Cümə günü, 23 oktyabr 2026
     

İranın Suriya uğrunda yeni savaşı başladı - bu dəfə ABŞ da hədəf seçildi...

Image


ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şaraa ilə tarixi görüşü İranın sərt siyasi xətt tərəfdarı olan mediasında heç də yaxşı qarşılanmayıb.

Mötədil media görüşü, əsasən neytral şəkildə xəbər kimi təqdim etsə də, Suriyanın Tehrandan kəskin şəkildə uzaqlaşmasından narazı olan mühafizəkar media Trampı üsyançıdan prezidentə çevrilmiş bir şəxslə görüşdüyünə görə tənqid edib. Bu reaksiya bir zamanlar İranın regional strategiyasının mühüm hissəsi olan Suriyanın itirilməsi ilə bağlı Tehranda artan narahatlığı əks etdirir.

Ötən ilin sonunda Bəşər Əsədin devrilməsindən sonra Suriyanın yeni rəhbərliyi sürətlə İrandan uzaqlaşmağa, ərəb qonşuları ilə yeni ittifaqlar qurmağa və sanksiyaları aradan qaldırmaq üçün Qərblə münasibətləri yumşaltmağa başlayıb. Təzyiqləri daha da artıran məqam isə odur ki, İran hazırda ABŞ ilə nüvə danışıqlarına cəlb olunub və burada həm vaxt, həm də təsir imkanları tədricən əlindən çıxır. Tramp Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının liderləri ilə keçirilən görüş çərçivəsində əş-Şaraa ilə bir araya gəlib. Bu görüş onun Suriyaya qarşı sanksiyaların ləğv olunacağına dair verdiyi vəddən sonraya təsadüf edib. ABŞ prezidenti bildirib ki, o bu qərarı Suriyaya böyümək üçün bir şans vermək məqsədilə qəbul edib. Ölkə 14 illik vətəndaş müharibəsi və iqtisadi fəlakətdən sonra yenidən özünü bərpa etməyə çalışır. Sərt xətt tərəfdarı olan və baş redaktoru İranın ali dini rəhbəri Əli Xamenei tərəfindən təyin edilən “Keyhan” qəzeti Trampın əş-Şaraa ilə görüşünü ələ salaraq bunu “terrorçu Colani” və “terrorçuların xaç atası” arasında baş tutan görüş kimi xarakterizə edib. İran İslam Respublikası uzun illərdir ki, Yaxın Şərqdə sabitliyi pozmaq məqsədilə ABŞ-ni regiondakı radikal qrupları maliyyələşdirməkdə ittiham edir və Vaşinqtonun həmin qruplara qarşı apardığı kampaniyanı saxtakarlıq kimi dəyərləndirir. ABŞ-ın qara siyahısında olan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olan “Tasnim” agentliyi də bu mövqeni dəstəkləyərək Tramp-əş-Şaraa görüşünü ABŞ-ın “təkfiri qruplarla münasibətlərini rəsmiləşdirməsi” kimi təqdim edib. “Təkfiri” ifadəsi İran İslam Respublikası tərəfindən regiondakı sünni dövlətlərlə əlaqəli olduğunu iddia etdiyi silahlı qruplar üçün istifadə olunur. Sərt xətt tərəfdarı digər media orqanları isə qeyd edib ki, əş-Şaraa dekabr ayında İran və Rusiya tərəfindən dəstəklənən Əsəd hökumətini devirməzdən əvvəl onun rəhbərlik etdiyi “Heyət Təhrir əş-Şam” qruplaşması hələ də ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.

Ekspertlər xatırladır ki, Əsədin devrilməsi İran üçün böyük zərbə oldu, çünki İran “müqavimət oxu”nu - regional müttəfiqlər və özünün proksilər şəbəkəsini Suriyaya əsaslanaraq qurmuşdu. Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa regiondakı əksər ərəb ölkələri tərəfindən müsbət qarşılanıb və onlarla beynəlxalq nümayəndə heyətini, həmçinin avropalı diplomatları qəbul edib. Tramp Suriyanın keçid prezidenti ilə bağlı təəssüratlarını bölüşərkən əş-Şaraanı güclü keçmişi olan cazibədar gənc oğlan kimi xarakterizə edib. Tramp Vaşinqtonla əlaqələri bərpa etmək üçün beş şərtdən biri kimi Suriya liderini İsraillə münasibətləri normallaşdırmağa çağırıb. İranın Suriyadakı təsiri Əsədin devrilməsi ilə faktiki olaraq yoxa çıxıb, lakin Rusiya yeni hökumətlə əlaqələr qurmağa və ölkədəki bazalarını saxlamağa çalışıb. Karnegi Beynəlxalq Sülh Fondunun tədqiqatçısı Nikol Qrayevski məsələ ilə bağlı bildirir: “Rusiya Suriyanın hələ də sanksiyalar altında olmasından və ABŞ ilə Avropanın bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılması məsələsində tərəddüd etməsindən istifadə edib”. O qeyd edib ki, sanksiyaların ləğvi qərarı əhəmiyyətli olsa da, transformativ deyil, çünki Suriyanın hələ də investisiyaya ehtiyacı var: “Dini və etnik azlıqlar ilə hökumət arasında, eləcə də kürdlərin statusu ilə bağlı həll olunmamış məsələlər mövcuddur. Lakin İran hazırda, demək olar ki, vəziyyətdən kənardadır. İranın yenidənqurma işlərinə kömək etmək üçün iqtisadi kapitalı yoxdur və Rusiya ilə müqayisədə suriyalılar tərəfindən daha mənfi qiymətləndirilirlər”. Trampın Suriyaya tətbiq olunan sanksiyaların ləğv olunacağı barədə açıqlamasının ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyini təəccübləndirməsi ilə bağlı xəbərlərə istinad edən Böyük Britaniyada yaşayan siyasi şərhçi Hüseyn Derakşan isə bildirib ki, sanksiyaların aradan qaldırılması üçün İranın ABŞ prezidenti ilə razılığa gəlməsi kifayətdir: “İran başa düşməlidir ki, bu fürsət bir də təkrarlanmayacaq, ilkin və ikinci dərəcəli sanksiyaların götürülməsi üçün uranın zənginləşdirilməsini 25 il, hətta daha çox müddətə dayandırmağa dəyər!”. Tramp bu həftə regiona səfəri zamanı bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı bəlkə də razılığa gəlməyə yaxınlaşır: “Biz uzunmüddətli sülh üçün İranla çox ciddi danışıqlar aparırıq”. İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Şəmxani isə “NBC News”a deyib ki, Tramp Tehrana qarşı sanksiyaları dərhal aradan qaldırmağa razılaşarsa, İran heç vaxt nüvə silahı hazırlamamağa sadiq olacaq, uranın yalnız mülki istifadəsində tələb olunan səviyyədə zənginləşdirilməsini qəbul edəcək. Cihadçı media üzrə mütəxəssis Mina əl-Lami deyib ki, Suriyanın daxilində və xaricində olan cihadçılar və sərt xətt tərəfdarı islamçılar Əhməd əş-Şaraanın xarici döyüşçüləri “satmasından”, İsrail ilə əlaqələri normallaşdırmasından və hətta Suriyada islam layihələrinə təzyiq göstərəcəyindən narahatdır: “Buna baxmayaraq, sərt xətt tərəfdarları geniş dəstək toplamaqda çətinlik çəkirlər, çünki sanksiyaların ləğvi geniş şəkildə əş-Şaraa üçün böyük bir qələbə və siyasi lider kimi onun imicinə, etibarlılığına aydın dəstək kimi qəbul edilir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ