NATO baş katibi Mark Rutte növbəti dəfə alyans üzvlərini müdafiə xərclərini artırmağa çağırıb və bildirib ki, Rusiya üç-beş il sonra alyans ölkələrinə hücum edə bilər.
Mark Rutte iyunun 23-25-də NATO-nun sammitinə ev sahibliyi edəcək Hollandiyada əsas gündəliyin müdafiə xərcləri və istehsalın artırılması olacağını deyib: "Müdafiə xərclərimizi 2% səviyyəsində saxlasaq, özümüzü indi müdafiə edə bilərik. Əgər (Rusiya Prezidenti) Vladimir Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq. Mənim narahatlığım odur ki, o, üç-beş il sonra hücum edə bilər. Bəziləri deyir ki, yeddi il sonra. Amma ən azı, yaxın gələcəkdə müdafiə xərclərini artırmasaq başımız dərddə olacaq".
TAHİR