Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atır”. Bunu İranın “Tasnim” agentliyinə müsahibəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Cənubi Qafqazdakı vəziyyəti şərh edərkən deyib. Hacıyev həmçinin bəyan edib ki, “regionda sülh üçün əlverişli şərait yaradılıb”. Və əlavə edib ki, Azərbaycan sülh sazişi layihəsini Ermənistana verib və bu, “Bakının regional sülh gündəliyinə sadiqliyini açıq şəkildə nümayiş etdirir”. Hikmət Hacıyev eyni zamanda, bəzi açıq qalmış sualların mövcudluğuna da diqqət çəkib və “Ermənistanın Konstitusiyasında təsbit olunan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinin zəruriliyini” vurğulayıb. “Yalnız bu halda davamlı və yekun sülhdən danışmaq mümkün olacaq”, - deyə Hikmət Hacıyev yekunlaşdırıb.
Surxay Əliyev