Separatçı Dnestryanıda 10 minlik Rusiya ordusu - Ukraynaya qarşı yeni cəbhə açılır... Odessa təhlükədə…

İddia olunur ki, Rusiya Moldovanın separatçı Dnestryanı bölgəsindəki əsgərlərinin sayını 1500-dən 10 minə çatdırmağı planlaşdırır.
Moldovanın baş naziri Dorin Reçan, Moskvanın bunun üçün Moldovada kremlyönlü hökumət qurmaq niyyətində olduğunu bildirib. Reçan “Financial Times” qəzetinə deyib ki, Rusiya sentyabrda ölkədə keçiriləcək parlament seçkilərinə müdaxilə edir.
Ukrayna ilə Moldovada Aİ tərəfdarı hökumət arasında olan anklav dənizə çıxışı olmadığı üçün Rusiya oraya daha çox qoşun göndərə bilmir.
Baş nazirin sözlərinə görə, Rusiyanın planı baş tutsa və Moldovada kremlyönlü hökumət qurulsa bu onlara separatçı bölgəyə daha çox əsgər göndərməyə imkan verəcək.
Reçan deyib ki, bu addım Ukraynanın cənubu və NATO-nun təhlükəsizliyi üçün görünməmiş təhlükə yarada bilər.
33 ildir dondurulmuş münaqişədə separatçıların nəzarətində olan Dnestryanı bölgədə hazırda Moskvanın az sayda əsgəri var.
Ekspertlər əsgərlərin sayının bu qədər geniş miqyasda artırılmasının regionda qüvvələr balansını əsaslı şəkildə dəyişə biləcəyini deyirlər. Hərbi dairələr bildirir ki, bu planın əsas hədəfi Ukraynanın strateji liman şəhəri Odessa ola bilər.
TAHİR