Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycan strateji dostlarının və düşmənlərinin siyahısına yenidən baxa bilər...

Image


Tofiq Abbasov: "Ermənistanın arxasında dayanan qüvvələr var ki, onlar bizimlə düşmənçilik edirlər, biz onları görürük, izləyirik və nəticələr çıxarırıq"

Prezident İlham Əliyev Milli Məclisin VII çağırışınin ilk sessiyasında geniş məruzə ilə çıxış edib. Prezident çıxışının bir məqamında Azərbaycanın dostlari və düşmənləri barədə danışıb: 

"Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər? Ona görə hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır".

Bu çıxışdan sonra Azırbaycanın öz strateji dostlarının,  tərəfdaşlarının və düşmənlərinin sırasına yenidən baxması mümkündürmü?

Məsələ ilə bağli politoloq Tofiq Abbasovun fikirlərini öyrəndik. Ekspert bildirdi ki, müasir siyasi sistemdə yer alan ölkələr mütəmadi olaraq həm dostlarının, həm də düşmənlərinin sıralarına tez-tez nəzər yetirirlər: "Çünki bunsuz mümkün deyil, böyük siyasi aləmdə milli maraqların yerləşdirilməsi vacib məsələlərdəndir. Maraqların toqquşduğu anda isə ciddi münaqişələr yaranır.

Məsələn, biz Ermənistanla həm qonşuyuq, həm rəqibik, həm də düşmənik. Bu da ondan irəli gəlir ki, Ermənistan sərhədlərini genişləndirməkdə, biz isə öz suveren sərhədlərimizi qorumaqda, bütün qonşularla, o cümlədən də ermənilərlə normal qonşuluq siyasəti yürütməkdə maraqlıyıq. Məlum olduğu kimi, Azərbaycan 44 günlük müharibəni qələbə ilə başa vurduqdan sonra Ermənistanı aşağılamadı. Prezident İlham Əliyev təklif etdi ki, gəlin yeni münasibətlərə başlayaq, gəlin bizim əsasını qoyduğumuz möhtəsəm inteqrasiya layihələrinə qatılın və əməkdaslıq çərçivəsində biz həm münasibətlərimizi tənzimləyə bilərik, həm də onlari inkişaf etdirə bilərik ki, faydalı şərait formalaşsin. Həm siz, həm biz töhfələr göturək, qazanaq. Ancaq Ermənistan yəqin ki, bu sırada özünənəxsus bir dövlətdir. Çunki bu çox qeyri-adekvat bir dövlətdir, onun siyasi liderləri və siyasəti zəhərli bir sferada formalaşır. Bu əvvəldən formalaşan bir proses - nonsensdir. Buna görə də Ermənistanla hər şey bizim üçün aydındır. Amma Ermənistanın arxasında dayanan qüvvələr var ki, onlar bizimlə düşmənçilik edirlər, biz onları görürük, izləyirik və nəticələr çıxarırıq.

Əslində biz dünya tarixinə fikir versək gorərik ki, ömrü boyu geosiyasi aləmdə maraqlar uğrunda mübarizə gedir. Yalnız adekvat, rasional və pozitiv düşüncə sahibləri, ziddiyyətlərin, kəskin rəqabətlərin olmasina baxmayaraq, çalışırlar ki, məsələlər ətrafında ümumi nöqtələr tapib, həm razılığa gələ bilsinlər, həm də qazanc əldə etsinlər. Bu, siyasətin açar məqamlarindan biridir. Birincisi, düsməni neytrallaşdirmaq, sonra isə imkan varsa, ondan dost formalaşdırmaq... Biz bunu bacarırıq və bu istiqamətdə bizim uğurlarımız var. Təsadüfi deyil ki, prezident İlham Əliyev VII çagırış MM-nin ilk sessiyasinda bu məsələyə münasibət bildirdi ki, biz dostlarımızı da, düşmənlərimizi də tanımalıyıq. Biz diqqətlə müəyyənləşdirməliyik ki, hansi dövlətlərin siyasi liderləri və siyasi elitasi bizimlə əməkdaşlıq etməyə hazırdır və hansılar riyakarlığa varırlar. Burada biz bir necə kateqoriyanın şahidi oluruq. Fransa, ABŞ, Kanada və Niderland kimi ölkələr açıq-aşkar Azərbaycana düşmən kəsiliblər. Heç də təsadüfi deyil ki, onlar anti-Azərbaycan cəbhəsi formalaşdiriblar. Biz görürük ki, ABŞ-ın Senatında, Könqresində hansı proseslər gedir, orada Azərbaycana qarşı hansi məkrli siyasət formalaşir. O cumlədən də bu sıradan olan digər dövlətlər özlərini elə aparırlar ki, guya Cənubi Qafqazda gedən proseslərə bunların cani yanir.

Biz şahidi olduq ki, Azərbaycanın 20 faiz torpaği 30 il işğalda qaldıği dövrdə Avropa bunu rahatlıqla həzm edirdi. Ermənistanın başına az qala sığal cəkirdilər, Azərbaycana da yalandan təskinlik verirdilər ki, biz sizin ərazi bütövlüyünüzu tanıyırıq. Lakin biz erməni vandallığına, barbarlığına son qoyanda və onların "tanıdığı" ərazi bütövlüyünü təmin edəndə, beynəlxalq hüququn tələblərini yerinə yetirəndə Qərbin səsi çıxdı. Bu təsadüfdürmü, əlbəttə, yox. Bu bir daha onu göstərir ki, Ermənistan dövlətini yaradanlar onu türk-müsəlman dünyasının həssas yerində azadlıqsevər xalqların ümidlərini puç etmək üçün yaradıblar. Biz indi görürük ki, neoimperializm, neomüstəmləkəçilik gündəmə gəlir, bu cərəyanların liderləri isə Azərbaycanın hərəkətlərini məhdudlaşdirmaq, ona pronlemlər yaratmaq və bunun üçün Ermənistandan istifadə etmək istəyirlər. Ermənistan bizim düşmənimizdir, amma o özbaşına deyil, onu qızışdırıb ortaya salanlar var. Bu ölkələr öz mənfur planlarını gizlətmirlər də... Onlar bu münaqişəli vəziyyətdə tarixin qaranlıq hissəsindədirlər. Biz isə onun işıqli tərəfindəyik və biz göstəririk ki, beynəlxalq hüquq normaları bizim üçün hər şeydən üstündür.

Bu gün hamı yeni dünya düzənindən danışır, lakin o hələ yoxdur. Əgər yeni düzən yoxdursa, köhnə qanunvericilik bazası işlək vəziyyətdə olmalıdir, ona hörmətlə yanaşmaq lazımdir. Azərbaycan buna çalışır, onlar isə bunu görməzliyə vururlar. Lakin onlar yanlışdir, Azərbaycan dövlətinin gücü var, bacarıği və mübarizə haqqı var, biz onlardan istifadə edəcəyik. Prezidentin də çıxışının əsas qayəsi o idi ki, bizim üçün əsas məsələ təhlükəsizlikdir. Bu həm bizim, həm də qonşularımız, o cümlədən də ermənilər üçun vacibdir. Lakin Ermənistan öz basıpozuq siyasəti ilə sübut edir ki, onun arxalandığı havadarları var. Ermənistanın daxili və xarici siyasətini kənar qüvvələr formalaşdırir. Azərbaycanın isə qətiyyətli siyasi lideri var, Azərbaycan öz qərarlarıni ölkə daxilində qəbul edir və bununla dünyaya göstərir ki, müstəqil siyasət aparmaq uğrunda mübarizə edən dövlət necə davranmalıdır.

Bəli, bir çoxları bizim mustəqil siyasət yürutməyimizdən, suveren hüquqlarımızdan istifadə etməyimizdən cəkinir. Bu bir daha onu gostərir ki, həmin qüvvələr xalqlari hələ də əsarətdə saxlamaq, onların təbii sərvətlərinə və digər imkanlarına sahib çıxmaq istəyirlər. Azərbaycan buna imkan verməyəcək".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ