çərşənbə axşamı günü, 03 noyabr 2026
     

“300 min rus Azərbaycandan qovuldu” - Putin Bakıda ikən Rusiyadan Azərbaycana böhtan...

Image


Məhərrəm Zülfüqarlı: "Birincisi, bu cür absurd fikirlərin Putinin Bakıda olduğu zaman ortaya atılması bir təxribatdır, qaşınmayan yerdən qan çıxarmaqdır"

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri erməniləri təşvişə saldığı kimi, bəzi rus politoloqlarını da narahat edib. Putin Bakıda olarkən, burada Azərbaycan-Rusiya dostluğu ilə bağlı bəyanatlar verərkən bəzi erməni başlılar öz təxribatlarından qalmayıblar. 

Belə ki,  rusiyalı politoloq Vadim Truxaçev sosial şəbəkələrdə həqiqətəuyğun olmayan fikirlər yazıb və aşkar şəkildə Azərbaycana böhtan atıb. 

Rusiyalı ekspert iddia edib ki, guya "Azərbaycan tarixi" dərsliklərində Rusiya düşmən kimi təqdim olunur. 

Görünür, Truxaçev bu böhtan dolu fikirləri Putinin səfəri öncəsi yazıbmış. O yazıb ki, Azərbaycanla danışıqlarda Rusiyanın dörd əsas mövzusu olmalıdır, qalanını Türkiyə ilə müzakirə etmək olar. 

Truxaçevin dörd absurd mövzusuna gəlincə, o, onları belə "təsvir edib": 

"1) Azərbaycan etnik cinayətinin və Rusiyada azərbaycanlı mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin məhdudlaşdırılması; VBON, "boz canavar" və oxşar strukturların birgə örtüyü.

2) Azərbaycanın Ukraynaya yardımı, Şimal Hərbi Dairəsinin Azərbaycan mətbuatında işıqlandırılması, onun vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrində iştirakı və azərbaycanlıların Şimal Hərbi Dairəsinin iştirakçılarına hücumları.

3) Rusların və Dağıstan xalqlarının nümayəndələrinin Azərbaycandakı vəziyyəti; Azərbaycanın 1990-cı illərdə 300 min rusun zorakılıqla  qovulmasına görə məsuliyyəti öz üzərinə götürməsi.

4) Rusiya imperiyası və Sovet İttifaqının "düşmən", "müstəmləkəçi", "zalım" kimi təqdim edildiyi Azərbaycan tarixi dərsliklərinin məzmunu".

Gördüyünüz kimi, bu dörd iddianın heç birinin əsası yoxdur və qətiyyən həqiqəti əks etdirmir. 

Rus politoloqun göstərdiyi bu "maddələrin" hamısı təhlükəlidir və birbaşa təxribatdır, böhtandır. Guya Rusyada etnik azərbaycanlılar "cinayətlə məşğul olur", bu iddia edir ki, "etnik azərbaycanlıların cinayətlərinə son qoyulmalıdır". Belə qələmə verir ki, guya Rusiyada yaşayan azərbaycanlıların hamısı cinayətkardır və sair. Eyni zamanda iddia edir ki, guya Azərbaycandan 300 min rus köçüb gedib. Bunlar hamısı absudrddur və Azərbaycanda ruslara, eləcə də başqa xalqlara münasibət çox yüksək səviyyədədir. Bu adam unudur ki,  Azərbaycanda 324 rus dilində tədris verən məktəb var,  orada 160 minə yaxın şagird təhsil alır. Bu faktın özü Azərbaycanda ruslara və rus dilinə münasibətin əyani təzahürüdür. Bu adam Moskvada oturub erməni başı ilə düşünüb, erməni ağzı ilə danışırsa, bu onun həm də öz dövlətinə xəyanətidir, Azərbaycan torpaqları uğrunda şəhid olan rusların ruhunu təhqir etməkdir. Azərbaycan burada yaşayan rusların da, başqa xalqların da vətənidir. 

Rusiyalı politoloq deyəsən Ermənistanla Azərbaycanın yerini səhv salıb, ya da qəsdən belə deyir ki, yeni təxribat toxumu əkib aranı qarışdırsın.

"O, 300 min rusun Azərbaycandan guya qovulması kimi saxta iddia ilə ölkəmizə qarşı düşmən mövqeyini ortaya qoyur"     

Siyasi şərhçi, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, rusiyalı politoloqun ortaya atdığı iddia bir təxribatdır. 

"Birincisi, bu cür absurd fikirlərin Putinin Bakıda olduğu zaman ortaya atılması bir təxribatdır, qaşınmayan yerdən qan çıxarmaqdır. Belələrinin məqsədi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaqdır. Əlbəttə, ermənilər kimi, bəzi ermənipərəst ruslar da iki ölkə arasında müsbət münasibətlərə paxıllıqla yanaşırlar. Bu, eyni zamanda da etik normalara uyğun deyil. Yəni bunu hansı politoloq yazıbsa, demək bunun etik problemləri var, etik normalardan xəbərsizdir. İkincisi, yəqin ki, Truxaçev bunu ayıq başla yazmayıb. Tarixçi, politoloq alternativ tarix kitablarını, alternativ yazıları da oxumalıdır. Sovet dövründən, ondan əvvəl Çar Rusiyası zamanından saxtalaşdırılmış tarixi beyninə yükləyib imperiya ambisiyası ilə çıxış etməməlidir. XXI əsrin normal rus politoloqu artıq Çar Rusiyasının, Sovet dövlətinin siyasətindən nəticə çıxarmalı idi. Necə ki, indiki Almaniya faşist Almaniyasının hərəkətlərinə görə üzr istəyib yəhudilərə təzminat ödəyir, bu da Çar Rusiyanının və Sovetlərin müstəmləkəsi olan xalqlardan üzr istəməlidir. Normal politoloq bu cür davranmalıdır. Amma bunda əksinədir. İmperiya siyasəti, imperiya ambissiyası ilə elə bil ki, yüz il geri qalan bir iddia irəli sürür. Sizə bir faktı deyim, Gülüstan müqaviləsinin 150 illiyi münasibətilə Moskvanın göstərişi ilə Azərbaycanda tədbir keçirilmişdi, orada ovaxtkı Ali Sovetin sədri də gəlib çıxış etmişdi. Qeyd etmişdilər ki, Gülüstan müqaviləsinə görə, guya Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunmayıb, könüllü şəkildə Rusiyanın tərkibinə daxil olub. Buna qarşı da o vaxt mərhum xalq şairi Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını yazdı, Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əlyarlı kimi tarixçilər buna etiraz etdilər. Buna əgər bizim görkəmli tarixçilərimiz Sovet dövründə, keçən əsrin 60-cı illərində etiraz ediblərsə, indi bu başdan xarab deyir ki, Azərbaycan tarixi dərsliklərindən işğal sözü götürülməlidir. Bu adam siyasi cəhətdən o qədər kor bir politoloqdur ki, gerçəyi dilə gətirmək istəmir. Hətta rus tarixçiləri özləri  İvan Qroznı dövründə Volqaboyu ərazilərin, Sibirin tutulmasını işğal adlandırıblar. Sadəcə olaraq, rus tarixçilərinin bir səhvi var, işğal adlandırsalar da, deyirlər ki, Rusiya bu işğalla həmin ərazilərə mədəniyyət, xalqlara xoşbəxtlik gətirib. Belə qələmə verirlər. Sovet dövrü qapalı bir rejim idi. Bunu başa düşürük. İndi XXI əsrdir, hər şey açıqdır, sosial şəbəkələr, informasiya resursları var. Belə bir vəziyyətdə imperiya şüuru ilə çıxış etmək, mənə elə gəlir ki, normal politoloqa yaraşmayan bir məsələsdir. Hesab edirəm ki, Truxaçevin hansısa problemi var. 

Konkert gələk onun irəli sürdüyü iddialara. Bu yazır kj, guya Rusiyada etnik azərbaycanlılar cinayətlə məşğul olurlar və sair. Birincisi, belə bir hal yoxdur. Digər tərəfdən də, Rusiyada "başı qırxıqlar", skinhedlər Qafqazdan gələnlərə qarşı tez-tez reydlər keçirirlər, bazarlara girib mallarını dağıdır, özlərini də dəyənəklə döyürlər. Buna da rus polisi göz yumur. Truxaçevin bir balaca düşüncəsi olsaydı bu məsələyə münasibət bildirərdi. Yəni azərbaycanlılar ora bir tikə çörək qazanmağa gediblər və orada işləyib Rusiyaya da fayda verirlər. Bu adam buna görə azərbaycanlılara təşəkkür etmək əvəzinə belə ağılsız tezislər irəli sürür.  

Onun ikinci iddiası Azərbaycanın Ukraynaya dəstəyi ilə bağlıdır. Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsinə o başqa cür don geydirməyə çalışır, buna düşməncəsinə  yanaşır. Biz Ukrayna xalqına humanitar dəstək göstəririk və burada mənfi bir hal yoxdur. Azərbaycan müstəqil dövlətdir və onun öz siyasəti var. Yəni biz müstəmləkə deyilik, asılı ölkə deyilik, Azərbaycan Qafqazın ən güclü dövlətidir, sənin də ölkənin prezidenti bura qonaq gəlib. Belə olduğu halda bu ağılsız politoloq bizə qarşı qarayaxma aparır.    

Qaldı ki, azərbaycanlıların müharibəyə getməsi iddiasına, bu adam belə qəhrəmandırsa, onda Rusiyanın müharibə ilə bağlı qəbul etdiyi qərarları ləğv etdirsin, görsün Rusiya vətəndaşları bu barədə nə düşünür. Onsuz da bu müharibədə ölənlərin əsas hissəsi ruslar yox, etnik, milli azlıqlardır. Bunlar da narazılıq doğurur və etirazlar zor gücünə yatırılır. Sən bu məsələləri qoyub birbaşa Azərbaycana hücum edirsən, bu da sənin ermənipərəstliyindən irəli gəlir".

M.Zülfüqarlının sözlərinə görə, onun Azərbaycanda rusların və Dağıstan xalqlarının vəziyyəti ilə bağlı irəli sürdüyü iddialar da absurddur. "Çünki Azərbaycanda heç zaman etnik problem olmayıb. Hətta milli azlıqlara əhalinin əsas hissəsini təşkil edən Azərbaycan türklərindən qat-qat üstünlüklər verilib. Bu adam görün tarixdən nə qədər xəbərsizdir ki, Şamil hərəkatını belə qeyd etmir. Şeyx Şamilin başçılığı altında Çar Rusiyasına qarşı baş verən üsyanlar, Çeçenistanda azadlıq müharibəsi onu göstərir ki, Dağıstan xalqları Rusiyadan ayrılmaq istəyirlər, imperiya siyasətinin əleyhinədirlər. Bu poiltoloqun hüquqları pozulan Dağıstan xalqlarının hüquqlarını müdafiə etməyə cürəti çatmır, bunun əvəzində Azərbaycana şər atır. Azərbaycanda tolerantlıq hökm sürür, milli azlıqların hüquqları tamamilə təmin olunur. 300 min rusun Azərbaycandan köçüb getməsi barədə dedikləri də, təbii ki, yalandır. Görəsən, bu politoloq bu rəqəmi hardan alıb? Azərbaycanda heç bir vaxt hansısa xalqa qarşı zorakılıq olmayıb və heç kəs burdan qovulmayıb. Ruslara və digər xalqlara qarşı heç bir ayrıseçkiliyə yol verilməyib. Vadim Truxaçevin 300 min rus barədə dedikləri də tamamilə cəfəngiyyatdır, Azərbaycanda bu gün də ruslar kütləvi şəkildə yaşayırlar, heç bir problemlə üzləşmirlər. Truxaçev tamamilə erməni ağzı ilə danışır. O, 300 min rusun Azərbaycandan guya qovulması kimi saxta iddia ilə ölkəmizə qarşı düşmən mövqeyini ortaya qoyur. 20 yanvar faciəsi ərəfəsində biz guya  300 min rusu burdan qovmuşuq. Bu çox təxribatçı fikirdir. Bu yerdə deyirlər ki, adımı sənə qoyum, səni yana-yana qoyum. Təbii ki, deyilənlərin hamısı cəfəngiyatdır".

Azərbaycan tarixi dərslikləri ilə bağlı iddialara gəlincə, professor Zülfüqarlı bunu da absurd adlandırır. M.Zülfüqarlının sözlərinə görə, yeni dövrdə Azərbaycan tarixi tamam real faktlar əsasında yazılır, ağa ağ, qaraya qara deyirik. O hesab edir ki, Çar Rusiyanın və Sovetlərin Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasətinin bu gün tarix kitablarında əks olunması  Vadim Truxaçevi narahat etməməlidir, o, bu imperiya siyasətindən utanmalıdır. IX əsrdə Kiyev Rus dövləti yaranandan işğalçılıq siyasəti həyata keçirdiyini deyən M.Zülfüqarlı bildirdi ki, bu, Azərbaycandan da yan keçməyib. O, bu  faktın tariximizdə əks olunduğunu bildirdi. M.Zülfüqarlının sözlərinə görə, Truxaçev müasir Rusiya barədə düşünmək əvəzinə Çar Rusiyanın və Sovetlərin imperiya siyasətini dəstəkləyir. "Truxaçev qəsdən təxribat xarakterli iddialar ortaya qoyub ki, buna da hər bir Azərbaycan tarixçisi cavab verməyə borcludur. Çar Rusiyası və Sovet hökuməti tərəfindən saxtalaşdırılmış tariximizi yeni-yeni saxtalaşırmadan xilas edə bilirik, obyektiv tariximizi ortaya qoyuruq. Bu da Truxaçev kimi savadsız politoloqları narahat edir və onlar bu cür səsrsəmləmələrə yol verir. Bunun  Putinin Azərbaycanda olduğu vaxtda ortaya atılması ilk növbədə Putinin özünə hörmətsizlikdir. Bu mdəəniyyətsizlikdir, tarixi bilməməzlikdir. Buna layiqli cavab verməyin tam yeridir"-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 09:11
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ