çərşənbə günü, 01 iyul 2026
     

Ağdam - bir güllə atılmadan azadlıq və sonrakı 4 il... Oranı belə dəyişdik...

Image


44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə tariximizə möhtəşəm Zəfər səhifəsi həkk etdi, əsrlər keçəcək, nəsillər dəyişəcək,  bu Zəfər səhifəsi öz parlaqlığı ilə yaşayacaq. Ermənistanın işğalı altında olan ərazilərimizin böyük bir hissəsi ordumuzun gücü ilə qaytarılsa da, amma üç rayonumuz - Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan qaytarıldı.  

Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paraddakı çıxışında bildirirdi: "44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı".  

Prezident Əliyev bunun Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz olduğunu vurğuladı və bildirdi ki, Ermənistan bu tələbi yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. "Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi", - deyə Prezident İlham Əliyev qeyd etdi.

Məlum olduğu kimi, Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb.

Dörd ildir ki, Azərbaycanın Ağdam rayonu azaddır və özgürlüyünə qovuşub. Ağdam indi özünün tikilib-qurulma, bərpa olunma dövrünü yaşayır. 

2020-ci il 20 noyabr tarixi Ağdamın azad olunduğu gündür və artıq 20 noyabr Ağdam Şəhər Günü kimi qeyd olunur. 

Ağdam işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev bir neçə dəfə Ağdam rayonuna səfər edib.  

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfər etdilər və 27 ildən sonra ölkə başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı, bayrağımız əzəli torpağımızda əzəmətlə dalğalandı. Dosta sevinc, düşmənə dərd verən bu tarixi hadisə unudulmazdır.   

Həmin səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidini ziyarət etdilər. Bütün dünya gördü ki, Xocalı soyqırımında sağ qalan xocalılıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də vandal ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Onu da qeyd edək ki, Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladı.

2021-ci ilin may ayının 28-də Prezident İlham Əliyev Ağdama növbəti dəfə səfər etdi. Həmin sHəəfər çərçivəsində Prezidentə Ağdam şəhərinin Baş Planı təqdim olundu. Prezident Ağdam şəhərinin bərpasının təməl daşını, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoydu və Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Eyni zamanda İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak etdi, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında oldu. Onu da vurğualaq ki, Ağdamda Zəfər Muzeyi və açıq hava altında İşğal Muzeyi yaradılması məsələsi də həmin səfər çərçivəsində bəyan edildi. 

2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, "Park Forest Otel Ağdam" mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, "City Hotel Agdam" mehmanxanasının, daha bir yaşayış məhəlləsinintəməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi.

2023-cü ilin noyabr ayının 15-də isə Prezident Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış oldu. 

Bildirək ki, 2024-cü ilin 25 aprel tarixində Ağdam Cümə Məscidinin bərpa edildikdən sonra açılışı oldu və Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov açlışda iştirak etdilər.

2024-cü ilin sentyabrında da Prezident Ağdama səfər etdi və Eyvazxanbəyli kəndinin təməlini qoydu, eyni zamanda Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri, eyni zamanda Ağdam Sənaye Parkında görülən işlərlə tanış oldu, yeni zavodların açılışlarında iştirak etdi. 

Azərbaycan Prezidenti əvvəlcə sənaye parkında "BAFCO İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında, sonra  "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak etdi. Bundan başqa, Prezident İlham Əliyev Ağdam Sənaye Parkının rezidentlərindən biri olan "Rail Trans Service" Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, "Mister Decor" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodunun açlışında iştirak etdi, zavodui işə saldı. 

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında, həmçinin "Metkons" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak etdi, zavodun fəaliyyəti ilə tanış oldu. Qeyd edək ki, həmin zəngin səfər çərçivəsində Prezident  parkın rezidenti "Prof-Dam" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun açılışında, bundan başqa, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak etdi. 

İlham Əliyev həmçinin "Aghdam City Hotel"in açılışında iştirak etmişdi. 

Həmin səfərdə İlham Əliyev Ağdam şəhərində "İmarət" stadionunun təməlini qoydu, Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu. 

Həmin səfərdə Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış oldu. 

Ötən dörd il ərzində Ağdam sözün həqiqi mənasında günü-gündən inkişaf edir, düşmənin vurduğu yaralarını sarıyıb sağaldır. Düzdür, Ermənistan ötən 27 il müddətində Ağdamı tamamilə darmadağın edərək daşı daş üstə qoymamışdı. Bu gün də Ağdama gedərkən bu acı mənzərənin şahidi oluruq, viran qoyulmuş evləri, binaları görəndə ürəyimiz qan ağlayır. Amma bununla belə, düşmən bizim inanımızı və torpaqlarımızı azad etmək istəyimizi sındıra bilmədi, bu torpaqları azad etdik. Ağdam yenidən qurulur, yenidən öz əvvəlki görkəminə qayıdır. Artıq ikinci ildir ki, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir və ağdamlılar bu günü böyük coşğu ilə qeyd edirlər. 

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi, Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi düşmən tapdağına düşmüşdü. Mətbuatda gedən məlumata görə, rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, eləcə də burada olan çox saylı tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdıldı.

Ağdam düşmənlə döyüşlərdə 6 000-dən çox şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür. Bu barədə də mətbuatda qeyd edilib. 

20 Noyabr-Ağdam şəhər günü müasir tariximizdə ayrıca bir yerə malikdir və ağdamlılar bu tarixi günü qeyd etməklə bu yurdun əbədi və əzəli sakinləri olduqlarını bir daha təsdiqləyirlər. Ağdamın bir güllə belə atılmadan geri qaytarılması ölkə başçısının apardığı uğurlu siyasətin bariz nümunəsidir. Əlbəttə, bu, dünya tarixində nadir hadisələrdən biridir ki, düşmən bir güllə atılmadan torpaqları geri qaytarıb. Dörd ildir ki, Ağdam ağ günlərini yaşayır və qəhrəman ağdamlılar bu günü onlara yaşadanlara əbədiyyən minnətdardırlar!

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 20:01
Lyayen Prezident İlham Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Prezident İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata birgə bəyanatla çıxış ediblər - FOTO

01.07.2026 / 19:20
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

01.07.2026 / 19:19
Meloni Trampa meydan oxudu - "diz çökməyəcəyəm… icazə verməyəcəyəm”

01.07.2026 / 19:15
Azərbaycandakı yəhudi icmaları Knessetdən "erməni soyqırımı"nı tanımamağı xahiş etdi

01.07.2026 / 19:05
Rusiya Hindistan neftinin ümidinə qaldı...

01.07.2026 / 18:55
Trampdan İranla bağlı yeni açıqlama - "Tehran böyük uğurlar qazandı"

01.07.2026 / 18:53
ABŞ prezidentliyinə qayıtdıqdan sonra Trampın qazancı 1 milyardı keçdi - kriptovalyutadan...

01.07.2026 / 18:39
Avroittifaqın sabiq və hazırkı komissarlarının davası başlayıb...

01.07.2026 / 18:28
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTO

01.07.2026 / 18:11
Rəsmi Bakının Lyayendən konkret umacaqları var - Avrokomissar bunu buraxmasa...

01.07.2026 / 17:43
İsrailin "genosidi siyasi alət etməsi" Paşinyanı çətinə saldı...

01.07.2026 / 17:33
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

01.07.2026 / 17:29
Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

01.07.2026 / 17:07
Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - "...tərəfdaşlığı dərinləşdirmək üçün buradayam"

01.07.2026 / 16:48
Avrokomissiya prezidenti Bakıya gəldi

01.07.2026 / 16:37
Trampın oğulları Qazaxıstan volframında pay aldı, Çin və Rusiya şirkətlərinin arzusu gözündə qaldı

01.07.2026 / 16:22
Respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

01.07.2026 / 16:11
9 mindən çox müəllim işini itirdi...

01.07.2026 / 16:04
Rusiya yanacaq üçün Azərbaycana da üz tutacaq, Moskva möhtac qalıb...

01.07.2026 / 16:01
Polşadan Ukraynaya xəbərdarlıq: “Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz”

01.07.2026 / 15:51
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

01.07.2026 / 15:46
“Ozan Dünyası” Aşıq yaradıcılığının Təbliği İB-də yeni layihəyə start verilib

01.07.2026 / 15:35
Rusiyada bu dəfə deputatların çoxu qadınlar olacaq...

01.07.2026 / 15:27
Brüssel Bakı və İrəvanla regionda yeni birgə layihələr təklif edir, Cənubi Qafqazda Rusiyanı sıxışdırır

01.07.2026 / 15:19
Paşinyan Netanyahunun saxta "erməni genosidi" qərarına heç bir əhəmiyyət vermədi...

01.07.2026 / 15:15
Dünya Taekvondo Federasiyasından parataekvondoçularımıza xüsusi dəvət

01.07.2026 / 15:07
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə tanış olub - FOTO

01.07.2026 / 14:55
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - FOTO

01.07.2026 / 14:49
MEDİA-nın “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri bəlli oldu

01.07.2026 / 14:45
Ukraynadan sonra Rusiyanın vuracağı ölkə barədə müzakirə başlayıb...

01.07.2026 / 14:27
"Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsinin üçüncü mərhələsinə start verildi

01.07.2026 / 14:01
Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı

01.07.2026 / 13:55
“İdrak” liseyində güllələmə işi - ittiham aktı elan edildi...

01.07.2026 / 13:47
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

01.07.2026 / 13:37
Dohada İran və ABŞ arasında danışıqlar başlayıb...

01.07.2026 / 13:28
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür

01.07.2026 / 13:16
Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan bankları hesablara rublla qoyulan əmanətləri məhdudlaşdırmağa başladı...

01.07.2026 / 12:57
Rusiya Kiyevi ələ keçirmək üçün yeni hücuma başlayır - Putin orduya əmr verdi...

01.07.2026 / 12:09
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə...

01.07.2026 / 11:51
Şahdağa qar yağdı

01.07.2026 / 11:34
Qərb nüvə silahının yeni yaranacaq respublikaların əlinə keçəcəyindən ehtiyatlanır

01.07.2026 / 11:17
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

01.07.2026 / 11:15
Prezident İlham Əliyev Somali Prezidentini təbrik etdi

01.07.2026 / 11:03
DÇ - 2026: 1/8 finalın daha üç iştirakçısı bu gün müəyyənləşəcək...

01.07.2026 / 10:30
"BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı

01.07.2026 / 10:20
Leyla Əliyeva Şəkidəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub - FOTO

01.07.2026 / 10:05
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO

01.07.2026 / 09:51
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb - FOTO

01.07.2026 / 09:26
Azərbaycanda qadınların pensiya yaşı artırıldı

01.07.2026 / 09:07
ABŞ daha iki amfibiya gəmisini Yaxın Şərqə göndərdi - niyəsi maraqlıdır…

01.07.2026 / 06:40
Rusiya bəzi sərhəd keçidlərini bağladı - İlginc…

01.07.2026 / 05:30
ABŞ-da hakerlər “cekpot”u apardı - FTB 4 nəfəri həbs etdi

30.06.2026 / 23:16
Putinin məşhur superyaxtası Danimarka sahillərində göründü – ordu hərəkətə keçdi...

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ