Bazar günü günü, 25 oktyabr 2026
     

Putin Əsədi Şəraaya vermədi - Şəraanın Putinə nə edəcəyi maraq mövzusudur...

Image


Elşad Həsənov: “Hazırkı şəraitdə Əhməd Əl-Şaraa Putinə nə edə bilər, heç nə”

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaraa Rusiyadan ötən il dekabrın 8-də ailəsi ilə birlikdə ölkədən qaçıb Moskvaya sığınan Bəşər Əsədin onlara təhvil verilməsini tələb edib. O bildirib ki, Əsəd mühakimə üçün Suriyaya ekstradisiya edilməlidir.

Moskvadan isə Suriya hakimiyyətinin Əsədin ekstradisiyası tələbi qəti şəkildə rədd edilib və Əsəd və ailəsinin Putinin himayəsində olduğu bildirilib. Kreml devrilmiş lider Əsədin Rusiyada qalmağa davam edəcəyini və bununla bağlı hər hansı dəyişikliyin planlaşdırılmadığını bildirib. Həmçinin ilk dəfə olaraq Əsədin birbaşa Putinin göstərişi ilə Moskvada olduğu və onun “media və siyasətdən tamamilə kənarda qalması” şərti ilə qəbul edildiyi açıqlanıb.

"Əsədin Moskvada qalmasının şərtlərindən biri də bütün siyasi və media fəaliyyətlərindən uzaq durmasıdır" - deyən Rusiyanın Bağdaddakı səfiri Alperus Kotraşev Əsəd və ailəsinin Moskvanın qoyduğu bütün qaydalara əməl etdiyini bildirib.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də Dəməşqdə çevriliş cəhdindən qaçaraq Rusiyanın Latakiyadakı Hmeymim bazası vasitəsilə Moskvaya gedib və hazırda ailəsi ilə birlikdə burada yaşayır.

Rusiya Əsədi verməkdən imtina etdi. Bu, Rusiya-Suriya münasibətlərinə necə təsir edəcək?

“Putin Bəşər Əsədi Suriyaya verərsə, onun Rusiyaya gətirilən qızılı, pulu, varidatı da geri qaytarılmalıdır, amma bunu etməz”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində “Əvvəlcə onu demək lazımdır ki, Bəşər Əsədin atası Hafiz Əsədin dövründən Rusiya və Suriya arasında yaxşı münasibətlər olub. Bəşər Əsəd dövründə də Rusiya onların hakimiyyətini daim dəstəkləyib”-deyə bildirdi.

E.Həsənovun sözlərinə görə, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışdığından və burda da vəziyyət gərgin olduğundan, Bəşər Əsəd Suriyadan qaçmazdan təxminən bir həftə əvvəl Moskvaya gəldi, Putinlə gecə yarısı görüşdü, amma Putin onu əliboş qaytardı. “Rusiya o vaxt Bəşər Əsədə heç bir hərbi yardım göstərə bilmədi. Dediyimiz kimi, real vəziyyət bu idi ki, onun hərbi qoşunları Rusiya-Ukrayna müharibəsində iştirak edir və Bəşər Əsədə əlavə hərbi yardım göstərməsi onun əlavə gücü yox idi. Bunun üzərində dekabrın 8-də (2024) Azadlıq ordusu Dəməşqə daxil olandan sonra əl-Şaraanın rəhbərliyi ilə Bəşər Əsəd rejimi devrildi, o Rusiyaya qaçdı. Onu da bildirək ki, hələ xeyli əvvəl Bəşər Əsəd Rusiyanın Elit rayonunda özünə, övladlarına və yaxın qohumlarına çox böyük maddi dəyəri olan mənzillər alıb. Eyni zamanda, ekspertlərin dediyinə görə, Bəşər Əsəd özü ilə Rusiyaya 250 ton qızıl, bundan əlavə, 200 milyarddan artıq qiyməti olan varidatını gətirib yerləşdirib. Yəni belə bir personanın Suriyaya geri qaytarılması heç cür mümkün deyil. Çünki tarixdən məlumdur ki, belə hadisələr olanda, xüsusilə də Rusiya, ABŞ, Fransa, İngiltərə kimi böyük ölkələrə sığınan birinci şəxsləri, dövlət başçısı olan şəxsləri geri vermirlər. Bu bir qəbul olunmuş qanundur. Bu səbəbdən də Putin Bəşər Əsədi Əhməd Əl-Şaraaya verməyəcək. Putin Bəşər Əsədi Suriyaya verərsə onun Rusiyaya gətirilən qızılı, pulu, varidatı da geri qaytarılmalıdır, amma bunu etməz. Təbii ki, bu qızıllar, bu pullar Suriya xalqına məxsusdur, bu onların var-dövlətidir, Əsəd çapıb-talayıb Rusiyaya gətirib”.

E.Həsənov qeyd etdi ki, Bəşər Əsədi qaytararsa onun gətirdiyi varidatı da geri verməli olacaq, Rusiyanın isə onu qaytarmaq niyyəti yoxdur. “Bəşər Əsəd qaçıb Rusiyaya gələndə demişdik və indi də o fikrin üstündəyik ki, bu vəsaitdən Rusiya Ukrayna ilə apardığı müharibədə istifadə edir. Rusiyanın getdikcə iqtisadi vəziyyəti çətinləşir. Əvvəllər bu ölkəyə neftdən, qazdan, yanacaqdan 1 milyard avro gəlir gəlirdi, indi o gəlir azalır. ABŞ Rusiyanın enerji resurslarına sanksiya qoyub. Ona görə də getdikcə iqtisadi vəziyyəti çətinləşir. Bəşər Əsədin gətirdiyi vəsait də Putinin əlini oynadı. Yəni onlar Bəşər Əsədə müəyyən bir faiz saxlasa böyük işdir. Rusiya hakimiyyəti o pulu alıb istifadə edir. Bu da, təbii ki, Rusiya-Suriya münasibətlərinə sərinlik gətirir. Ona görə də hələlik Rusiya Suriyada əvvəlki bazalarını saxlaya bilmir, onun qoşunları çıxarıldı və müəyyən danışıqlar aparırlar ki, o bazaları saxlasınlar. Bildiyimiz kimi, Əhməd Əl-Şəraa da Türkiyənin dəstəklədiyi liderdir. Bu gün Suriyada vəziyyət çox ağırdır. İndi Suriyada Türkiyə öz bazalarını qurur. Burda da digər qüvvələr İsraildən istifadə edirlər. İsrail də Türkiyənin qurduğu bazaları bombardıman etdi. Bu da Suriyada Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsinə yönələn bir addımdır. Hesab edirəm ki, bütün bunlar diplomatik yollarla həll olunmalıdır. Yəni Rusiya da Suriyada İran kimi öz mövqeyini itirdi. Hazırkı şəraitdə Əhməd Əl-Şaraa Putinə nə edə bilər, heç nə. Çünki Suriyanın Rusiyadan bəzi aslılıqları var. Əhməd Əl-Şaraa onları siyasi yolla qaydasına qoyacaq, istəməz ki, Rusiya da Suriyaya qarşı döyüşən cəbhənin bir üzvü olsun. Təbii ki, bu halda Türkiyənin də dəstəyi lazım olacaq. Hesab edirəm ki, Suriyadakı vəziyyət yaxın zamanlarda düzələsi deyil. Çünki Suriyada İran, Rusiya, İsrail kimi dövlətlərin marağı var, ABŞ-ın dəstəklədiyi qüvvələr mövcuddur. Bütün bu problemləri Türkiyənin dəstəyi ilə Əhməd Əl-Şaraa qaydasına qoymağa çalışır, amma çox çətin proseslər gedir. Hesab edirəm ki, bu proseslərdə də Rusiya öz maraqlarını təmin etmək üçün müəyyən addımlar atacaq. Ancaq bu gün, bildiyimiz kimi, onun başı Rusiya-Ukrayna müharibəsinə qarışıb. Rusiya Ukraynanın daha çox torpaqlarını işğal etmək istəyir ki, gələcəkdə danışıqlarda əlində güclü kart olsun”-deyə E.Həsənov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ