Cümə axşamı günü, 22 oktyabr 2026
     

Süni intellekt dövründə ictimai rəyi dezinformasiyalardan qorumaq asan olmayacaq...

Image


Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı ilə yanaşı, plüralizm də inkişaf edir. Ölkə söz azadlığının qorunduğu və mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.

Kütləvi İnformasiya Vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və digər informasiyanın müntəzəm formada yayıldığı vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən və onun vəziyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Mediasız azad cəmiyyətin tərəqqisindən danışmaq mümkün deyil

Azərbaycanın media sahəsində həyata keçirilən islahatlar sərbəst mətbuatın inkişafına, müxtəlif informasiya mənbələrinin ortaya çıxmasına və plüralist bir ictimai müzakirə mühitinin formalaşmasına imkan verir. Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundamental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil. Müasir dövrün tələblərinə uyğun olaraq, informasiya texnologiyalarının inkişafı və internetin geniş yayılması məlumat azadlığını təmin etməklə yanaşı, həm də cəmiyyətin daha şəffaf və açıq olmasına şərait yaradır. Medianın azadlığı və müxtəlif informasiyaların sərbəst yayılması Azərbaycanın sosial və siyasi həyatının daha sağlam və dinamik bir şəkildə inkişaf etməsinə töhfə verir.

Texnoloji inkişaflar yeni problemlər də yaradır - dezinformasiya, saxta xəbərlər..

XXI əsrdə Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoydu - rəqəmsallaşma dövrü. Son onilliklərdə rəqəmsal texnologiyaların inkişafı ilə mətbuat da müasir dövrün tələblərinə uyğunlaşmağa başladı. Ənənəvi qəzət və jurnallar İnternet mediaya inteqrasiya etdi. Bütün bunlar ənənəvi mətbuatın formatlarını dəyişdi, yeni tipli media orqanlarının meydana gəlməsinə gətirib çıxartdı. Ölkədə müxtəlif xəbər portalları, bloglar və sosial media platformaları yarandı, informasiyanın xarakteristikası, xəbər istehsalının tələbləri dəyişildi, çoxformatlı və çoxplatformalı yayım gerçəkləşdi. Auditoriya, məzmun istehlakçıları həm də istehsalçılara çevrildi. İnternet mediası, sosial şəbəkələr, mobil tətbiqlər və süni intellekt vasitəsilə informasiya yayımı daha da sürətləndi. Hazırda rəqəmsal texnologiyaların və süni intellektin inkişafı Azərbaycanda da mətbuatın fəaliyyətinə müsbət və mənfi təsirlər göstərir. Onlayn platformalar, xəbər saytları və sosial media vasitəsilə xəbərlər real vaxtda geniş auditoriyaya çatdırılır. Sosial media, mobil tətbiqlər və interaktiv platformalar istifadəçilərlə interaktiv kommunikasiya qurmağa, onların reaksiyasını ölçməyə, xəbər istehsalında iştirak etməyə imkan verir. Süni intellekt alqoritimləri sayəsində xəbər mənbələri avtomatik analiz olunur, trendlər müəyyən edilir, xəbərin təqdimatı daha səmərəli şəkildə aparılır. Bununla yanaşı, texnoloji inkişaflar yeni problemlər də yaradır- dezinformasiya, saxta xəbərlərlə ictimai rəyin manipulyasiyası, klik jurnalistikası, informasiya mənbələrinin etibarlılıq problemi, etik qaydaların pozulması və informasiya təhlükəsizliyi kimi məsələlər müasir dövrün əsas çağırışlarıdır. Süni intellekt ilə yazılmış xəbərlərin müəllifliyi, obyektivliyi və məsuliyyəti ilə bağlı suallar yaranır. Bu səbəbdən uğurlu adaptasiya üçün media qurumları peşəkar jurnalistika prinsiplərini qoruyaraq texnoloji imkanlardan ağıllı şəkildə istifadə etməlidirlər. Həm dövlət, həm ictimai təşkilatlar, həm də jurnalistlər peşəkarlığın artırılması və medianın savadlılığı üçün birgə fəaliyyət göstərməlidirlər. Süni intellekt və rəqəmsal alətlərin inkişafı şəraitində fikir, söz azadlığının müdafiəsi, informasiyaların manipulyasiyasının və dezinformasiyanın qarşısının alınması bu gün ən aktual məsələlərdən biridir. Süni intellektin, rəqəmsal alətlərin, sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə söz, məlumat azadlığının inkişaf etdirilməsi və eyni zamanda cəmiyyətin, ictimai rəyin dezinformasiyadan, manipulyasiyadan qorumaq asan deyil. O baxımdan bütün bu məsələlərdə nələrə önəm verilməlidir?

Peşəkar jurnalistlər süni intellektin yardımından istifadə etməlidir, amma...

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, yeni dövrün trendləri ilə ayaqlaşmaq lazımdır: “Həqiqətən də süni intellekt mövzusu gündən-günə aktuallaşır. Rəqəmsal dünya sanki bütün planeti öz ağuşuna alıb. Artıq bu, bir nömrəli məsələyə çevrilib. Süni intellekt bütün hallarda inkişafın ortaya gətirdiyi tərəqqinin bir naliyyətidir. Təbii ki, bunun bütövlükdə cəmiyyətin, bəşəriyyətin inkişafına xidmət etmək missiyası var. Ancaq o da bir reallıqdır ki, hər bir yeniliyin fəsadları, digər yan təsirləri də var. Süni intellekt də bundan yan keçməyib. Baxır süni intellektdən hansı məqsədlə, nə niyyətlə istifadə edilməsinə. Ancaq süni intellekt mətbuatda, media camiəsində nələrisə ortaya qoyur. O şeylər ki, onu media təmsilçiləri etməlidir. İndiki rəqəmsal dünyada istənilən informasiya əlçatandır. Süni intellekt də jurnalistlərin hazırladığı informasiyaların bazasında olan məlumatlara söykənir. Ancaq imkan vermək olmaz ki, süni intellekt dezinformasiyalar yaymaqla ölkənin informasiya təhlükəsizliyini təhdid altında saxlasın. Hansısa məlumat fakta söykənərək cəmiyyətə ötürülməlidir. Süni intellektin yaratdığı informasiyanı olduğu kimi cəmiyyətə təqdim etmək olmaz. Olduğu kimi cəmiyyətə ötürəndə artıq bu, professionallıqdan kənara çıxır. Məlum olur ki, bu, insan zehninin məhsulu deyil. O üzdən, bu kimi amillər nəzərə alınmalıdır. Peşəkar jurnalistlər süni intellektin yardımından istifadə etməlidir, amma onu maarifləndirmə və digər media prinsiplərindən çıxış edərək təqdim etməlidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ