“Ukrayna Putinə gedib onları cəhənnəmə qədər vurması üçün bəhanə verdi” - Tramp

ABŞ prezidenti Donald Tramp Ukraynanın son hərəkətlərinin Rusiyaya genişmiqyaslı hücuma başlaması üçün səbəb verdiyini deyib. Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Ukrayna Putinə gedib onları cəhənnəmə qədər vurması üçün bəhanə verdi.
"Bu mənim xoşuma gəlməyən şeydir. Bunu (hücumu) görəndə dedim ki, "indi əks bombalama olacaq" – deyə Tramp əlavə edib.
Rusiya ilə Ukrayna arasında artan qarşılıqlı hücumlara diqqət çəkən Tramp, bu vəziyyətin nüvə qarşıdurması risqini artırdığını vurğulayıb.
Tramp həmçinin münaqişənin nüvə müstəvisinə keçməyəcəyinə ümid etdiyini də bildirib. Mövcud vəziyyətdən narahatlığını bildirən Tramp, münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini bir daha vurğulayıb.
TAHİR