çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Kreml Azərbaycanla bağlı bunu təsdiqlədi - Qafqazın söz sahibi...

Image


Şimal qonşumuzun rəhbərinin Azərbaycana səfəri, gözlənildiyi kimi, dünya mediasının, o cümlədən Rusiya KİV-inin xüsusi diqqət mərkəzində yer aldı. Bu xüsusda Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqani yazır: 

"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri səmimi mühitdə baş tutub. Tərəflər əməkdaşlıq və qarşılıqlı anlaşmaya dair altı sənəd imzalayıb, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Putinin sözlərinə görə, Moskva indi Ukrayna istiqamətində böhranlarla üz-üzədir, lakin onun Cənubi Qafqaz işlərində iştirakı qalır.

Qeyd edilməlidir ki, prezident təyyarəsi avqustun 18-də axşam saatlarında Bakı hava limanına enib. Rusiya lideri hava limanından dövlət başçısı İlham Əliyevlə Bakıdan 40 km aralıda, Xəzər dənizinin sahilində yerləşən "Zuğulba" iqamətgahında qeyri-rəsmi şam yeməyinə gedib. Yeməkdən əvvəl Putin və Əliyev bir-birini qucaqlayıb, səmimi salamlaşıblar. Ertəsi gün Putin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, xanımı Zərifə Əliyevanın, həmçinin Əziz Əliyevin və Tamerlan Əliyevin məzarı üzərinə qırmızı qızılgüllər qoyub. Rusiya prezidenti həmçinin Şəhidlər Xiyabanında Əbədi məşəl önünə əklil qoyub. Bu, 1990-cı ilin yanvarında Bakı hadisələrinin qurbanlarının və birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların dəfn olunduğu xatirə qəbiristanlığıdır. Yalnız bundan sonra həmin "Zuğulba"da iki prezidentin rəsmi görüş mərasimi baş tutub. Putinə Rusiyanın maraqlarını təmsil etməkdə baş nazirin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, xarici işlər naziri Sergey Lavrov, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov, nəqliyyat naziri Roman Starovoyt, səhiyyə naziri Mixail Muraşko, VTB, VEB, "Qazprom", "Rosneft" rəhbərləri və başqaları qatılıb. Rusiya prezidenti Bakını "regionda vahə" adlandırmaqla sözə başlayıb və Əliyevə rus dilinə göstərdiyi diqqətə görə təşəkkür edib. "Azərbaycanda 300 rusdilli məktəb, aparıcı ali təhsil müəssisələrimizin filialları fəaliyyət göstərir", - Rusiya lideri vurğulayıb. Əliyev öz növbəsində qeyd edib ki, Bakı Moskva ilə qarşılıqlı əlaqələrin səviyyəsindən çox razıdır. "2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə uğurla həyata keçirilir", - deyə Azərbaycan prezidenti qeyd edib. Dövlət səfəri nəticəsində tərəflər səhiyyə, karantin və bitkilərin mühafizəsi, qida təhlükəsizliyi ilə bağlı üç saziş imzalayıblar. İqlim dəyişikliyi və aşağı emissiyalı karbon texnologiyasının inkişafı, əmək müfəttişliyi və investisiyaların təşviqi məsələləri üzrə də üç anlaşma memorandumu imzalanıb. 

Bu arada görüşün bəlkə də ən maraqlı tərəfi Putinin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hələ də kömək etməyə hazır olduğunu deməsi olub. "Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir", - deyə prezident əmin edib. Eyni zamanda o, danışıqlar barədə Ermənistanın baş naziri Nikol Paşinyana məlumat verəcəyini vəd edib. Paralel olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Ermənistanla münasibətləri normallaşdırmaq məqsədi daşıyır, lakin İrəvanın əsassız tələbləri aradan qaldırılmalıdır. Öz növbəsində, sülh müqaviləsi bu məsələyə potensial qayıdışın qarşısını alacaq. Departament onu da qeyd edib ki, Rusiya həmişə belə danışıqlar üçün məqbul platforma olub. Bakı prinsipcə Rusiyanın vasitəçiliyinə qarşı deyil, İrəvan buna qarşıdır. Bundan əlavə, tərəflər sülh müqaviləsi danışıqlarından Zəngəzur dəhlizi adlanan bəndin çıxarılması barədə razılığa gəliblər. Bu o deməkdir ki, Moskvanın maraqlandığı yol yaxın gələcəkdə açılmayacaq. Qarabağda Rusiya konsulluğunun yaranması da, çətin ki, baş tutsun, çünki orada ruslar praktiki olaraq yoxdur. MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov Bakı diplomatiyasına ehtiramını bildirib. "Azərbaycan tərəfi eyni vaxtda bir neçə platformada - Qərb və Rusiya platformalarında effektiv oynayır. Xüsusilə, Əliyev bir tərəfdən Rusiya ilə yaxınlaşa bildi, digər tərəfdən isə Avropanın Qarabağı öz ölkəsinin bir hissəsi kimi tanımasına nail oldu. Ermənistan isə əksinə, son zamanlar kollektiv Qərbin vasitəçiliyi ilə danışıqlara maraq göstərib. Eyni zamanda, məsələn, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı çoxlu sayda suallar qalır. Potensial vasitəçilərdən hansının tərəflərin sülh müqaviləsi imzalamasını təmin edə biləcəyi məlum deyil", - deyə Markarov bildirib". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 09:11
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ