Cümə axşamı günü, 22 oktyabr 2026
     

“İranın qeyri-müəyyənliyi olmasaydı, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini zorla açacaqdı” - erməni təfəkkürü...

Image


Abutalıb Səmədov: “Azərbaycan zorakılığa baş vurmayacağını, heç bir ölkənin ərazi bütövlüyünə qəsd etməyəcəyini dəfələrlə bəyan edib”

“Sputnik Ermənistan”a müsahibəsində politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov deyib ki, guya İranın mövqeyində strateji qeyri-məyyənlik Azərbaycanı və Türkiyəni Zəngəzur dəhlizi ilə bağlı “təxribatdan”, hərbi güc tətbiqindən çəkindirir. Guya İranın nə edəcəyi məlum olmadığına görə Azərbaycan və Türkiyə dəhlizlə bağlı Ermənistana hücum etməyiblər.

Arutyunov təbii ki, cəfəng danışır. İranın mövqeyini, fikrini nəzərə alan kimdir? Sadəcə, Azərbaycan və Türkiyənin zorakı yola əl atmasına ehtiyac olmayıb.

“Guya Zəngəzur dəhlizini zorakı yolla açmaq istəyi olub, ABŞ da bunu istəyib, ancaq İranın tutduğu mövqe və bu mövqedəki qeyri-müəyyənlik kimlərisə qorxudub”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqe aydın deyil: “Müxtəlif rəsmi şəxslər müxtəlif bəyanatlar səsləndirib. Bəziləri İranın bütövlükdə Zəngəzur dəhlizinə qarşı olmadığını, ancaq dəhlizin Ermənistanən nəzarətində olmasını istədiyini bildirib. Yəni biz dəhlizin əleyhinə deyilik, ancaq Zəngəzur dəhlizi Ermənistanın nəzarətində olmalıdır. Bu günlərdə çıxış edən İranın keçmiş xarici işlər naziri, indi dini liderin müşaviri Əli Əkbər Vilayəti isə tamamilə başqa şey deyir. Onun sözlərindən belə çıxır ki, İran bütövlükdə Zəngəzur dəhlizinin əleyhinədir. Bəyan edir ki, biz dəhlizin açılmasının qarşısını aldıq, çünki əgər Zəngəzur dəhlizi açılsa, bu, İran dəhlizinin fəaliyyinə mane ola bilər və İranın Avropa ilə birləşməsinin qarşısını alar. Bu səbəbdən İranın nə istədiyi aydın deyil. İranın mövqeyi nədən ibarətdir? Ümumiyyətlə dəhlizin açılmasını istəmir, yoxsa açılmasını istəyir, ancaq Ermənistanın nəzarətində olmasını tələb edir? Ancaq 10 noyabr sənədinə görə dəhliz Rusiya sərhədçilərinin nəzarəti altında olmalıdır. Azərbaycan zorakılığa baş vurmayacağını, heç bir ölkənin ərazi bütövlüyünə qəsd etməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti onu da deyib ki, biz Zəngəzura minik maşınları ilə gedəcəyik. Ancaq buna baxmayaraq ermənilər dəfələrlə bəyan ediblər ki, guya Azərbaycan zorakı yolla bu dəhlizi açmaq istəyir və burda Türkiyənin və Rusiyanın köməyinə ümid edir. Əli Əkbər Vilayəti görünür İranın düşdüyü vəziyyəti axıra qədər dərk edə bilmir. Bu gün İran çox ağır vəziyyətdədir, ABŞ-la İranın nüvə proqramı ilə bağlı danışıqlar davam edir, artıq bir neçə görüş keçirilib və gözlənilən nəticə alınmayıb. Hadisələr göstərir ki, razılığa gəlmək ehtimalı azdır və İrana raket zərbələrinin enidiriləcəyi, İranın nüvə obyektlərinin raket zərbələrinə məruz qalacağı tamamilə realdır. Artıq hazırlıqlar da görülməyə başlayıb. İran belə bir təhlükə ilə üz-üzədir, üstəlik, sanksiyaların tətbiq olunma ehtimalı da xeyli artıb. İran onu da unutmayıb ki, 2019-cu ildə tətbiq olunan sanksiyalar onun iqtisadiyyatına öldürücü zərbə vurub və aradan 7 il keçməsinə baxmayaraq, hələ də İran 2018-ci il səviyyəsinə gəlib çata bilmir. Yəni bir tərəfdən ciddi sanksiyalarla üz-üzədir, digər tərəfdən nüvə obyektlərinə raket zərbələrinin endirilmə ehtimalı var. Belə bir məqamda dini liderin müşaviri çıxış edir və İranın “qəhrəmanlıqlarından” danışır. Guya Zəngəzur dəhlizini zorakı yolla açmaq istəyi olub, ABŞ da bunu istəyib, ancaq İranın tutduğu mövqe və bu mövqedəki qeyri-müəyyənlik kimlərisə qorxudub”.

A.Səmədovun sözlərinə görə, əslində isə reallıq tamamilə başqadır: “Əslində reallıq nədən ibarətdir? 10 noyabr sənədində hər şey aydın yazılıb. Naxçıvandan Azərbaycanın Qərb rayonlarına çəkiləcək dəhlizlə insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunmalıdır. Maneəsiz hərəkət nə deməkdir? Yəni burda heç bir yoxlama aparıla bilməz. Bunu nəyin əsasında deyirik? 1997 və 1998-ci illərdə məşhur Minsk qrupu Laçın dəhlizi barədə təkliflərlə çıxış etmişdi. Məlumdur ki, uzun müddət Laçın dəhlizi Azərbaycanın nəzarətində olmayıb, eksterritorial olub. Yəni keçdiyi dövlətin suverenliyi altında olmayıb. Həmin təklifdə bu eksterritoriallığın tərifi verilib. 1997-ci ildə verilən təklifdə göstərilirdi ki, Laçın dəhlizi və Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkiləcək dəhliz eksterritorial olmalı və həmin dəhlizdə azad və maneəsiz hərəkət təmin olunmalıdır. Yəni eksterritoriallığın əlamətləri də göstəilirdi-azad və maneəsiz hərəkət. 1998-ci ilin noyabrında təqdim olunan təklifdə bir daha bu məsələyə qayıdılır və azad və maneəsiz sözünün eyni məna daşıdığını da nəzərə alaraq maneəsiz hərəkət ifadəsi göstərilir. Yəni həm Laçın dəhlizində, həm Naxçıvandan Azərbaycana çəkiləcək dəhlizdə maneəsiz hərəkət təmin olunmalı idi. Bu, eksterritoriallığı göstərən əsas əlamət idi. 2020-ci ildə imzalanmış 10 noyabr bəyanatında isə yalnız Naxçıvandan Azərbaycana çəkiləcək yolda hərəkətin maneəsiz olması tələbi var. Yəni əslinə qalsa, 10 noyabr sənədində Zəngəzur dəhlizinin eksterritoriallığı və Ermənistana tabe olması açıq şəkildə göstərilmir. Ən azından heç orda yoxlama olmamalıdır. İran da gah buna qarşı çıxış edir, gah tələb edir ki, yola Rusiya yox Ermənistan nəzarət etsin, gah da hədələyir. Hətta SEPAH Rusiyanı, Türkiyəni və Azərbaycanı hərbi əməliyyatlarla, hərbi vasitələrlə dəhilzin açılmasına mane olacağı ilə hədələyib. Əslinə qalsa, İran özü də bilmir nə istəyir. ABŞ hələ ki, İranın nüvə proqramı ilə bağlı məsələni həll etmək istəyir. Artıq işin əməliyyatlara doğru getdiyi göz qabağındadır. Rusiya Ukrayna ilə apardığı müharibəni hələ bitirə bilmir ki, Zəngəzur dəhlizi ilə məşğul olsun. Rusiyanın da mövqeyi aydındır, dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidir. Bunu İran istəmir. Yəni əslinə qalsa, dünyanın böyük dövlətlərinin hamısının mövqeyi eynidir-Zəngəzur dəhlizi açılmalıdır və bu dəhlizdə hərəkət 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi təmin olunmalıdır. Buna bir İran etiraz edir, sanki İranın o qədər böyük gücü var ki, Türkiyənin, Rusiyanın, ABŞ-ın qarşısında tək dayan bilər, dəhlizin açılmasına imkan verməz. Çünki İran maraqlıdır ki, öz ərazisindən keçən və bizim Araz dəhlizi dediyimiz dəhliz vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirib, ondan sonra da Avropaya doğru yönəlsin. Beynəlxalq nəqliyyat dəhlizi İranın ərazisindən keçsin, Naxçıvana, Türkiyəyə, ordan da Avropaya istiqamət götürsün. Əslinə qalanda İranın istəyi bundan ibarətdir. Ancaq bir şey aydındır ki, böyük dövlətlərin və Azərbaycanın ədalətli tələbləri qarşısında İranın sona qədər dayanacağı mümkün görünmür. Dəhliz açılacaq və Zəngəzur dəhlizi 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi fəaliyyət göstərəcək. Çünki Ermənistanın baş naziri də bu sənədə qol çəkib ki, dünyanın böyük gücləri dəhlizin məhz 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi açılmasının tərəfdarıdır. Yaxın günlərdə baş verəcək hadisələr İranın o qədər də böyük gücü olmadığını bir daha göstərəcək. Çünki Suriya hadisələri kifayət qədər aydın şəkildə göstərdi ki, İran bəzən özünə həddən artıq güvənir və bu güvən son nəticədə Suriyada ciddi məğlubiyyətə gətirib çıxardı. Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe də eyni cür sonluqla nəticələnəcək və İran anlayacaq ki, burda da öz gücünü kifayət qədər şişirdib, özünə çox güvənib, düşünüb ki, bölgədə əsas qərar verən dövlət İran olmalıdır, çünki onun çox böyük hərbi potensialı var. Reallıq isə tamamilə başqa şey deyir və İran ilk növbədə özünün üz –üzə durduğu təhlükələri anlasa, reallıqları dərk etsə, bu onun nüfuzlu bir dövlət kimibundan sonra da fəaliyyət göstərməsinə şərait yarada bilər. Əks halda ciddi faciələr qapıdadır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ