Bazar günü günü, 16 avqust 2026
     

Fransadan Çinə quru marşrut – İrəvanda yeni xəyallar...

Image


Cənubi Qafqaz tarix boyu imperiya və xalqların taleyinə təsir edən kəsişmə nöqtəsi olub. Bu strateji coğrafiya müasir dövrdə də geosiyasi baxımdan önəm daşıyır, regional və beynəlxalq güclərin maraq dairəsindədir. Bu baxımdan, Azərbaycan və Ermənistanın regionda rolu, onların xarici siyasət kursları həm regional sabitliyin, həm də beynəlxalq təhlükəsizliyin formalaşmasında həlledici amillərdir.

Son dövrlər Ermənistanın xarici siyasətində müşahidə olunan aktivləşmə, xüsusilə Fransa və Hindistanla strateji əlaqələrin güclənməsi, ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə və regional tranzit mərkəzi kimi çıxış etməyə çalışması diqqət çəkir. Bu kontekstdə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın beynəlxalq “Raisina Mediterranean” forumundakı çıxışı Haysyanın ambisiyalarını açıq şəkildə ortaya qoyur. Ermənistan “Dünyanın kəsişməsi” layihəsi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat infrastrukturunu inkişaf etdirərək, Hindistanla Avropa arasında yeni kommunikasiya kanalları yaratmaq istəyir. Bu təşəbbüs yalnız iqtisadi layihə kimi deyil, həm də Ermənistanın regional siyasi təsirinin artırılması və təhlükəsizlik zəncərinin bir halqası kimi qiymətləndirilir. Nazir konfransda deyib: “Fransa ilə Hindistan arasında əlaqə yaratmaq istəyirsinizsə, bu yollardan biri dənizdir. Təəssüf ki, bu, heç də həmişə sürətli olmur və son zamanlar həm də təhlükəsiz deyil. Bundan əlavə, quru yolları da var. Burada Ermənistan mühüm mövqe tutur. Ermənistan Avropa ilə Hindistan arasında – Cənubi Qafqazda yerləşir. Ortaq əlaqələrin qurulması üçün, bu, çox əhəmiyyətlidir. İrəvan kommunikasiya proqramlarını təşviq edir və infrastruktura “böyük məbləğdə” sərmayə qoyur”.

Çıxışında A.Mirzoyan qeyd edib ki, Ermənistan həm Fransa, həm də Hindistanla strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir: “Biz bundan çox şadıq”. Nazir Hayastanın qonşularla münasibətlərini yaxşılaşdırmaq və sərhədləri açmaq istəyini də önə çəkib. O, xüsusilə İran və Gürcüstanla münasibətlərin yaxşı, Türkiyə və Azərbaycanla isə dialoqa açıq olduqlarını bildirib. XİN başçısı Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsini xatırladıb: “Biz Ermənistan ətrafında sülh və əmin-amanlıq mühiti yaratmağa çalışırıq ki, təkcə Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran deyil, həm də daha geniş region bundan faydalana bilsin”.

Bu açıqlamalar ilk baxışdan Ermənistanın beynəlxalq əlaqələrdə daha aktiv və balanslı mövqe tutmaq, həmçinin qonşularla dialoqu inkişaf etdirmək istəyini göstərir. Amma beynəlxalq diplomatiya səhnəsində atılan bu addımların fonunda regionda hərbi gərginliyin yüksəlməsi və İrəvanın silahlanmanı sürətləndirməsi ciddi narahatlıq doğurur.

Ermənistanın xarici tərəfdaşlarından aldığı silah-sursat, hərbi texnika və sərmayələr bölgədə sülh prosesini zərbə vurur, revanşist əhval-ruhiyyəni artırır. Bu isə yalnız Azərbaycan və Türkiyədə deyil, bütövlükdə regionda təhlükəsizlik mühitinin pisləşməsinə səbəb olur. Silahlanma və hərbi eskalasiya dialoq və qarşılıqlı etimad mühitinə zərbə vura bilər.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq Aydın Quliyev Ermənistanın revanşist dairələrində itirilmiş torpaqların hərbi yolla geri alınması barədə ümidlərin canlı qalması, gənc nəslin siyasi təsir altına düşməsi, yeni münaqişə risklərini gündəmə gətirir: “Bu, həm Ermənistan cəmiyyətində, həm də regionda dərin narahatlıq yaradır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müşahidə edilən bəzi hərbi və sosial problemlərə baxmayaraq, revanşist ritorikanın artması və silahlanmanın davam etməsi, bölgədə yeni hərbi qarşıdurma ssenarilərini gündəmə gətirir. Azərbaycan isə sülhə açıq olduğunu və danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin müharibədən uzaq, dialoq və əməkdaşlıq mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətlə, qonşu dövlətlərlə, o cümlədən Ermənistanla münasibətlərində prioritet olaraq qalır. Lakin bu sülh niyyəti, Ermənistanın hərbi gücünü artırmaq istiqamətində atdığı addımlar və revanşist ritorikanın yüksəlməsi ilə çətin vəziyyətə düşür. Azərbaycanın öz milli təhlükəsizliyini təmin etmək üçün hərbi hazırlıqlarını gücləndirməsi, regionda yeni geosiyasi reallığın ortaya çıxdığını göstərir”.

A.Quliyev hesab edir ki, Ermənistanın xarici güclərlə—xüsusilə, Fransa və Hindistanla silah ticarəti və hərbi əməkdaşlıq səyləri regionda balansın pozulmasına səbəb olur: “Bu ölkələrin Ermənistanın hərbi gücünü artırmaqda maraqlı olmaları, yalnız regional deyil, qlobal geosiyasi maraqların da ifadəsidir. Fransa kimi Avropa İttifaqının aparıcı üzvünün Ermənistanı silahlandırması, Avropa siyasətində gərginliyi artırır və bəzən regionda mövcud sülh proseslərinə zərər verir. Bu proseslərin fonunda, sülhə aparan yolun qarşısında duran əsas maneələrdən biri də Ermənistanın öz daxilində revanşist ideologiyanın dərin kök atmasıdır. Bu ideologiya yalnız siyasi elitada deyil, geniş ictimaiyyətdə də hələ qüvvədədir və ölkənin gələcək siyasətinə ciddi təsir göstərir.

İtirilmiş ərazilərin hərbi yolla geri alınması arzusu, diplomatik sülh prosesinin real imkanlarını kölgədə qoyur və regionda dayanıqlı sabitliyin yaranmasına mane olur. Dayanıqlı sülhə nail olmaq üçün yalnız silahlanmanı azaltmaq yetərli deyil. Qarşılıqlı etimadın bərpası, siyasi iradənin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və insan hüquqlarının qorunması kimi daha geniş və çoxşaxəli tədbirlər həyata keçirilməlidir. Region ölkələri arasında dialoqun davamlı olması, beynəlxalq vasitəçilərin fəal iştirakı və xarici güclərin regionun daxili işlərinə müdaxilədən çəkinməsi sülhün təməlini təşkil edir”.

Ermənistanın Fransa ilə Hindistan arasında nəqliyyat bağlılığı qurmaq irəyinə toxunan politoloq bunun daha çox siyasi bəyanat və ya gələcəy yönəlik plan kimi səsləndiyini, amma praktikada həyata keçirməsi çətin layihə adlandırdı: “Çünki Ermənistanın mövcud nəqliyyat infrastrukturu çox ciddi problemlərlə üzləşir və bir çox hissələri artıq istifadəyə yararsız hala gəlib. Həmçinin, bəzi ərazilərdən keçən dəmir yolu xətləri təmir edilə bilmədiyi üçün, onların bərpa edilməsi və yenidən istifadəyə verilməsi çox ciddi maddi resurs tələb edir. Ermənistanın bu növ əlaqələr qurması üçün ən azı iqtisadi şəraitin möhkəmlənməsi və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq lazım olardı, amma indiki vəziyyətdə bunu həyata keçirmək üçün ciddi maddi maneələr mövcuddur”.

Nəticə etibarilə, Ermənistanın xarici siyasətdə fəallaşması, regional inteqrasiya istiqamətində təşəbbüsləri, potensial olaraq, müsbət dəyişiklikləra zəmin yarada bilər. Fəqət, bu proses yalnız revanşist siyasətdən uzaqlaşıb, dialoq və əməkdaşlıq ruhu ilə hərəkət edildikdə real ola bilər. Regionda davamlı sülh və sabitliyin təmin olunması üçün bütün tərəflərin məsuliyyətli və konstruktiv davranışı zəruridir.

Pünhan ƏFƏNDİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - böyük yanğın başladı...

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ