ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində prezident Donald Trampın qanunsuz miqrantların kütləvi deportasiyası siyasətinə etirazlar davam edir.
Trampın Los-Ancelesə 2000 Milli Qvardiya əsgəri göndərməsi qarşıdurmaların daha da artmasına səbəb olub. Polisin isə etirazçılara sərt müdaxiləsi diqqət çəkir. İğtişaşlarda yüzə yaxın insanın saxlandığı bildirilir.
Bu arada Los Anceles polisi etirazlar zamanı canlı yayımda olan Avstraliyanın 9News xəbər kanalının müxbiri Lauren Tomasi plastik güllə ilə ayağından güllələyib. Polisin hədəfində olan Tomasi ayağından vurulduqdan sonra ərazidən uzaqlaşıb və yol kənarında ayağını tutaraq ağlamağa başlayıb.
Kameraya düşən həmin anlar sosial şəbəkədə böyük səs-küyə səbəb olub.
"Lauren Tomasi rezin güllə ilə vurulub. Lauren və kamera operatoru təhlükəsiz yerdədirlər və bu hadisələrlə bağlı reportaj hazırlamaq üçün işlərini davam etdirəcəklər" deyə kanalın yaydığı bəyanatında bildirilir.
TAHİR