çərşənbə günü, 26 avqust 2026
     

İran-Ermənistan münasibətlərində hələ belə kritik durum olmamışdı...

Image


İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır: "Lakin biz ABŞ-ın regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik". 

Bu məlumat İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti tərəfindən də yayımlanıb. 

Beləliklə, İran da artıq açıq şəkildə Qərbin, xüsusən ABŞ-ın Ermənistanda mövqelərini müxtəlif istiqamətlərdə, o cümlədən hərbi müstəvidə möhkəmləndirməsindən ciddi narazılığını ifadə edir. Bu günlərdə isə Ermənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb.  Məlumatı yayan "caliber" saytı daha əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və "Boinq C-17"nin göyərtəsində təkcə hərbi yüklər deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı. Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən foto-sübutlar təqdim edib. Xatırladaq ki, avqustun 2 və 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Ermənistanın "Zvartnots" hava limanına enib. Eyni zamanda "Boeing C-17" hərbi yük təyyarələrində İrandan atılan raketlərin və digər təyyarələrin trayektoriyasını izləyən xüsusi alətlərin daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib. Azərbaycan və İranla sərhəddə yerləşdirilən şəxsi heyət diqqət çəkməmək üçün diqqətlə seçilib. Belə ki, onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları, həmçinin slavyan və postsovet ölkələrindən ABŞ-a köçmüş qafqazlı olub. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib. O da bildirilir ki, ABŞ təyyarəsi Qətərdən havaya qalxaraq Gürcüstanın hava məkanı vasitəsilə Ermənistan ərazisinə daxil olub. Rus sərhədçilərinin geri çəkildiyi "Zvartnots"da bu Amerika hərbi daşıyıcısından silah və ABŞ hərbçiləri olan üç konteyner boşaldılıb və sonrakı yerləşdirmə yerinə göndərilib.  Xatırladaq ki, bu günlərdə Türkiyənin "Milliyet" qəzeti də ABŞ-ın Ermənistandakı hərbi mövcudluğu mövzusunda geniş məqalə dərc edib. "ABŞ odla oynayır! Amerikalılar Azərbaycanın radarındadır, Ermənistanda əlavə qoşunlar" sərlövhəli məqalədə "Eagle Partner" təlimlərinin başa çatmasına baxmayaraq, Amerika hərbçilərinin Ermənistanda qalması ilə bağlı Azərbaycan mətbuatında yayılan xəbərlərə diqqət çəkilir. Türkiyə qəzeti yazır: "Birləşmiş Ştatlar hərbi qulluqçularının hamısını Ermənistandan çıxarmayıb, onları gizli şəkildə Zəngəzur rayonuna yerləşdirib. Amerika tərəfinin hərəkətləri ilə bağlı iddialar qəzəb fırtınasına səbəb olub. Azərbaycan mediası Vaşinqtonu regionda qüvvələr balansını dəyişməyə çalışmaqda ittiham edib". Nəşr diqqəti 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış və Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalından azad edilməsi ilə nəticələnən yeni reallıqlara yönəldib. Məqalədə xatırladılıb ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusu cəmi 24 saat ərzində işğalçıları məğlubiyyətlə barışmağa məcbur edib. "Milliyet" qəzeti daha sonra İrəvan ilə Moskva arasında münasibətlərdəki gərginliyin Rusiya hərbçilərinin Ermənistandakı dislokasiya yerində etirazlara səbəb olmasından yazıb. Məqalə müəllifi qeyd edib ki, Nikol Paşinyan hökumətinin müttəfiqləri olan ABŞ və Fransa Azərbaycanın Qələbəsindən narahat olduqlarını gizlətmirlər: "2023-cü ilin payızında bir qrup amerikalı hərbçi "Eagle Partner" təlimlərində iştirak etmək bəhanəsi ilə ilk dəfə Ermənistana gəlib. Bu, gözlənildiyi kimi, Moskvanın mənfi reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi İrəvana açıq şəkildə NATO ilə yaxınlaşmanın yolverilməzliyi barədə xəbərdarlıq edib".

Türkiyə nəşri qeyd edir ki, ABŞ hərbçiləri 2024-cü ilin iyulunda yenidən birgə təlimlər bəhanəsi ilə Ermənistanda peyda olublar.  Eyni zamanda, Pentaqonun saytında Amerika hərbçilərinin "Eagle Partner" çərçivəsində erməni əsgərlərinə təlim keçməsi və iki ölkənin bayraqları fonunda poz verməsi barədə onlarla fotoşəkil yerləşdirilib. Azərbaycan mətbuatı ABŞ-ın, bu ilin iyulunda təlimləri başa vurmasına baxmayaraq, Ermənistandan hərbçiləri çıxarmadığını, onları strateji əhəmiyyətli Zəngəzur rayonunda yerləşdirdiyini yazıb". "Milliyet" Azərbaycan mətbuatında dərc olunmuş xəbərlərə istinadla qeyd edib ki, "Eagle Partner" təlimləri başa çatdıqdan sonra Amerika hərbi-nəqliyyat təyyarəsi "Zvartnots" hava limanına eniş edib: "Amerika ordusunun Cənubi Qafqazda görünməsi təsadüfi deyil. ABŞ-ın İrəvandakı səfirliyi birgə təlimlərin başa çatdığını rəsmən elan etsə də, ABŞ hərbi-nəqliyyat təyyarələrinin İrəvana çatdırdığı yüklər çoxsaylı suallar doğurur". Məqalədə, həmçinin göstərilir ki, Amerika hərbçilərinin İran sərhədləri yaxınlığında peyda olması Tehranı ciddi seçim qarşısında qoyub. Hələlik isə Fransanın, Hindistanın, Avropa Sülh Fondunun və ya ABŞ-ın dəstəyindən asılı olmayaraq, Ernənistanın hərbiləşdirmə siyasətinin davam etdirilməsi qaçılmaz olaraq ciddi nəticələrə gətirib çıxaracaq. Bununla bağlı prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər : "Əgər biz Ermənistana verilən silahların kritik həddə çatdığını görsək, o zaman bizdən heç kim inciməsin, bizim nəyə qadir olduğumuzu hamı bilir. Ordumuz buna qadirdir və iradəmiz nə qədər güclüdürsə, heç kim bizə qarşı dura bilməz". Azərbaycanla yanaşı, Rusiya və İran da proseslərin inkişafından narazıdır. Bu səbəbdən Ermənistan Qərbin əlində vasitə olaraq qalmaqda davam edərsə, bu ölkəni ciddi problemlər gözləyir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ