Rusiya və Ukrayna razılaşdı - əsir mübadiləsi gələn həftə başlayacaq…

Rusiya nümayəndə heyəti ötən gün Ukraynanın qalıqların cəsədlərin qaytarılmasını və əsirlərin dəyişdirilməsini qeyri-müəyyən vaxta qədər təxirə saldığını açıqlamasının ardından bu gün Kiyevdən yeni açıqlama gəlib. Tərəflərin razılığa gəldiyi və mübadilə prosesinin gələn həftə başlayacağı bildirilib.
Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirilo Budanov bildirib ki, İstanbulda aparılan danışıqlar nəticəsi olaraq gələn həftə hərbi əsirlərin qarşılıqlı qaytarılmasına başlanılacaq.
Bundan əvvəl Rusiya Baş Qərargahının İnformasiya Departamentinin rəis müavini Aleksandr Zorin 6 min ukraynalı əsgərin qalıqlarını çatdırmağa hazır olduqlarını və prosesin başa çatması üçün Ukraynadan rəsmi təsdiq gözlədiklərini bildirmişdi.
TAHİR