Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

Rusiya ilə Ukrayna arasında dünən İstanbulda baş tutan birbaşa danışıqların ardından Kreml məsələ ilə bağlı açıqlama verib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın danışıqlarda irəli sürdüyü şərtlərlə bağlı açıqlama verməyəcəklərini və danışıqların bağlı qapılar arxasında aparılması gərəkdiyini bildirib.
Ukrayna tərəfinin iki ölkə liderləri arasında birbaşa danışıqlar tələbinə gəldikdə isə, Kreml Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün baş tuta biləcəyini, ancaq bunun müəyyən razılaşmalar əldə olunacağı halda reallaşacağını açıqlayıb. Peskov bu razılaşmaların nədən ibarət olduğu barədə isə ətraflı məlumat verməyib.
TAHİR