Bazar günü günü, 01 noyabr 2026
     

Erməni puluna oynayan konqresmenlər cəfəng təşəbbüslərlə Azərbaycana qarşı yeni kampaniyaya start verdilər...

Image


Erməni lobbisinin, diaspor qüvvələrinin təsiri altında fəaliyyət göstərməsi  ABŞ Konqresinin daim əsas problemlərindən biri olub. Eyni zamanda bu hal yenə ABŞ Konqresinin nüfuzuna ciddi xələl gətirən məqamlardan biridir. Bunlar fonunda Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff və bir sıra digər konqresmenlər tərəfindən 2024-cü il üçün "Artsax Gəlirlərinin Bərpası Aktının" 18 sentyabrda qəbul edilməsinə dair təklifi Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqlarından çox, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid olmaqla yanaşı, həm də erməni sifarişinin icrasına növbəti cəhd oldu. 

Müvafiq layihənin təqdimatında Adam Şiff hər cür hədyanlar və yalanlar səsləndirdi, erməni diasporunun pulu və dəstəyi üçün hər cür yalan danışmağa hazır olduğunu göstərdi. Məsələn, o iddia edir: "Azərbaycanın Artsax xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. Biz cavabdehlərin məsuliyyətə cəlb olunmasını və Artsaxın günahsız qurbanlarının böyük itkilərinin ödənilməsini təmin etməliyik. Mənim qanunvericiliyim Azərbaycanın təcavüzü nəticəsində hər şeyini itirmiş şəxslərin ədalət mühakiməsi və maliyyə bərpası mexanizmini təmin edəcək". Amma Azərbaycanın ABŞ tərəfindən də tanınan ərazi bütövlüyünü bərpa etdiyini Adam Şiff heç nəzərə almaq istəmir. Erməni işğalına ümumiyyətlə əhəmiyyət vermir. Əksinə, Amerika Erməni Milli Komitəsinin (ANCA) təsiri altında hər cür böhtana yol verir. Bu xüsusda Şiff və digər bəzi konqresmenlər Azərbaycana qarşı ağlasığmaz tələblər səsləndirir. Məsələn, qeyd edilir ki,   Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat verilməlidir.   Qanunun qəbulundan sonra 60 gün ərzində prezident bu aktivlərlə əməliyyatları bloklamalı, blokdan sonra isə 90 gün ərzində onlara həbs qoymalıdır. Bunun ardınca  "Artsax Gəlirlərinin Bərpası Fondunun" yaradılması həyata keçirilməlidir. Özü də bu fond Azərbaycanın müsadirə edilmiş aktivlərini almalı, daha sonra bu vəsaitlər Azərbaycanın "hərbi hücumu" nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş "Artsaxdan" didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edilməlidir.  Burada xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Bunu çoxsaylı faktlar da sübut edir. Hərbçilərimiz 24 saatdan da az çəkən antiterror əməliyyatını əsl zərgər dəqiqliyi ilə icra etdilər. Nəticədə yalnız hərbi təyinatlı obyektlər, yəni silah anbarları, atəş mövqeləri və nöqtələri vuruldu, eyni zamanda, xeyli sayda terrorçu həbs edildi. Əməliyyatın digər unikallığı onda idi ki, mülki infrastruktura və Qarabağın erməni əhalisinə heç bir ziyan dəymədi. Onu da qeyd edək ki, Azərbaycan tərəfi Qarabağdan erməni əhali­nin köçündə heç zaman maraqlı olmayıb. Azərbaycanın istəyi böl­gədə yaşayan erməni əhalinin re­inteqrasiyasına nail olmaq, onları təxminən son 30 ildə Ermənista­nın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtara­raq, ölkənin sosial-iqtisadi və icti­mai-siyasi həyatına qovuşdurmaq idi. İşğal bitdikdən sonra Azər­baycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğu­nu bildirib. Amma bütün bunlara baxmayaraq, ermənilərin özlərinin təxribatları ötən ilin 19–20 sentyabr ha­disələrinin baş verməsini şərtlən­dirdi. Ancaq bu zaman da mülki əhaliyə heç bir xətər yetirilmədi. 44 günlük Vətən müharibəsi za­manı olduğu kimi, lokal xarakterli antiterror tədbirləri də beynəlxalq humanitar hüquqa uyğun aparıldı. Bu zaman, yuxarıda qeyd olunduğu kimi, mülki şəxslər və infrast­ruktur obyektləri hədəfə alınmadı. Azərbaycan antiterror tədbirləri zamanı mülki əhalinin və obyektlərin zərər çək­məməsi məsələsində də dünyaya nümunə göstərdi. Bununla bağlı prezident İlham Əliyev 2023-cü il noyabrın 20-də İraq prezidenti Əbdüllətif Camal Rəşidlə görüşdən sonra mətbuata verdiyi bəyanatda bu barədə dedi: "Bizim səbrimiz sentyabr ayında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren əra­zimizdə antiterror tədbirləri apar­dıq. Bu tədbirlər 24 saatdan az davam etdi və mülki əhali arasın­da itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdik­lərimizə münasibətdə bu antiterror tədbirləri mülki əhali arasında hər­bi əməliyyatları itkisiz necə apar­maq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır". Amma bu reallıqları erməni pulu və dəstəyi ilə fəaliyyət göstərənlər, o cümlədən də Adam Şiff görmək istəmir. 

Onu da xatırladaq ki, bu, konqresmenlərin ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif layihələri icra etməyə çalışıblar. Məsələn, bir müddət öncə konqresmen Adam Şiff və 47 tərəfdarı dövlət katibi Entoni Blinkenə məktub yazaraq "Qarabağda kökü kəsilməkdə olan erməni irsi" barədə "narahatlıqlarını" bölüşmüşdülər. Bundan başqa, ABŞ Konqresinin 26 nəfərlik heyəti   ABŞ dövlət katibi Entoni Blinkenə və ABŞ prezidentinin baş müşaviri Con Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər. Bu dəfə isə yenə əndazəni aşan Adam Şiff və onun kimilər iddia edirlər ki,  ABŞ-dakı azərbaycanlılara məxsus şəxsi aktivləri ələ keçirmək və "Artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək" lazımdır.  "Köçkün ermənilərin" fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılması da təkliflər sırasındadır. 2024-cü il "Artsax Gəlirlərinin Bərpası Aktı" konqresmenlər Frank Pallone, Anna Eşu, Qeyb Amo, Coys Biti, Cim Kosta, Coş Gottheimer, Duq LaMalfa, Ses Magaziner, Ceyms Makqovern, Qreys Meng, Kevin Mallin, Qreys Napolitano, Elyanor Holms Norton, Jan Şaakovski, Linda Sançez, Bred Şerman, Dina Titus və Lori Trahan tərəfindən dəstəklənir. Onların erməni lobbsinin fəal üzvləridir və erməni diasporundan külli-miqdarda pul alırlar. Məsələn, Şiff 2011-ci ildə erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, qondarma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə "Mxitar Qoş" ordeni, 2021-ci ildə isə "Dostluq" ordeninə layiq görülüb. Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, ABŞ Konqresində erməni qrupunun sədr müavinidir, həmişə ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilib. Erməni diasporunun maliyyə və digər yardımlarından geniş istifadə edir. "Artsax Gəlirlərinin Bərpası Aktı"nı dəstəkləyənlər də bu və ya digər şəkildə erməni diasporundan faydalalnalr arasındadır. Amma o da nəzərə alınalıdır ki,  bütün bunlar konqresmenlərin özfəaliyyəti deyil. Hesab olunur ki, onlar Bayden administrasiyasının təlimatları əsasında bu təşəbbüsləri qaldırırlar. Başqa sözlə desək, bütün bu oyunların arxasında Bayden administrasiyası dayanır. Bununla da, əslində, Azərbaycana qarşı qarayaxma kampaniyasının ABŞ-da dövlət səviyyəsində həyata keçirildiyi müşahidə olunur. Ancaq bu durumda ABŞ Cənubi Qafqazda öz mövqeyini sarsıdır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ