ABŞ İranı vurmağa hazırlaşır - hücum planı Trampın masasında...

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla, nüvə danışıqları nəticə verməyəcəyi təqdirdə İrana zərbə endirmək üçün ABŞ prezidenti Trampa hərbi planlar təqdim etdiyini və ordunun buna hazır olduğunu bildirib.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində Kurillaya, Trampın bir müddət əvvəl verdiyi “danışıqlar uğursuz olarsa, İranı vuracağıq” bəyanatı xatırladılıb və ona belə bir vəziyyətdə CENTCOM-un İranı vurmağa hazır olub-olmadığına dair sual unvanlanıb. Kurilla isə Trampa İrana zərbə endirmək üçün hərbi planlar təqdim etdiyini bildirib və əmr veriləcəyi təqdirdə bunu etməyə hazır olduğunu bildirib. “Müdafiə nazirinə və prezidentə geniş variantları təqdim etmişəm”.
ABŞ ordu rəsmisinin açıqlaması Vaşinqton və Tehran arasında gərginliyin yenidən artması ehtimalını gündəmə gətirib.
TAHİR