şənbə günü, 24 oktyabr 2026
     

Ermənistanın iqtidar komandası revanşist qrupdur...

Image


Akif Nağı: "Passiv revanşıstlər düşünür ki, guya nə vaxtsa regionda qüvvələr nisbəti dəyişə bilər, həmin vaxt hərəkətə keçsinlər və qisas alsınlar"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Ermənistanla sülh sazişi mövzusunda suallara cavabında deyib:

"Biz onlara bildirmişik ki, özlərinə dost hesab etdikləri qüvvələrə o qədər də arxalanmasınlar. Çünki reallıqda onlar bizimlə üz-üzə, baş-başa qalacaqlar. Biz isə maraqlarımızı müdafiə etmək üçün siyasi iradəyə malikik. Bizə qarşı hər hansı bir siyasi təzyiq göstərilə bilməz ki, biz siyasətimizdən kənara çəkilək. İkinci Qarabağ məsələsi və antiterror əməliyýatından sonra baş verənlər onu göstərir ki, biz Ermənistanın sürətlə silahlanması fonunda müdafiə qabiliyyətinə malikik. Ermənistanın yeni dostları onu yeni ölümcül silahlarla təmin edirlər. Bu isə heç də sülh və sabitliyə xidmət etmir. Bu yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcək. Biz bilirik ki, Ermənistanda çox güclü revanşist qruplar mövcuddur. Onları hətta iki yerə bölmək olar. Aktiv revanşistlər o kəslərdir ki, 30 illik işğala cavabdehdirlər. Passiv revanşistlər isə bugünkü Ermənistan hakimiyyətidir. Onlar sözdə konstriktiv mövqe nümayiş etdirir, ancaq eyni qisas və revanş hissləri ilə yaşayırlar".

İndiyə qədər biz erməni müxalifətini revanşist adlandırırdıq, hakimiyyətin "passiv revanşist" adlandırılmasi ilə razısınızmı?

Baki-xeber.com saytına açıqlamasında politoloq Akif Nağı bildirdi ki, Ermənistanda revanşistlərin hamısının aktiv olduğunu hesab edir: "Sadəcə olaraq, onlardan bəziləri özlərinin revanşist hisslərini gizlətməyə çalışırlar. Həmin qruplar Azərbaycana qarşı "cavab tədbirlərı görmək" üçün məqam gözləyirlər. Sarkisyan-Koçaryan cütlüyü, eyni zamanda Levon Ter-Petrosyan Azərbaycana qarşı 30 illik işğal siyasətinə rəhbərlik ediblər. Onlar indi Ermənistanda müxalifət sayılır. Bu gün Azərbaycan Ermənistan konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Ermənistan müstəqillik bəyannamasinə istinadın aradan qaldırılmasını istəyir. Bu sənəd Ter-Petrosyanın prezidentlik dönəmində qəbul edilib.

1 dekabr 1989-cu ildə qəbul edilmiş müstəqillik bəyannamasində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ifadə edilir.

Özünü ağıllı adam kimi göstərən Ter-Petrosyan Azərbaycana qarşı ən qanlı cinayətlərdə iştirak edib, o, bu münaqişənin bünövrəsini qoyub. Sonrakı illərdə Xocalı soyqırımı ilə bağlı onun çox ağır məsuliyyəti var. Sarkisyan və Koçaryanın da bu məsələdə bu və ya digər şəkildə iştirakı var. Çünki onlar Qarabağın idarəçiləri idi. Ter-Petrosyan isə Ermənistan prezidenti olaraq bu işə rəhbərlik edirdi. Bu şəxslərin hamısı cəzalarının almalıdır, inanıram ki, alacaqlar.

Bu gün Ter-Petrosyan da, Koçaryan da, Sarkisyan da qisas hissi ilə yaşayır və mövqelərini açıq şəkildə ortaya qoyurlar. Onlar cinayət törətdikləri dönəmi yenidən bərpa etməyə çalışirlar, amma anlamırlar ki, artıq bu mümkün deyil. Bu onlara erməni icması qarşısında bəraət qazanmaq üçün lazımdır. Hazırda onlar çox pis durumdadırlar. Artıq onların qurduğu statis-kvo Azərbaycan ordusu tərəfindən aradan qalxıb, məhv edilib. Ona görə də bu qrup özünü düşgün və məyus durumda hiss edir. Bu səbəbdən də açıq şəkildə revanşist çıxışlar edirlər. Bununla onlar həmin miskin dövrə bəraət qazandirmaq istəyirlər. Amma Ermənistan cəmiyyəti özü həmin dövrü kəskin tənqid edir və o dönəmin qayıtmasını istəmir. Hətta o dövrün yenidən təkrarlanması xofu altında imkanı olanlar ölkəni tərk edir.

Sözügedən qüvvələr populist çıxışlar etməklə özlərinə sosial baza yığmaq istəyir, bu da alınmır. Çünki Ermənistan cəmiyyəti Azərbaycan ordusunun gücünü görüb və bir daha müharibə istəmir.

Müxalifət revanşist ideyalari gündəmdə saxlamaqla istəyir ki, Rusiyanın və erməni lobbisinin dəstəyindən yararlansınlar, həmin mənbələrdən gələn maliyyə vəsaiti dayanmasın. Çünki Ermənistanın Azərbaycana qarşı düşmənçilik ideyasınin mənbəyi də elə xarici qüvvələrdir. İndiki revanşistlərin hakimiyyəti dövründə bu avanturist ideyaya görə Ermənistana milyardlarla dollar pul axıdılıb, indi də bu ideyanı maliyyələşdirsinlər.

Eyni zamanda, Paşinyan da məğlub durumda olmasından məmnun deyil. O, həm dünya erməniləri, həm də cəmiyyət qarşısında özünü pis hiss edir. Paşinyan onu da anlayir ki, Azərbaycana qarşı getmək, yenidən müharibə edib uğur qazanmaq mümkün deyil. Ona görə də məqam gözləyir. Onlar ümid edir ki, hansısa fürsət düşə bilər. Passiv revanşıstlər düşünür ki, guya nə vaxtsa regionda qüvvələr nisbəti dəyişə bilər, həmin vaxt hərəkətə keçsinlər və qisas alsınlar. Hakimiyyət qüvvələri düşünür ki, Paşinyana kimsə çox ciddi dəstək verəcək. Yəni düşünürlar ki, Ukraynaya verilən dəstək, nə vaxtsa Ermənistana da verilə bilər. Bu cür dəstək qazanmaq üçün Paşinyan Qərb ölkələri və xristian dünyası ilə görüşlər keçirir, onlara yalvarır. Papadan belə hamıya yalvarırlar ki, Ermənistana da Ukrayna səviyyəsində dəstək verilsin, kimlərsə gəlsin bunların əvəzindən Azərbaycanla vuruşsun. Əsaslandırmağa çalışirlar ki, guya Azərbaycana qarşı müharibə xristianlığın müdafiəsidir. Hazırda passiv revanşistlər aktiv revanşistlərdən daha təhlükəlidir. Çunki bunların əlində hakimiyyət, ordu var və onlara xaricdən daha çox silah-sursat və yardımlar gəlir. Müəyyən dövrdən sonra passiv revanşistlər də başını qaldiracaq. Onlar başını qaldıran kimi də Azərbaycan onları başından viracaq. Onların ağlı kəsmir ki, silah alacaqlarsa, Azərbaycan onun iki qatını alacaq, ordunu artırmaq istəyəcəklərsə, yenə bizim potensialımız bir neçə dəfə Ermənistandan çoxdur. Bu cür xəstə təfəkkürlə Ermənistan hakimiyyəti - passiv revanşistlər sülh müqaviləsinin imzalanmasını uzadırlar".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ