Rusiyadan Tramp və Maskı barışdırmaq üçün təklif - “Starlink”in səhmləri qarşılığında vasitəçilik edə bilərik

ABŞ prezidenti Donald Tramp və milyarder iş adamı İlon Mask arasında gərginlik gtdikcə daha da artır. İki gün əvvəl tərəflər sosial mediada bir-birini sərt şəkildə ittiham edib. Mask Trampın adının Ceffri Epstein davasında hallandığına diqqət çəkib, Tramp isə ABŞ hökumətinin Maskın şirkətləri ilə bağladığı müqavilələrə son verə biləcəyinə deyib.
Mübahisələrdən sonra Rusiyadan maraqlı vasitəçilik təklifi gəlib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media platforması X-də milyarder iş adamı Maskla Trampın davasına toxunaraq açıqlamalar verib.
Medvedev, “Biz D və E arasında məqbul bir ödəniş qarşılığında barışıq üçün vasitəçilik etməyə hazırıq və ödəniş olaraq “Starlink”in səhmlərini də qəbul edə bilərik. Dava etməyin, cənablar.
TAHİR