qoşularsa (hələlik iddia edir ki, mən zərbələrin endirilməsidə iştirak etmirəm. Ancaq hər an qoşulmaq ehtimalı var-A.S) Netanyahunun çağırışının İran əhalisinə təsiri gözləniləndir. Tramp da deyib ki, əgər İran tərəfindən ABŞ-ın hər hansı bir obyektinə hücum olarsa bunun cavabı veriləcək. Eyni zamanda İran hakimiyyətinin nümayəndələri İsrail xalqına müraciət edib, hərbiçiləri Netanyahunu devirməyə çağırıb. Bunun, təbiidir ki, heç bir nəticəsi ola bilməz. Çünki aparılan təbliğat İsrail əhalisini, hərbiçiləri, hakimiyyət nümunələrini eyni mövqedə birləşdirib. Hər biri İranın nüvə silahına malik olmasının İsrail dövləti üçün nə qədər böyük təhlükə törədəcəyini anlayır və burda onların düşüncəsini dəyişmək çox çətindir. Ancaq İranda müəyyən etiraz tədbirləri keçirilə bilər. Bu indimi, gələcəkdəmi baş verəcək, bunu zaman göstərəcək. Ancaq bir şey aydındır ki, əgər bu zərbələr davam etdirilsə, bundan sonra İrana qarşı sanksiyalar tətbiq olunsa əhalinin vəziyyəti çox çətinləşəcək. Təkcə bir faktı demək kifayətdir ki, 2018-ci ildə Trampın hakimiyyəti dövründə ABŞ İranla imzalanan müqavilədən imtina etdi və İrana qarşı sanksiyalar tətbiq etdi. 2019-cu ildə İranda iqtisadiyyat kəskin şəkildə aşağı düşdü və aradan 7 il keçməsinə baxmayaraq, hələ də İran iqtisadiyyatı 2018-ci il səviyyəsinə çata bilməyib. Bu da, təbiidir ki, sadə insanların həyatına çox ağır təsir edir. Əgər yenidən sanksiyalar tətbiq olunsa, İranda ciddi narazılıqların başlayacağı istisna olunmur. Dünyada çoxlu dövlətlər maraqlıdır ki, İran İslam Respublikasında rejim dəyişikliyi baş versin. Bir tərəfdən çağırışlar edilir, digər tərəfdən xaricdə məskunlaşan İran müxalifətini fəallaşdırmağa çalışırlar. Ancaq bu müxalifət hakimiyyətə gələcək gücdə deyil və İran hakimiyyəti üçün elə bir təhlükə törətmir. Ancaq gələcəkdə nəyin baş verəcəyini, İranda başlayacaq etiraz tədbirlərinin hansı nəticələr törədəcəyini bu gün qəti şəkildə demək çox çətindir. Hər şey ola bilər. İran çox ciddi təhlükələr qarşısındadır və qısa müddətdə ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək İranın maraqlarına cavab verir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ