Putinin köməkçisi Ukraynanın təklifinə Napoleonun sözlərilə cavab verdi, Qərbə də Bismarkın sözlərilə mesaj göndərdi...

Rusiyanın İstanbuldakı danışıqlar qrupunun rəhbəri, Putinin köməkçisi Vladimir Medinski Ukrayna tərəfinin hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra danışıqlara başlamaq təklifinə Napoleonun sözlərilə cavab verib.
“Əvvəllər də, indi də müharibə və danışıqlar eyni vaxtda aparılır” deyən Medinski, bu yanaşmanın tarixi faktlarla bir araya sığmadığını bildirib. “Napoleonun dediyi kimi: “Müharibə və danışıqlar eyni vaxtda aparılır” ifadəsini işlədən Medinski, Vyetnam müharibəsi, Koreya müharibəsi və Sovet-Fin müharibəsində də münaqişələrlə paralel diplomatik təmasların davam etdiyini xatırladıb.
Danışıqlar zamanı Rusiyanın “komromis axtarışına açıq olduğunu” bildirən Medinski Otto fon Bismarkdan sitat gətirərək Qərbə də mesaj göndərib: "Bismark deyirdi ki, heç vaxt rusları aldatmağa və onlardan oğurlamağa çalışmayın. Çünki gec-tez ruslar gəlib onların olanı geri alacaq".
Medinski iki saata yaxın davam edən danışıqlardan razı qaldıqlarını və təmasları davam etdirməyə hazır olduqlarını bildirib. Ukrayna tərəfinin baş danışıqçısı Rüstəm Umerov da danışıqların davam etdirilə biləcəyini bildirib.
Danışıqların nə vaxt və hansı şərtlərlə bərpa olunacağı ilə bağlı isə hələlik açıqlama verilmir.
TAHİR