Cümə axşamı günü, 22 oktyabr 2026
     

Prezidentin xüsusi nümayəndəliyi Xankəndidə restoran icarəyə götürmüş vətəndaşın iddialarına cavab verdi - savadsız və qərəzli...

Image


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsinin təşkili istiqamətində üzərinə düşən vəzifələri icra edir", - nümayəndəlikdən vurğulanıb.

Bildirilir ki, Azərbaycan mediası bu ərazilərdə görülən işləri, dövlət orqanlarının fəaliyyətini hərtərəfli və geniş işıqlandırır, bununla da ölkə ictimaiyyətinin obyektiv məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifəni peşəkar şəkildə icra edir:

"Təəssüf ki, “Reaksiya TV” yutub kanalı kimi informasiya vasitələri yanlış məlumat əsasında, heç bir araşdırma aparmadan, qərəzli materiallar yayaraq ictimaiyyətdə dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq, eləcə də sosial-iqtisadi inkişaf layihələri barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Xankəndi şəhərinə yerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun yalan iddialarının səsləndirilməsi və həm aparıcı, həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən qərəzli şəkildə şərh edilməsi də bu qəbildəndir.

Vətəndaşın müraciətində səsləndirilmiş iddialara cavab olaraq bildiririk ki, “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə dövlət əmlaklarının istifadəsi ilə bağlı yaradılmış Təşkilat Komissiyası”na daxil olan çoxsaylı müraciətlərin araşdırılması, qaliblərin meyarlar üzrə seçilməsi və müsabiqənin keçirilməsi prosesi müəyyən zaman tələb edir. Vətəndaş Səfər Salmanov isə həmin prosedurları keçmədən qısa zamanda qalib edilməsi tələbində olub".

Qeyd edilir ki, müsabiqənin qalibi olduqdan sonra 2024-cü il aprelin 25-də Əmlak Məsələləri Dövlət Xidməti yanında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə Səfər Salmanov arasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərində yerləşən qeyri-yaşayış obyektləri üzrə icarə haqlarının qiymətləri və formalaşma meyarları mövcud olmayıb.

"İcarə haqları qiymətləri 2024-cü ilin aprelində yaradılmış “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixli qərarı ilə təsdiq edilib. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında qeyri-yaşayış obyektləri üzrə icarə haqları bu qiymətlər əsasında və heç bir ayrı-seçkilik edilmədən tətbiq olunur. “Xan Araz” restoranı ilə bağlı da eyni qaydalar tətbiq edilib və vətəndaşa obyekt üçün icarə haqqının yeni qaydalar üzrə hesablanması təklif olunub. Yeni icarə haqqı məbləği vətəndaşın iddia etdiyi kimi 68 dəfə deyil, 64% artım nəzərdə tutur. Lakin sahibkar tərəfindən müqavilənin imzalanmasından əsassız olaraq imtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərir.

Bundan başqa vətəndaş tərəfindən şəhərsalma və memarlıq normaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldə edilmədən qeyri qanuni tikinti - manqalxana inşasına cəhd edilib, ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumların iştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin, vətəndaş tərəfindən guya obyektə 200 min manat dəyərində investisiya qoyulması faktı da öz təsdiqini tapmayıb. İlk növbədə o, müvafiq sənədləri təqdim edə bilməyib, digər tərəfdən isə obyekt ona təhvil verilərkən aparılmış foto və video çəkilişlərlə faktiki vəziyyət müqayisə edilib, iddia edilən investisiya məbləğinin dəfələrlə şişirdilməsi məlum olub.

Təəssüf doğuran digər hal isə tez-tez “Reaksiya TV”nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir araya sığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir. Görünür, o, vaxtilə torpaqlarımızın itirilməsinə səbəb olan AXC-Müsavat hakimiyyətinin xəyanətkar siyasətini, o dövrdəki özbaşınalığı, anarxiyanı, silahlı dəstələrin hökmranlığını, işğalçılarla yanacaq alverini, rüşvət və korrupsiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini, insanların çörəklə sınağa çəkildiyini və bu kimi digər çoxsaylı halları unudub və ya kimsənin xatırlamadığını düşünür. Yəqin ki, S.Cəlaloğlu işğaldan azad olunmuş ərazilərin bərpasının Dövlət Proqramı əsasında həyata keçirildiyini bilmir və buna görə də orada özbaşınalığı təşviq edir. Onun dövlətin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən və güzəştlərdən xəbəri belə yoxdur.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və s. tərəfindən ödənilən sosial sığorta haqlarının 2023-cü il yanvarın 1-dən 10 il müddətində 100% həcmində dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Həmin tarixdən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilir.

Dövlətin təşviq mexanizmləri və aparılan işlər nəticəsində ərazi üzrə ümumilikdə 474 obyektin icarəyə verilməsi təmin edilib, bunlardan 299-u fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45.5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib. Fəaliyyətə başlamış obyektlər üzrə 1900-ə yaxın şəxs işlə təmin olunub. Digər obyektlər fəaliyyətə başladığında iş yerlərinin sayı 5 mindən çox olacaq. Ərazidə dövlət və özəl qurumlarda çalışan, eləcə də öz yurdlarına köç etmiş 13 mindən artıq şəxsin məskunlaşması təmin edilib.

Göründüyü kimi dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yuxarıda qeyd edilən, eləcə də digər effektiv təşviq mexanizmi tətbiq olunur. Bütün bunların müqabilində sahibkarlardan ölkə qanunvericiliyinə ciddi əməl etməklə fəaliyyət göstərmələri tələb olunur. Rəqabət mühitini pozan tələblərin, özləri üçün əlahiddə imtiyaz və digər sahibkarlara ayrı-seçkilik yaradacaq şərtlərin irəli sürülməsi qəbuledilməzdir. Təəssüf ki, bütün yaradılan əlverişli şəraitin müqabilində bəzi sahibkarlar tərəfindən bu cür əsassız tələblər irəli sürülür, tələblərə nail olunmadıqda isə şər və böhtan xarakterli məlumatların tirajlanmasına cəhdlər göstərilir.

Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada, qanunvericiliyin və “Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə zidd olaraq “Reaksiya TV”nin efirində səsləndirilən fikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isə ictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlamdırmamaq mümkün deyil", - nümayəndəlikdən əlavə edilib.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ