Böyük Britaniyanın müdafiə naziri Con Hili iddia edib ki, gələn ay Rusiyanın Ukraynada itkilərinin sayı 1 milyona çatacaq.
Romada “E5” Qrupunun müdafiə nazirlərinin görüşünə qatılan Hili, bütün E5 ölkələrinin və Avropanın təhlükəsizliyinin Ukraynadan başladığını vurğulayıb. Ukraynanı həm meydanda, həm də masa arxasında güclü mövqeyə gətirmək məcburiyyətində olduqlarını qeyd edən nazir, Ukraynada davamlı sülhün təmin edilməsi və Rusiyanın gələcək hücumlarının qarşısının alınması üçün müxtəlif platformalarda çalışdıqlarını bildirib. O, bildirib ki, Rusiya prezidenti Vladimir Putinin sülh istədiyinə dair iddialarına baxmayaraq, Ukraynanın qəbul etməyə hazır olduğu atəşkəsi rədd edib və mülki insanları hədəf almağa davam edir.
O, bildirib ki, Putin istəsə, bu gün müharibəni bitirə bilər: "O, ötən həftə Moskvada Qələbə Gününü qeyd etdi, lakin Ukraynada Putin üçün üfüqdə qələbə görünmür. O, hər keçən ay daha az ərazi ələ keçirir. Kəşfiyyatımız gələn ay Rusiyanın bu müharibədə itkilərinin ümumi sayının 1 milyona çatacağını təxmin edir", - Hili deyib.
TAHİR