İran kəşfiyyatı İsrailin minlərlə nüvə sənədini ələ keçirdi…

İran kəşfiyyatı İsrailin nüvə fəaliyyətləri ilə bağlı minlərlə sənədi əhatə edən hərtərəfli əməliyyat keçirib. İran dövlət televiziyası İran təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Təhlükəsizlik mənbələri İran kəşfiyyat bölmələrinin İsrailə aid strateji və həssas məlumatları ehtiva edən minlərlə sənəd, xüsusilə də nüvə layihələri və obyektləri ilə bağlı sənədləri ələ keçirdiklərini açıqlayıb. Qeyd edilir ki, sözügedən sənədlər təhlükəsiz şəkildə ölkəyə gətirilib. Mənbə əməliyyatın uğurla başa çatdığını, lakin sənədlərin çox olması səbəbindən onların təhlükəsiz zonalara çatdırılmasının vaxt apardığı bildirilib. Qeyd edilir ki, bütün sənədlər İrana gətirildikdən sonra ictimaiyyətə məlumat verilib. Mənbələr ələ keçirilən sənədlərin məzmununun son dərəcə əhatəli olduğunu, foto və video materialların təhlilinin davam etdiyini də qeyd ediblər.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin daxili kəşfiyyat xidməti Şin Bet və İsrail polisi birgə açıqlama yayaraq 24 yaşlı Roy Mizrahi və Almoq Atiasın İranla bağlı təhlükəsizlik cinayətlərində şübhəli bilinərək saxlanıldığını açıqlamışdı. Həbslərin sənədlər İsraildən çıxarıldıqdan sonra həyata keçirildiyi təxmin edilir.
TAHİR