Cümə günü, 23 oktyabr 2026
     

Azər Badamovun deport olunmasının ən ilginc məqamı - deputat Heydər Əliyevin anımına gedirdi...

Image


Millət vəkili Azər Badamovun Rusiya ərazisinə buraxılmayıb deport edilməsinin ilginc məqamları ortaya çıxır. Rusiyanın bu addımının arxasında antiazərbaycan mövqeyinin durduğu danılmazdır.

Baş verənlərlə bağlı Rusiya mediası yazır ki, deputatın sözügedən ölkənin ərazisinə girişinə qadağa qoyulmasına onun guya dəfələrlə antirusiya və rusofob açıqlamalar verməsi səbəb olub.

Azər Badamov Moskvaya mədəniyyət tədbirinə, konsertə, futbola baxmağa getmirdi, o, ümummilli lider Heydər Əliyevin anım tədbirində iştirak etmək üçün Həştərxana gedirdi. Bu şəraitdə Rusiya tərəfin atdığı məlum addım təkcə millət vəkilinə və Azərbaycan dövlətinə qarşı deyil, həm də Heydər Əliyevin xatirəsinə, irsinə bir təxribatdır.

Yəni bu hadisə təkcə A. Badamova yox, həm də Heydər Əliyev irsinə arzuolunmaz münasibətin təzahürüdür.

Rusiya tərəfin Heydər Əliyev irsinə təxribatı haqda nə deyə bilərsiniz? Onlar niyə belə addım atdılar?

Arzuxan Əlizadə: “Bu elə Heydər Əliyev irsinə də çox böyük hörmətsizlikdir”

Millət vəkili Arzuxan Əlizadə “Bakı-Xəbər”ə bildirdi ki, Moskvada Azərbaycan parlamentinin deputatı Azər Badamova qarşı atılan bu addım təkcə bir deputatımıza qarşı deyil, heç bir diplomatik etiketə, Azərbaycan Rusiya münasibətlərinin bugünkü ruhuna uyğun olamaqla yanaşı eyni zamanda Azərbaycana qarşı bir sayğısızlıq kimi qiymətləndirilir. “Məlumdur ki, bu ilin fevral ayında Rusiya Dövlət Dumasının Valuyev soyadlı bir “siyasətçisi”, “deputatı” Azərbaycana və Azərbaycan xalqına tərbiyəsizcəsinə (bunu başqa cür adlandırmaq mümkün deyil-A.Ə) davranışı ilə gündəmə gəlmişdi. Əslində, dövlət dumasının rəhbərliyi, deputatları, Rusiya rəsmiləri tərəfindən bu tərbiyəsizlik edən Valuyevin cavabı verilməli idi. Onun cavabı verilmədi. Təbii ki, biz heç bir halda xalqımıza və dövlətimizə qarşı yönəlik bu cür tərbiyəsizliyə, fikirlərə qarşı sakit dayana bilməzdik. Azər Badamov o vaxt həmin rusiyalı deputatın cavbını layiqincə verdi. O vaxt mən də, digər həmkarlarımız da bu məsələyə çox sərt münasibət bildirdik. Eləcə də Azərbaycanın bir çox ictimai-siyasi nümayəndələri bunu rusiyalı deputatın tərbiyəsiliyi kimi qiymətləndirərək layiqli cavabını verdilər. Məsələnin üzərindən bir müddət keçibdi. Bildiyimiz qədəri ilə Azər badamov bir müddət bundan əvvəl də Rusiyaya səfər edib və o zaman ona heç bir söz deyilməyib, ona bu barədə heç bir məlumat verilməyib, qarşı tərəf məlumatlandırılmayıb. Azər Badamov Həştərxanda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etməyə dəvətli idi. Azərbaycan nümayəndə heyətinin tərkibində həmin tədbirə gedərkən ona qarşı bu cür addım atılıb. Onun Rusiya ərazisində “arzuolunmaz şəxs” elan olunması və geri qaytarılması ilə bağlı xəbər gündəmə çıxdı.

Məsələ bundadır ki, Azər Badamov Həştərxan vilayətinin vitse-qubernatoru-Hökumət sədri Denis Afanasyev tərəfindən bu tədbirə dəvətli idi.

Ən azından Azərbaycan tərəfi əvvəlcədən məsələ ilə bağlı məlumatlandırıla bilərdi. Amma məlumatlandırılmamaqla yanaşı eyni zamanda Moskva hava limanında xəbərdarlıq edilməklə onun geri qaytarılması çox böyük hörmətsizlikdir. Bütövlükdə Azərbaycana qarşı sayğısızlıqdır”.

A.Əlizadənin qeyd etdiyinə görə, bu elə bir fonda edilir ki, Azərbaycan Rusiya münasibətləri strateji əməkdaşlıq münasibətləri səviyyəsindədir. A.Əlizadə bildirdi ki, 2022-ci ilin fevral ayında iki dövlət arasında bağlanmış müqavilə ilə münasibətlər bir qədər də üst səviyyəyə qalxıbdı. “Bu gün Rusiyanın öz günahı üzündən, Ukrayna ilə etdiyi təcavüzkar müharibə ucbatından bütün dünya ilə üz-üzə qaldığı bir dönəmdə Türkiyə ilə Azərbaycan Rusiya üçün bir nəfəslik rolunu oynayıb. Amma bunlara rəğmən Azərbaycana qarşı belə addım atılır. Bu əslində həm də Rusiyanın hələ də imperiya təfəkküründən qurtulmamasının növbəti bir təzahürüdür. Belə çıxır ki, rusiyalı deputatlar istədikləri formada Azərbaycanı, Azərbaycan xalqını təhqir edə bilərlər, buna da cavab verilməməlidir, susqunluqla qarşılanmalıdır. Bu heç bir halda ola bilməz. Dövlətimizə, xalqımıza qarşı hər hansı bir əks fikir bildiriləcəksə, Valuyev kimi bir deputat kimiləri tərəfindən tərbiyəsizlik ediləcəksə, cavabı layincə beş qat artıq veriləcək. Bu mənada Azər Badamova qarşı Rusiya rəsmilərinin atdığı bu addım bütövlükdə Azərbaycana hörmətsiliyin bariz nümunəsidir. Rusiya Xarici İşlər Nazirliyi bu məsələni araşdıracağını bildirir. Amma əslində ölkəyə daxil olan şəxsin “arzuolunmaz” elan edilməsi xüsusən də Rusiya XİN-in bilavasitə vəzifəsi olduğundan bundan xəbərsiz deyillər. Sadəcə olaraq növbəti dəfə qeyri-səmimilik göstərlər, ortalıqda səmimi münasibət yoxdursa təbii ki, münasibətlərin normallaşmasından da söhbət gedə bilməz. Bu elə bir dönəmdə baş verir ki, Azərbaycan Prezidenti 9 may paradına dəvət alıb, ondan bir gün əvvəl Rusiyanın və Moskvanın patriarxı Kiril Azərbaycanda səfərdə olub və Azərbaycan Rusiya münasibətlərinin çox yaxşı məcrada inkişaf etməsindən danışır, eyni zamanda Azərbayucan Milli Məclisinin deputatına qarşı belə bir etiketdən kənar münasibət nümayiş etdirilir ki, bu da heç bir halda qəbul edilə bilməz. Rusiya rəsmilərinin, Rusiya tərəfin atdığı bu addımı şiddətlə qınayırıq”.

A.Əlizadənin sözlərinə görə, A.Badamov həm də Rusiya tərəfinin, konkert olaraq Həştərxan vilayətinin vitse-qubernatoru-Hökumət sədri Denis Afanasyev tərəfindən dəvət edilmişdi. “Məsələ burasındadır ki, Həştərxan vilayətində Heydər Əliyevin 102 illiyi ilə əlaqədar təbdir düzənlənib və həmin tədbirə dəvət olunan nümayəndə heyətinin tərkibində Rusiyaya səfər gedirdi. Bu elə Heydər Əliyev irsinə də çox böyük hörmətsizlikdir. Rusiya tərəfin dəvətilə bu ölkəyə reallaşdırılmış deputat əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılıb geri qaytarılması həm də Heydər Əliyevin ruhuna, irsinə çox böyük hörmətsilikdir. Qarşı tərəfin atdığı bu yanlış addım diplomatik qaydalara tamamilə zidd mövqe olmaqla yanaşı həm də Azərbaycan Rusiya münasibətlərinə kölgə salır, çox ciddi xələl gətirir”-deyə A.Əlizadə bildirdi.

Vüqar Rəhimzadə: “Belə görünür ki, Kremldəki müəyyən qüvvələr Azərbaycanla Rusiya arasında münasibətlərdə soyuqluq, gərginlik mənbələri yaratmağa çalışırlar”

Millət vəkili Vüqar Rəhimzadə də baş verənlərlə bağlı “Bakı-Xəbər”ə danışdı: “Məlum olduğu kimi Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanıldı və ona Həştərxan reysinə minməsinə icazə verilmədi. Ona Rusiya ərazisinə girişinə qadağa qoyulduğu bildirilib. Hava limanında heç bir səbəb göstərilmədən atılan bu addımla Rusiya tərəfi qeyri-dost münasibət ortaya qoyaraq elementar etiket qaydalarını kobudcasına pozub. Rusiya tərəfinin Azərbaycanı təmsil edən deputata qarşı bu hərəkətinin heç bir məntiqi izahı yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin bu insidentlə bağlı yaydığı məlumatda da qeyd edilir ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - hökumət sədri Denis Afanasyevin dəvəti əsasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub. Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

Belə görünür ki, Kremldəki müəyyən qüvvələr Azərbaycanla Rusiya arasında münasibətlərdə soyuqluq, gərginlik mənbələri yaratmağa çalışırlar. Axı Milli Məclisin deputatı Azər Badamovun daxil olduğu nümayəndə heyəti Rusiyaya hansısa şəxsi səfər etmirdi. Kremldəki müəyyən dairələrin bu siyasəti Azərbaycan ilə Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə də ziddir. Rusiya tərəfinin məntiqsiz və qeyri-dost addımı qəbuledilməzdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ