Cümə axşamı günü, 22 oktyabr 2026
     

“Ölkədə siyasi həmrəylik mühiti siyasi gündəliyin əsas tərkib hissəsinə çevrilib” - Vüqar Rəhimzadə

Image


Siyasi sistemin təkmilləşdirilməsi, sağlam dialoq mühitinin formalaşdırılması dövlətimizin siyasətində prioritet məsələlərdən biridir. Tarixi Zəfərimizdən sonra bu istiqamətdə atılan davamlı addımlar bu prioritetliyi bir daha sübut edir. Bu fakt inkaredilməzdir ki, hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Azərbaycan dövlətinin demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi siyasi partiyaların formalaşdırılamsı, demokratik şəraitdə fəaliyyəti üçün yaratdığı şərait göz önündədir.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, qanunvericilikdə mütəmadi olaraq dövrün çağırışlarına uyğun əlavə və dəyişikliklərin edilməsi və sair kimi mühüm addımlar da deyilənlərin təsdiqidir. Tarixi Zəfərimiz ölkədə vətəndaş birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsində də öz sözünü dedi.

Bu faktı xüsusi qeyd etmək istərdik ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə 50-yə yaxın siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstəyin ifadəsi olaraq Bəyanatla çıxış etdi. Həmçinin tarixi Zəfərimizin reallıqlarının tələblərinə uyğun olaraq siyasi partiyalar arasında mütəmadi təşkil edilən dialoqlar, görüşlər də bu birilyin, həmrəyliyin möhkəmləndirilməsində tərəflərin maraqlı olduğunu təsdiqləməklə yanaşı, onların sağlam dialoq mühitinin formalaşdırılmasına öz töhfələrini vermək istəklərini nümayiş etdirdi. Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq ilə bağlı qərarı ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. İqtidar-müxalifət münasibətlərinin sağlam təməl üzərində inkişaf etdirilməsi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci ildə partiyanın VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını təqdir edərək bildirdi ki, bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Prezident İlham Əliyev dəfələrlə müxalifət partiyalarını siyasi dialoqa, həmrəyliyə dəvət edib, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsində həmrəylik nümayiş etdirməyə səsləyib. Ölkədə siyasi islahatların davamlılığı əsasında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da özündə mühüm məqamları ehtiva edir. Yarandığı gündən bu şöbənin məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Məhz bütün bu konstruktiv addımların sayəsində ölkədə yaradılmış siyasi dialoq mühiti nəticəsində cəmiyyətdə bu prosesə yeni yanaşma müşahidə olunmaqdadır. Siyasi partiya rəhbərlərinin azad edilmiş ərazilərə mütəmadi səfərlərinin təşkili də bu yanaşmanın tərkib hissəsidir. Bu səfərlər həmrəylin göstəricisidir. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq partiya sədrləri işğaldan azad olunmuş ərazilərimizə səfər edərək həm erməni vandalizminin, həm də dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan bərpa-quruculuq işlərinin şahidi olurlar.

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimiz, ərazi bütövlüyüüzün və suverenliyimizin tam bərpa edilməsi regionda və dünya siyasətində yeni reallıqlar yaratdı. Bu reallıqlar ölkədə də mühüm islahatların həyata keçirilməsini bir zərurətə çevirdi. İqtisadi və siyasi islahatların vəhdətinin qorunması əsasında Azərbaycanın qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olması inkaredilməz faktdır. Ölkəmizdə vətəndaş həmrəyliyi yüksək səviyyədədir. Onu da qeyd edək ki, hələ 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin əsas çağırışlarından biri məhz vətəndaş birliyinin yaradılması və inkişaf etdirilməsi idi. Ulu Öndər tərəfindən bu çağırış da xüsusi səsləndirilirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin sağlam dialoq mühitinin formalaşdırılması istiqamətində atdığı addımların xronologiyası Ümummilli Liderin bu çağırışlarının real həyatda əksini tapdığını sübut edir. Son parlament seçkilərinə diqqət yetirsək, yeni rəhbərlikdə, komitə sədrləri arasında müxtəlif siyasi partiyaların təmsilçiləri kifayət qədərdir. Reallıq budur ki, daxildə milli birliyə və həmrəyliyə nail olan ölkələr bütün sahələrdə dinamik inkişafı ilə diqqətdə olur. Yeni dövrün reallıqlarına uyğun olaraq müəyyənləşdirilən hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün bu birliyin və siyasi həmrəyliyin qorunması vacib amillərdən biridir.

Milli Məclisin deputatı bildirib ki, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfərləri Azərbaycan cəmiyyətində formalaşmış demokratik ənənənin təsdiqidir. Artıq bu səfərlər ölkəmizin siyasi gündəliyinin əsas tərkib hissəsinə çevrilib. İyunun əvvəlində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci səfərinin ünvanı Cəbrayıl və Zəngilan rayonları oldu. Bundan öncə belə səfərlər iki dəfə Şuşaya, Ağdama, Zəngilana, Xocalıya, Əsgərana, Xankəndiyə və Laçına edilmişdi. İşğaldan azad edilmiş ərazilərimizin hər biri bu gün quruculuq meydanına çevrilib. 30 illik işğal dövrünün dağıntılarını bu gün müasir tələblər səviyyəsində bərpa işləri əvəzləyir. Siyasi partiyaların rəhbərlərinin, politoloqların, media nümayəndələrinin iştirakı ilə bu ərazilərimizə davamlı səfərlər Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin, həmçinin 30 il davam edən erməni vəhşiliklərinin təqdimatında öz sözünü deyir. Cəbrayıl və Zəngilan səfərində, 70 nəfərdən artıq şəxs, 24 siyasi partiyanın sədr və nümayəndələri, politoloq, siyasi şərhçilər, media nümayəndələri iştirak etdilər. Bu səfər də təsdiq etdi ki, tərəflər arasında əməkdaşlıq münasibətlərinin qurulması təqdirəlayiqdir. Bir daha bu reallıq təsdiqlənir ki, yalnız ölkələr arasında deyil, hər bir cəmiyyətin daxilində də qarşılıqlı etimad mühitinin qorunması hədəflərə yüksək səviyyədə nail olmağa, səyləri birləşdirməyə stimul verir. Azərbaycanda sağlam siyasi mühit mövcuddur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ