şənbə günü, 24 oktyabr 2026
     

Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edildi

Image


Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi əsasnamədə öz əksini tapıb.

Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır:

Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsini təmin etmək və əlaqələndirmək;

Azərbaycan Respublikasının milli maraqlarına uyğun sahələr üzrə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq, əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək;

Azərbaycan Respublikasını beynəlxalq münasibətlərdə təmsil etmək və onun milli maraqlarını qorumaq, Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığı inkişaf etdirmək;

Azərbaycan Respublikasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində təşəbbüslərini xarici siyasət vasitələri ilə həyata keçirmək;

xarici dövlətlərin xarici və daxili siyasəti, həmçinin beynəlxalq təşkilatların fəaliyyəti barədə məlumatları, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və Azərbaycan Respublikası Prezidentinin xarici siyasət sahəsində qərarlarını icra etmək;

milli təhlükəsizliyin təmin olunmasından irəli gələn məsələləri xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;

Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında danışıqların aparılmasını təşkil və təmin etmək;

beynəlxalq münasibətlərdə baş verən və Azərbaycan Respublikasının milli maraqları baxımından əhəmiyyət kəsb edən hadisələr barədə məlumatları əldə etmək;

iqlim dəyişmələri üzrə aparılan beynəlxalq danışıqlarda Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək, iqlim diplomatiyası sahəsində beynəlxalq tərəfdaşlıq qurmaq və iqlim siyasəti ilə bağlı beynəlxalq təşəbbüslərə münasibətdə Azərbaycan Respublikasının mövqeyinin formalaşdırılmasına dəstək vermək;

Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;

dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin vahid xarici siyasət xəttinə uyğun həyata keçirilməsini təşkil etmək və həmin orqanların (qurumların) bu istiqamətdə fəaliyyətini əlaqələndirmək, eləcə də aidiyyəti üzrə təklif və tövsiyələr vermək;

Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu beynəlxalq təşkilatların orqanlarında, bölmələrində və nümayəndəliklərində (bundan sonra – beynəlxalq təşkilatların orqanları) müvafiq vəzifələr üzrə Azərbaycan Respublikasına kvota ayrılması və ya ayrılmış kvotanın artırılması, həmçinin Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların orqanlarında müvafiq vəzifələrin Azərbaycan Respublikasının vətəndaşları tərəfindən tutulması istiqamətində iş aparmaq;

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə, o cümlədən Azərbaycan Respublikasında istehsal olunan əmtəələrin ixracının təşviqinə və Azərbaycan Respublikasına xarici sərmayələrin cəlb olunmasına dəstək vermək;

Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təklif vermək, beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;

aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdimatını və təşviqini təmin edən tədbirlər görmək, Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda, eləcə də xarici dövlətlərin Azərbaycan Respublikasında mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərmək, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərinin inkişafını təmin etmək və fəaliyyətini əlaqələndirmək;

Azərbaycan Respublikasının milli maraqları baxımından dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının və işgüzar dairələrin xarici dövlətlərin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları və işgüzar dairələri ilə, habelə Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların orqanları ilə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək göstərmək;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidəni həyata keçirmək və normativ hüquqi aktların bu müqavilələrdən irəli gələn öhdəliklərə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

Azərbaycan Respublikasının beynəlxalq müqavilələr bağlaması və ya bağladığı beynəlxalq müqavilələrin ləğvi barədə təkliflərə münasibət bildirmək, eləcə də beynəlxalq müqavilə layihələrinin mətnlərinə dair rəy və təkliflər vermək, dövlət dilinə tərcümə edilmiş beynəlxalq müqavilə mətnlərinin xarici dildə olan mətnlərinə uyğunluğunu təsdiq etmək;

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin depozitarisi funksiyasını həyata keçirmək, beynəlxalq müqavilələrin qeydiyyatını, uçotunu və saxlanılmasını təmin etmək;

xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət orqanlarında xidmət sahələrində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

müəyyən edilmiş səlahiyyətlər daxilində beynəlxalq məhkəmə və arbitraj işlərində Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək;

Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı rəsmi bəyanatlar, şərh və açıqlamalar vermək, dövlət orqanlarını (qurumlarını), media subyektlərini və jurnalistləri beynəlxalq vəziyyət və Azərbaycan Respublikasının xarici siyasəti haqqında məlumatlandırmaq;

Azərbaycan Respublikası haqqında rəsmi məlumatların xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda yayılmasını təmin etmək;

diplomatik xidmət orqanlarının fəaliyyəti haqqında əhalinin və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını, internet saytının və sosial media hesablarının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda və sosial media hesablarında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

xarici media nümayəndələrinin akkreditasiyasını həyata keçirmək;

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə kömək göstərmək;

konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək, eləcə də fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılmasında iştirak etmək;

xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatını aparmaq;

Azərbaycan Respublikasının dövlət protokolunun, yüksək səviyyədə dövlətlərarası və hökumətlərarası mübadilələrin protokol təminatının həyata keçirilməsində iştirak etmək;

dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların orqanlarının qarşılıqlı əlaqələrinə kömək göstərmək;

açıqlanmasına və ya məlumat verilməsinə qanunla məhdudiyyət qoyulmuş hallar istisna olmaqla, xarici dövlətlərin diplomatik nümayəndəlik və konsulluqları, həmçinin beynəlxalq təşkilatların orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) arasında qarşılıqlı göndərilən dəvətlərin, eləcə də birgə keçirilməsi planlaşdırılan tədbirlərin məqsəd və mahiyyəti barədə, habelə həmin tədbirlərdə əldə edilmiş razılaşmalar, imzalanması nəzərdə tutulan və imzalanmış sənədlər barədə məlumatları əldə etmək və Azərbaycan Respublikasının milli maraqlarına uyğunluğu baxımından münasibət bildirmək;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq diplomatik və konsul imtiyazlarının və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmçinin normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, eləcə də beynəlxalq təşkilatların orqanlarının əməkdaşlarını arzuolunmaz şəxs elan etmək və bu barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;

xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə dəstək vermək;

xarici dövlətlərdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, müvafiq xarici dövlətdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də orada olan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək;

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının diplomatik xidmət orqanı əməkdaşlarının, dövlət orqanlarının nümayəndələrinin və onların (aparatlarının) işçilərinin, həmçinin dövlət qulluğuna aid olmayan vəzifələrdə işləyən işçilərin təhlükəsizlik məsələləri ilə bağlı davranış qaydalarını Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti ilə birlikdə müəyyən etmək;

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin onların yerləşdikləri şəhərdən kənarda – qəbul edən dövlətin digər inzibati ərazi vahidində, həmçinin diplomatik nümayəndəliyin və ya konsulluğun rəhbərinin eyni zamanda akkreditə olunduğu üçüncü dövlətdə və ya beynəlxalq təşkilatda yerinə yetirilməsi işini təşkil etmək;

diplomatik xidmət orqanlarında fəaliyyətin normativ hüquqi aktlara uyğun təşkil olunmasını təmin etmək və bu məqsədlə nəzarəti həyata keçirmək;

diplomatik xidmət orqanlarında dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

diplomatik və rəsmi yazışmalar aparmaq, onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək;

fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

diplomatik xidmət orqanlarının kadr təminatını həyata keçirmək və diplomatik xidmət orqanı əməkdaşlarının əlavə təhsili üçün tədbirlər görmək;

Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək, strukturuna daxil olan qurumların fəaliyyəti üçün zəruri şəraiti təmin etmək, həmçinin onların binalarının tikintisi və yenidən qurulması ilə bağlı məsələlərin icrasını təşkil etmək;

Nazirliyin strukturuna daxil olan qurumların maliyyələşdirilməsini və maddi-texniki təminatını ayrılmış vəsait hüdudlarında həyata keçirmək, habelə ayrılan büdcə vəsaitindən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;

Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ