çərşənbə axşamı günü, 25 avqust 2026
     

“Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır” - Vüqar Rəhimzadə

Image


Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı ölkəmizin bu günü və gələcəyi ilə bağlı çağırışlarla zəngin olur. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında nitqi bu gün ölkə mətbuatında geniş şəkildə təhlil olunur, qarşıya qoyulan vəzifələrin icrasının qalib, bütövləşən, yeni Azərbaycanın qarşısında açacağı imkanlar diqqətə çatdırılır. Prezident İlham Əliyev hər zaman olduğu kimi, budəfəki çıxışında belə bir  reallığı xüsusi vurğuladı ki, gələcək planlarımızı həll etmək, o cümlədən  vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir.

Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmasına stimul verir. Bu gün böyük inamla  bildiririk ki,  Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.  Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında  cari ilin ötən  8 ayının sosial-iqtisadi göstəriciləri əsasında  hazırkı inkişafı və qarşıda dayanan hədəfləri açıqladı. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda artım yeddi faiz olub. 2018-ci ildən indiyədək dörd sosial islahatlar paketi həyata keçirilib.  Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və  4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Dövlət başçısı İlham Əliyev  gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirdi. Təbii ki, buna əsas verən iqtisadi imkanlarımızdır. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların davamlılığında özünün aydın ifadəsini tapır. Bu hədəf də açıqlandı ki, gələcəkdə sosialyönümlü  siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin  azad Qarabağda və Zəngəzurda  qeyri-neft sektorunun inkişafına xidmət edəcək  yeni istehsalat sahələri açılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki,  son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə  bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, ölkəmiz üçün həmişə ən vacib məsələ olub.  "Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim" söyləyən Prezident İlham Əliyev diqqətə çatdırdığı rəqəmlərin fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpasının prioritetliyini təsdiqlədi. Belə ki, tarixi Zəfərimizdən  sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Dövlətimizin başçısı qarşıya qoyulan vəzifələr sırasında onu da qeyd etdi ki, hər ay, hər il onların sayı artacaq.  Gələcək illərdə işlər daha sürətlə gedəcək. Yaxın zamanlarda  gələn ilin büdcəsi Milli Məclisdə  müzakirə ediləcək. Millət vəkilləri  hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər. 

Millət vəkili onu da qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev  tarixi Zəfərimizdən sonra qarşıda duran vəzifələri açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətlə aparılması ilə yanaşı, hərbi potensialımızın artırılmasının vacibliyini də xüsusi qeyd edir. Prezident İlham Əliyev  qeyd etdiyimiz çıxışında da  bu məqamı xüsusi vurğuladı. Bildirdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin çıxışında  hücum diplomatiyamızın uğurla davam etdirilməsi xüsusi olaraq vurğulanır. Azərbaycan daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir. Ölkəmizin müstəqil siyasətini, uğurlarını, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr  Azərbaycana qarşı əsassız təbliğatlarını getdikcə gücləndirirlər. Prezident İlham Əliyev sözügedən çıxışında diqqəti bu reallığa yönəldərək bildirdi ki, bizə qarşı ideoloji təxribatlar davam edir. Onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin  suverenliyimizin bərpasına olan münasibətidir.   Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə   media məkanımızda istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. 

Milli Məclisin deputatı Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifindən və bu istiqamətdə göstərdiyi səylərdən bəhs edib. Təəssüf hissi ilə qeyd edib ki, qarşı tərəf hələ də konkret addım atmaq barədə düşünmür. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında sülh müqaviləsinin imzalanması  məsələsinə xüsusi diqqət yönəldir. Belə bir addımın atılması ölkəmizdən daha çox Ermənistana gərəklidir. İşğalçılıq siyasəti ucbatından bu günədək bütün  layihələrdən kənarda qalan Ermənistanın iqtisadi durumu ona havadarlıq edən dövlətlərə yaxşı məlumdur. Bu vəziyyət onlara Ermənistandan maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələrinə imkanlar yaradır. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin  bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır. Ermənistanın gündə bir  dayı axtarışına çıxması da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı   çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası "Avropa sülh", ya bilmirəm "müşahidəçi" missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Ölkə Prezidenti bir daha bu çağırışı etdi ki,  Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan müstəqil, prinsipial xarici siyasət həyata keçirir. Ölkəmiz əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz  yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, onların əhatə etdiyi mövzulara diqqət yetirsək, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə, hər bir sahədə zəngin təcrübəyə malik  olduğunu böyük inamla qeyd edə bilərik. Yaxın vaxtlarda ölkəmizin ev sahibliyi edəcəyi COP29 bir daha  bu məqamların təqdimatı olacaq. Hər bir qlobal problemin həllində Azərbaycanın mövqeyinin önəmli olması dövlətimizin siyasətinin beynəlxalq səviyyədə təqdir edilməsinin nümayişidir.  Dövlətimizin başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir.  Beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ