Əli Orucov: "Toqquşmaya girsə İsaril kimi böyük müttəfiqləri və dayaqları olan dövlətlə Suriyada müharibə Ankaraya istədiyi dividentləri gətirməyə bilər"
İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, əgər Suriyanın hakim rejimi tərəfindən druzlara qarşı "zorakılıq" dayanmasa, hökumət qüvvələrinin hərbi obyektlərə zərbələr endiriləcək.
Bildirilir ki, SAXAL bu gün ərzində Dəməşq ətraflarında dinc sakinlərə - druzlara hücum edənlərə zərbələr endirilməsi üçün aviasiyadan istifadə edib:
Amma bu vaxta qədər də İsrail ordusu dayanmasan hökumət qüvvələrinin hərbi obyektlərini hava hücumları ilə bombalamağa ara vermir.
Lakin Suriyada gedən proseslərin daima nəzarətdə saxladığını bəyan edən Türkiyə hələ ki, sözdən o yana keçə bilmir. Buna səbəb nədir?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, İsrailin Suriyanın ərazilərinə aviazərbələr endirməsi beynəlxalq hüquqa ziddir və bu hücumların davamı yeni münaqişə ocağının yaranmasına gəririb çıxara bilər: "İsrail Suriyanı bombalamasını druzlara qarşı "zoraklklıqla" əlaələndir. Halbuki bu bəhanədir və ona qalsa İsrail dövləti Fələstin xalqına qarşı görünməmiş zorakılıqlar və kütləvi qətllər həyata keçirməkdədir. Heç bir ölkə də İrsaili bombalamır. İsrail Müdafiə Ordusunun həyata keçirdiyi əməliyyat provokativdir və bunu məqsədli şəkildə edir. Türkiyə dəfələrlə xəbərdarlıq edib ki, İsrailin Suriyaya qarşı hücumları dayandırılmalıdır və bu əks-nəticələrə səbəb ola bilər. Ankaranın təmkinli davranması İsraillə toqquşmadan qaçmaq və diplomatik səylərə zərbə vurmamaqdır. Məlum olduğu kimi, hər iki dövlət arasında Suriya məsələsində Azərbaycanın vasitəçiliyi ilə Bakıda diplomatik təmaslar başlayıb və ziddiyyətlərin olmasına baxmayaraq razılığın əldə ediləcəyinə ümid bəslənilir.
Birləşmiş Ştatların prezidenti D.Trmp da İsrail və Türkiyənin qarşı-qarşıya gələmsini istəmir.
İsrail ABŞ-ın ərköyün kiçik qardaşı, Türkiyə isə hərbi siyasi müttəfiqidr. Əgər toqquşma baş verərsə Ağ Ev rəhbəri çox ehtimal ki, İsraili seçmək məcburiyyətində qalacaq və Türkiyəni itirə bilər. Görünür İsrail Suriyaya intensiv hava zərbələri endirməklə Ankaraının səbr kasasını daşdırır ki, cavab zərbəsi alsın və bununla da Türkiyəni münaqişə tərəfinə çevirsin. Ankara iki seçim qarşısında qalır, ya İsrailin qarşısında susqunluq göstərmək, ya cavab vermək. Bu Tel-Əvivin uğurla sınaqdan keçirdiyi taktikadır. Türkiyə susqunluq göstərsə həm nüfuzuna, həm də strateji maraqlarına zərbə vurmuş olardı. Toqquşmaya girsə İsaril kimi böyük müttəfiqləri və dayaqları olan dövlətlə Suriyada müharibə Ankaraya istədiyi dividentləri gətirməyə bilər. Üstəlik də, regional ölkələrin də mövqeləri sabit deyil, İran Türkiyə ilə Dəməşq uğrunda rəqabətdədir və iddialarından əl çəkməyib. Qərb tərəfdən ən müasir silahlara və maliyyə ilə təhciz edilmiş kürd faktoru var. Ərdaoğan hakimiyyətinin daxilində də siyasi proseslərin gərginliyini görürük. Belə olan halda Türkiyənin İsrailin Suriyaya hava hücumlarına sərt reaksiya verməməsi anlaşılandır.
Ancaq bu da müvəqqətidir. Çünki Türkiydə Suriyada hədəflədiyi iki hərbi bazasını qura bilsə İsrail belə hücumlarını dayandırmaq zorunda qalacaq".
Dəniz NƏSİRLİ