Rusiya Ukraynanın rus hərbi hava bazalarına hücumuna cavab verib. Ukraynanın taktiki aviasiya təyyarələrinin yerləşdiyi bir hərbi aviabazaya raket zərbələri endirilib.
Bu barədə açıqlama yayan Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Rivne bölgəsində taktiki aviasiya təyyarələrinin yerləşdirildiyi hərbi hava bazasını yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə vurduqlarını bildirib.
Havadan atılan yüksək dəqiqlikli uzaqmənzilli silahlarla bazaya intensiv hücumun həyata keçirildiyi qeyd edilən açıqlamada, “Bu, Kiyev rejiminin Rusiya hərbi hava limanlarına qarşı həyata keçirdiyi terror hücumlarına cavab hücumlarından biridir” – deyə nazirliyin açıqlamasında bildirilib.
Rusiya KİV-i bildirir ki, hava limanına edilən hücumda beş MiQ-29 təyyarəsi vurulub. Hücumdan bir qədər əvvəl orada Amerikanın F-16 təyyarəsi də olub, lakin onun da vurulub-vurulmadığına dair heç bir məlumat yoxdur.
Nazirliyin qeyd edilir ki, havadan buraxılan uzaqmənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə silah və hərbi texnika istehsal edən müəssisələrə, silahlı pilotsuz uçuş aparatlarının yığıldığı emalatxanalara, Ukrayna Silahlı Qüvvələrinin döyüş sursatı, silah və hərbi texnika anbarlarına zərbələr endirilib.
TAHİR