Cümə axşamı günü, 12 mart 2026
     

Prezident İlham Əliyev və Məsud Pezeşkian Bakıda Azərbaycan-İran biznes forumunda iştirak ediblər - FOTO/YENİLƏNDİ

Image


Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı biznes-forumda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəridir. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik. Mən şadam ki, hörmətli cənab Prezidentlə bərabər Azərbaycana böyük biznes heyəti gəlib. İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək.

Əminəm ki, növbəti dəfə biz biznes-forum keçirəndə bu toplantı salonu tam dolu olacaq. Halbuki indi də nümayəndələrin sayı az deyil, biznes-forumda 400-dən çox iştirakçı vardır. Bu onu göstərir ki, qarşılıqlı maraq kifayət qədər böyükdür. Təbii ki, siyasi əlaqələr güclü olanda biznes dairələri də öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar və hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılmalıdır. Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq. Hesab edirəm ki, burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur. Mən komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var.

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Sadəcə olaraq, biz gərək iş adamlarımızı bir araya gətirək, necə ki, bu gün biz bunu edirik. Onlara konkret layihələr təqdim olunmalıdır. Ölkələrimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik - bütün bunlar iki ölkənin iş adamlarına aydın olmalıdır. Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra əlbəttə ki, böyük sərmayə qoyuluşundan söhbət gedə bilər. Mən hesab edirəm ki, uzun fasilədən sonra Azərbaycan və İran iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi çox ciddi bir addımdır və əlbəttə ki, biz iş adamlarımızdan konkret nəticələr gözləyirik.

Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər.

Biz bu gün müzakirə etdiyimiz məsələlər arasında elektroenergetika məsələlərinə də böyük diqqət ayırdıq. Burada təkcə elektrik stansiyalarının tikintisi yox, eyni zamanda, ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur. Burada da bu sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılır. Biz gələcəkdə iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli - qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir. Bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır. Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər.

O ki qaldı, dəmir yolu körpüsünə, bu məsələ də müzakirə mövzusudur. Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir.

Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı da həmişə bizim diqqət mərkəzində olub və hesab edirəm ki, biznes dairələri, Azərbaycan, İran iş adamları rəhbərlikdən, yəni siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətlərində bunu rəhbər tutaraq, konkret iş görməklə bizim ticari-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər. Yenə də ümid edirəm ki, növbəti dəfə biz burada görüşəndə bu salon tam dolu olacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli iranlı dostlarımıza da xoş gəlmisiniz deyirəm. Sağ olun.

X X X

Sonra İran Prezidenti çıxış etdi.

Prezident Məsud Pezeşkianın çıxışı

-Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm. Burada Sizin xidmətinizdəyik və inanırıq ki, əlaqələrimiz əvvəllər olduğu kimidir, - biz onsuz da bir yerdə idik, - aramızdakı sərhəd elə bil qonşu və ailə arasında olan sərhəddir, hərəsi bir tərəfdə bir divar və bir qapıya malikdir, amma həmişə bir yerdədirlər, bir-birini görürlər və bir-biri ilə əlaqələrə malikdirlər. Biz gərək bir-birimizə kömək edək, Azərbaycan xalqı və İran xalqı üçün nailiyyətlərimizi, istehsalımızı, elmimizi və mədəniyyətimizi qarşılıqlı olaraq bölüşək və ondan faydalanaq, hər iki tərəfin qazanacağı bir mühiti yaradaq.

Əziz qardaşımın vurğuladığı kimi, Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aramızdakı əsas nəqliyyat dəhlizlərini və marşrutlarını – bizimlə Rusiya arasında Şimal–Cənub, həmçinin Şərq–Qərb nəqliyyat marşrutlarını həyata keçirə bilərlər. Bu isə ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaradır.

Bizim bir çox qonşu ölkələrin rəhbərləri ilə görüşlərimdə həmişə belə bir ideyanı qaldırmışam və bu, hətta tələbəlik illərimdə də daim beynimdə olub ki, niyə biz birlikdə bir qatara minərək Pakistandan İrana, Azərbaycana, Türkiyəyə, İraqa, Ərəbistana səfər etməyək. Axı, bir-birimizlə bu əlaqələri rahat şəkildə yaratmaq üçün nə problem var ki...

Oxşar mədəniyyət və sivilizasiyaya, qədim tarixə və qohumluq əlaqələrinə malik İslam ölkələri, - bütün qonşularımız bir-biri ilə bir neçə minillik əlaqələrə malikdir, - nəyə görə biz belə əlaqələr üçün münasib mühit yaratmayaq. Belə bir mühitin yaradılması üçün ilk addım ticarətlə, mədəniyyətlə, elmlə başlayır. Universitetlərimiz bir–biri ilə əlaqə yarada, elm, texnologiya və mədəniyyət sahələrində əldə etdikləri təcrübələri bölüşə bilərlər. Ticarət və sənaye sahələrində çalışan insanlarımız bu istiqamətlərdə təcrübələrini regionun və bizim özümüzün ehtiyaclarımız üçün bir-birinə ötürsünlər. Regionumuzda mövcud olan bazar bizim ehtiyacımızı təmin edir və bütün dünyanı təmin edə bilər. Bu bazar İran üçündür, Azərbaycan üçündür, Pakistan üçündür, Əfqanıstan üçündür. Biz özümüz üçün belə bir bazar yarada bilərik və bu, bizim iradəmizdən asılıdır. Bizim iş adamlarımız, tacirlərimiz, Azərbaycandakı siz əzizlər bir–birinizlə müştərək olub birgə investisiya qoyuluşunu həyata keçirin. Biz Azərbaycanda, siz İranda, biz və siz İraqda, Pakistanda, pakistanlılar isə bizimlə, yəni, bir-birimizlə sıx əlaqələrə malik bir birlik yarada bilərik. Daha sonra yollarımızı açarıq, mövcud texnologiyanı, təcrübəni, elmimizi bir-birimizə ötürə bilərik. Rifahın, sülhün və sabitliyin, inkişafın və azadlığın mövcud olduğu bir gələcəyi özümüz, bölgəmiz və cəmiyyətlərimiz üçün yarada bilərik. Regionun təhlükəsizliyini biz özümüz qoruya bilərik. Başqa yerdən gəlib bizim üçün təhlükəsizliyin yaradılmasına ehtiyacımız yoxdur. Böyüklərimiz bir yerdə oturub problem və ixtilafları həll ediblər. İnanmıram ki, yuxarı səviyyədə ixtilaf mövcud olsun, aşağıda bəziləri var və əlbəttə, onları da xaricdən təhrik edirlər. İstəmirlər ki, eyni mədəniyyət və ənənələrə malik qonşu ölkələr arasında və bölgədə sağlam əlaqələr yaransın. Biz aramızda mövcud olan uzun tarixə malik sağlam əlaqələrin bəziləri tərəfindən müxtəlif bəhanələrlə pozulmasına və pisləşməsinə imkan verməməliyik. İranda, elə öz cəmiyyətimizdə bu hadisələrin baş verməsini ürəyi istəməyənlər var. Ehtimal ki, ola bilər burada da olsun. Ehtimal ki, İraqda, Əfqanıstanda da ola bilər olsun. Lakin vacib olan odur ki, ticarət və investisiya biri-birini tamamlasa və biz təhsildə, sənayedə, elmdə, mədəniyyətdə səmimi və dərin əlaqələr qura bilsək, idmançılarımız və incəsənət xadimlərimiz bir-biri ilə görüş keçirsələr, əlaqələri olsa sülh və təhlükəsizlik dolu bir region yarada bilərik. Mən burada əziz qardaşım, möhtərəm cənab Prezident İlham Əliyevin yanındayam. İlk saatlardan bir-birimizə səmimiyyətimizi və sədaqətimizi bildirdik. Bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. Bizim və Azərbaycanın ərazisi Şərqin Qərbə, Şimalın Cənuba birləşməsi üçün dördyol ola bilər. Biz elə bir coğrafi məkanda yerləşirik ki, bu bağlantıları bərqərar edə bilərik. Belə bir iş təbii olaraq avtomobil yolu, dəmir yolu, liman, ticarət əlaqələri, habelə keçə biləcəyimiz sərhədlər istəyir. Əlbəttə, rabitə və proqram təminatları sistemlərinin mütləq şəkildə öz prinsipləri var. Birlikdə əyləşə və bunları planlaşdıra bilərik. Rahat, etimad və arxayınlıqla irəliyə gedə bilərik. Qəti və mütləq şəkildə bir-birimizin ərazi bütövlüyünə, siyasətinə və təhlükəsizliyinə hörmət etməliyik. Bir-birimizin daxili işlərinə müdaxilə etmək niyyətimiz olmamalıdır. Bu, bizim inandığımız amildir. Qardaşımla danışıqlarda doğmalıq hissinə malik oldum. Biz burada həqiqətən qardaşlıq və qohumluq hiss edirik. Qonşuluqla yanaşı, bura bizim üçün həqiqətən də fərqli yerdir, mənim Avropaya və ya Afrikaya getməyimlə Azərbaycana gəlməyim arasında böyük fərq var. Ümumiyyətlə, müqayisə olunası deyil. Yəni, bura o yerdir ki, adam mədəniyyəti, dili və insanları ilə tanış olduğunu hiss edir. Yeməyi, ümumiyyətlə, hər şeyi tanışdır. Baxırsan və elə bilirsən ki, səninkidir. Bu tanışlıq hissinin nəticəsi olaraq, həqiqət, birlik və yoldaşlıq hissləri qanunlarda, qaydalarda və əlaqələrdə də özünü göstərməlidir. Biz bu amilin özünü göstərməsinə hazırıq və qərarlıyıq.

Mən bu gün səhər buraya gəlməmişdən əvvəl Ali Rəhbərin qəbuluna getdim, o da Sizə salam göndərdi və təkid etdi ki, buradakı bacı və qardaşlarımızla əlaqələrimizi daha səmimi və dərin edək. Bu, Ali Rəhbərin inancı və etiqadıdır, mənə verdiyi tövsiyədir. Burada olmağımız bir-birimizlə əlaqə qurmaq üçündür. Mən inanıram ki, biz əl-ələ verərək problemlərimizi həll etməyə qadirik. Bütün sahələrdə qüdrətli ölkələrə çata bilərik ki, onların özləri də bunu təsəvvür edə bilməzlər. Kifayətdir ki, bir-birimizə etimad göstərək, elmimizi, təcrübəmizi, bacarıqlarımızı bölüşək, cəmiyyətlərimizi inkişafa, başucalığına və vəhdətə çatdıraq. Əminəm ki, əgər bizim istehsalçılar və investorlar bir-biri ilə şərik olsalar, qarşılıqlı investisiya yatırsalar, çərçivə və qaydalarda vahid baxışa nail olsalar, regionumuzda kənar qüvvələrin varlığına ehtiyacımız olmayacaq. O yerdəki ki, bir sərhəddən digər sərhədə iqtisadiyyat və ticarət hərəkət edir, artıq o sərhəddən silah və hərbi qüvvə keçməyəcək. Ticarət təhlükəsizlikdir, sülhdür, qardaşlıqdır. Biz bunu ölkələrimizin qanunlarını, bir-birimizə hörməti və ya məhdudiyyətlərimizi, üzrlərimizi qəbul etməklə gücləndirə bilərik.

Mən əziz qardaşım möhtərəm cənab Prezident İlham Əliyevə bizə və ümumiyyətlə, İrandan gələn əzizlərimizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlıq edirəm. Həqiqətən də minnətdarlıq ediləsidir. Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq. Şəhriyardan iki bənd şeir deyərək sözlərimi tamamlayıram:

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.

Sağ olun.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Vergi ödəyicilərinin sayı artır, vergi yığımı azalır - qəribəlik...

Azərbaycan İrandakı diplomatlarını geri çəkir - göstəriş verildi

İran Naxçıvan aeroportunu vurdu... Yaralılar var, İran səfiri XİN-ə çağırıldı... - FOTO/VİDEO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

12.03.2026 / 11:24
ABŞ-ın Liviya ssenarisi

12.03.2026 / 08:08
Hizbullah İsrailə 150 raket atdı, İsrail Hizbullahın “qalasını” vurdu

12.03.2026 / 07:54
Xarici banklar işçilərini Dubay və Qətərdəki ofislərinə getməməyə çağırdı

12.03.2026 / 07:46
İraqın iki neft tankeri eyni anda vuruldu

12.03.2026 / 07:38
İsfahandakı aviasiya kolleci hücuma məruz qaldı

12.03.2026 / 07:27
İranın sənaye rayonu bombalandı

12.03.2026 / 07:18
Həşd əl Şəabi qərargahı vuruldu

12.03.2026 / 00:03
Prezident İlham Əliyevlə Antonio Koştanın birgə mətbuat bəyanatı...

11.03.2026 / 23:48
FTB xəbərdarlıq etdi - İran Kaliforniyaya hücum edə bilər…

11.03.2026 / 23:12
ABŞ-ın təhdidinə İrandan sərt cavab - Fars körfəzində bütün limanlar vurulacaq…

11.03.2026 / 22:55
KKTC Baş naziri Ünal Üstel Azərbaycan millət vəkili Cavanşir Feyziyevə təşəkkür etdi

11.03.2026 / 22:15
Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

11.03.2026 / 21:44
Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkmək istəyənlər kimdir?...

11.03.2026 / 21:23
"Avropa İttifaqı Azərbaycan üçün bir nömrəli ticari tərəfdaşdır" - Prezident

11.03.2026 / 21:15
ABŞ-İsrail-İran savaşı Rusiyanın tam “əlinə oynamağa” başladı...

11.03.2026 / 20:22
ABŞ İrandakı mülki limanları da vuracaq – insanlara çağırış edildi: "Uzaq durun"...

11.03.2026 / 20:08
Tramp İranda müharibənin tezliklə bitəcəyinə eyham vurdu - vurulacaq bir şey qalmadı...

11.03.2026 / 19:47
Omanda neft anbarları vuruldu...

11.03.2026 / 19:22
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar - FOTO

11.03.2026 / 19:15
Avropa Birliyi “köhnə dünya düzənini bitmiş elan” etdi - “xaos və məcburetmə qaydalarına uymalıyıq”...

11.03.2026 / 18:39
Vergi ödəyicilərinin sayı artır, vergi yığımı azalır - qəribəlik...

11.03.2026 / 18:12
Paşinyan Prezident İlham Əliyevə təşəkkür etdi...

11.03.2026 / 18:01
İrandan Tramp və Netanyahunun çağırışına uyub etiraza qalxmaq istəyənlərə xəbərdarlıq - barmaqlar tətikdədir...

11.03.2026 / 17:56
"Ölkəmiz davamlı olaraq iqtisadi və siyasi mövqeyini möhkəmləndirir" - Vüqar Rəhimzadə

11.03.2026 / 17:51
Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşdü

11.03.2026 / 17:40
Koşta Azərbaycanı Aİ üçün çox mühüm tərəfdaş adlandırdı...

11.03.2026 / 17:38
AAYDA-da iki sədr müavinini işdən çıxarılıb? - Rəsmi açıqlama...

11.03.2026 / 17:34
Rusiya İrana qoşun göndərə bilər – Zelenskidən iddia…

11.03.2026 / 17:32
"Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk" - Antonio Koşta

11.03.2026 / 17:18
Prezident İlham Əliyev: "Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq"

11.03.2026 / 17:15
"Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir" - Prezident

11.03.2026 / 17:14
"Avropa Şurasının müvafiq platformasının Azərbaycana yanaşması qərəzlidir" - Rəşad Məcid

11.03.2026 / 17:03
Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

11.03.2026 / 16:58
ABŞ İranda yerüstü əməliyyata başlaya bilər - Ağ Evdən mesaj gəldi...

11.03.2026 / 16:45
İranla müharibədə ABŞ-a ağır zərbə - 330 milyon dollarlıq 11 MQ-9 Reaper PUA-sı vuruldu

11.03.2026 / 16:44
Tramp "189 uşağı İran özü vurdu", "Tomahawk"la vurdular" dedi - İranda isə "Tomahawk" yox...

11.03.2026 / 16:43
Moskva Bakıya əl uzadır – Putinin zəngi nələri dəyişəcək?

11.03.2026 / 16:31
Dubayda xəsarət alan azərbaycanlılar xəstəxanadan buraxıldı

11.03.2026 / 16:20
Rusiya və Çin İranda ABŞ-a qarşı hansı formalarda iştirak edir...

11.03.2026 / 16:10
Prezident İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub - FOTO

11.03.2026 / 16:09
Göyçay İcra Hakimiyyətində kütləvi ixtisar - 27 nəfərin işinə xitam verildi…

11.03.2026 / 15:56
Prezident diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarını təsdiqlədi

11.03.2026 / 15:48
Nefti 120 dollara almaq zorunda qalan Avropa ölkələri ABŞ-a qarşı yönəlir...

11.03.2026 / 15:37
2-ci Xamneyinin İsraillə necə davranacağı hələ bir müəmma - hamı suallar içindədir...

11.03.2026 / 14:54
Avropa İttifaqı Şurasının Prezidenti Bakıya gəldi - FOTO

11.03.2026 / 14:41
Əliyevin İrana humanitar yardımı başa düşənlərə dərin mesajdır...

11.03.2026 / 14:10
ABŞ-ın Bağdaddakı Diplomatik Dəstək Mərkəzi vuruldu…

11.03.2026 / 13:57
Son üç ayda ilk Tramp-Putin danışığında “İranın əvəzinə Ukrayna bazarlığı?”...

11.03.2026 / 13:54
Putin Prezident İlham Əliyevə zəng etdi

11.03.2026 / 13:38
Putinin yeni “neft təklifi” ABŞ və Avropanı toqquşdurmağa yönəlib...

11.03.2026 / 13:27
Məktəb buraxılış imtahanlarını qəlizləşdirənlərin məqsədini ekspertlər də anlamır...

11.03.2026 / 13:15
Hərbi qulluqçuların maaş məbləğində dəyişiklik təsdiqləndi

11.03.2026 / 13:08
Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı...

11.03.2026 / 12:50
İranın İsrailə hücumu nəticəsində iki azərbaycanlı həlak oldu

11.03.2026 / 12:34
Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər - FOTO

11.03.2026 / 12:25
ABŞ Yaxın Şərqdə İran bataqlığında - ciddi təzyiqlərlə üzləşən Vaşinqton çıxılmaz vəziyyətə düşdü…

11.03.2026 / 12:08
ABŞ üçüncü təyyarə gəmisini də İranın üstünə göndərir - bu dəfə mülki şəxslər də hədəfə alınacaq…

11.03.2026 / 11:47
Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının növbəti partiyası göndərildi - FOTO

11.03.2026 / 11:30
26 yaşlı qızın qurduğu onlayn kazino alt-üst edildi...

11.03.2026 / 11:12
USTDA apreldə Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır

11.03.2026 / 10:55
Gəncədə “qara bazar”da qiyməti 1 milyon 600 min manat olan heroin ələ keçirildi - VİDEO

11.03.2026 / 10:38
Hörmüzdə Britaniyanın ticarət gəmisi vuruldu

11.03.2026 / 10:16
İranda ölü sayı 1332-yə yüksəldi - Tehran daha gərgin hücumların anonsunu verdi

11.03.2026 / 08:12
ABŞ-a İran daxilindən koordinatlar ötürülür? - Sirli radio siqnalı ortaya çıxdı

11.03.2026 / 07:56
ABŞ Hörmüz boğazı yaxınlığında 16 İran mina gəmisini batırdı

11.03.2026 / 07:42
İran ABŞ qarşısında üç tələb qoydu

10.03.2026 / 23:45
Ayaqları altında Cənnət torpağı… Qəlblərində Şəhid ruhu… Analar…

10.03.2026 / 23:17
Trampın Hörmüz təhdidinə İrandan hədə dolu cavab gəldi - şübhəniz varsa, yaxınlaşın...

10.03.2026 / 22:51
SEPAH Hörmüz boğazından sərbəst keçmək üçün şərtini açıqladı

10.03.2026 / 22:30
Qətər İrana xəbərdarlıq edib

10.03.2026 / 22:04
Hindistanın İrana misilsiz xəyanətinin üstü açıldı – təlimə dəvət etdikləri İran gəmisinin koordinatlarını ABŞ və İsrailə verdilər, azı 104 iranlı əsgər öldü...

10.03.2026 / 21:43
ABŞ-ın planları - İranda yeni dövlətlər, İrandan ərazi qoparılması, daha nələr?...

10.03.2026 / 21:25
İran Xarici İşlər Nazirliyi qadın futbol komandasına: "İran sizi açıq qollarla gözləyir"

10.03.2026 / 21:19
ABŞ-la 10 fevral sazişi Azərbaycan üçün İranla müharibə öhdəliyi yaratmır...

10.03.2026 / 20:33
Tramp haradan əmindir ki, Rusiya İrana kəşfiyyat məlumatları ötürməz...

10.03.2026 / 20:12
İraq Baş naziri:" Ölkə ərazisinin qonşularımıza qarşı hərəkətlər üçün istifadəsinə icazə verilməyəcək"

10.03.2026 / 20:06
Putin Trampı İranda quru əməliyyatlardan çəkindirib...

10.03.2026 / 19:49
Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb

10.03.2026 / 19:39
Avrokomissiyada fikir ayrılığı - hədəfdə fon der Leyendir…

10.03.2026 / 19:24
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng etdi

10.03.2026 / 19:12
İsrailə raket hücumu nəticəsində bir azərbaycanlı həlak oldu...

Demoqrafiya təhdidi Azərbaycanda da böyüyür...

XƏBƏR ARXİVİ