Bazar günü günü, 25 oktyabr 2026
     

Erməni lobbisinin Azərbaycana qarşı "339 milyon dollarlıq təxribatı" baş tutmadı...

Image


Yazıya başlamazdan əvvəl oxucuları ermənilərin xislətini özündə dürüst ehtiva edən bir zərb-məsəllə tanış etmək istəyirik. Erməniyə deyirlər ki, sən bizdən nə diləsən verəcəyik, amma bir şərtlə ki, sənə verilənin iki qatını türklərə verəcəyik. Erməni isə dərin düşüncədən sonra deyir ki, gəlin gözümün birini çıxarın! Bu zərb-məsəl el arasında "gəl gözümün birini çıxar" kimi lakonik forma alıb, paxıl və xain adamların hərəkətlərinə ictimai qınağı özündə ifadə edir.

İndi ermənilər Azərbaycan xalqına və dövlətinə ziyan vurmaq üçün çox geniş çeşidli "intellektual tryuklar" düşünür. Amma unudurlar ki, dünya yalnız ermənilikdən ibarət deyil və hər kəs öz maraqlarına uyğun qərar verir. Ağıllı hökumətlər bu maraqlardan bəhrələnmək, ermənilər isə Azərbaycana yalnız zərər vurmaq yollarının axtarışındadırlar...

ABŞ-ın dövlət EXIM Bankının direktorlar şurası Azərbaycanın “Silk Way” aviaşirkətinə “Boeing” təyyarələrinin alınması üçün 339 milyon dollar kredit ayrılmasını təsdiqləyib. Təyyarə 2026-cı ilin yayına qədər təhvil veriləcək. Ermənilərin uydurmasına görə, “Silk Way” təyyarələrinin silah daşınmasında iştirak etməsi Amerika tərəfinin krediti təsdiqləməsinə mane olmayıb.

EXIM Bankın (ABŞ İxrac-İdxal Bankı) “Silk Way” üçün “Boeing”i maliyyələşdirməsi haqqında ilk məlumat yanvarın əvvəlində ortaya çıxıb. Bank sövdələşmənin maliyyələşdirilməsi ilə bağlı ictimai rəyləri toplayırdı. Tərəflər tədarük edilən təyyarələrin sayını açıqlamayıblar. Bu əməliyyatlarda bir halda İspaniya bankı Santander, digər halda isə ABŞ-ın Özəl İxrac Maliyyə Korporasiyası (PEFCO) zamin kimi çıxış edib. “Azadlıq Radiosu”nun sorğusuna cavab olaraq, Santander sövdələşmədəki rolunu şərh etməkdən imtina edib.

“Silk Way”ın kredit sövdələşməsinə bank məsləhətçisi David Qolden, EXIM-in nəqliyyat üzrə vitse-prezidenti David Fiori və eyni departamentdə kredit mütəxəssisi Şeril Konlin nəzarət edirdi. 2021-ci ilin aprelində “Silk Way” şirkəti ABŞ-ın Bakıdakı Səfirliyi tərəfindən təşkil edilən virtual forumda iştirak etdi. Bu forumda Amerika rəsmiləri və iş adamları logistika məsələlərində Amerika texnologiyalarını və maliyyə imkanlarını təqdim etdilər. Müzakirə zamanı Türkiyə və Gürcüstan rəsmiləri regional “Şərq-Qərb tranzit dəhlizi və ABŞ-ın ticarət həlləri” haqqında danışıblar. 2017-ci ildə Şeril Konlin ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının təşkil etdiyi tədbirdə də iştirak edib və EXİM-in Azərbaycan şirkətləri ilə həyata keçirdiyi proqramlardan danışıb. Keçən ilin noyabrında EXIM nümayəndələri COP29-da iştirak etmək üçün Bakıya səfər ediblər.
Bu ilin əvvəlindən başlayaraq Ermənistan hökuməti və müxtəlif ölkələrdə yerləşən erməni diaspora təşkilatları EXIM Banka kütləvi müraciətlər ünvanlamağa başladılar ki, guya “Silk Way” aviaşirkəti Azərbaycana yalnız silah daşıyır, ona görə də bu şirkətə yeni “Boeing” təyyarələrinin alınması üçün kredit vermək olmaz. Halbuki Azərbaycana məxsus “Silk Way” aviaşirkəti daha çox beynəlxalq mülki yükdaşımalarda və qismən sərnişin daşıma reyslərində aktiv iştirak edir. “Silk Way” beynəlxalq hava logistikasının artıq bir hissəsinə çevrilib. Bunu Amerika hökuməti ermənilərdən daha yaxşı bilir. Ona görə də ermənilərin kütləvi müraciətinə baxmayaraq, EXIM Bank “Silk Way”a nəzərdə tutulan kreditin ayrılmasına qərar verib.
Digər tərəfdən, prezident Donald Trampın əsas məqsədi ABŞ iqtisadiyyatının dirçəldilməsidir. Sözügedən əqd isə Amerika şirkətlərinə ikitərəfli fayda verir. Bir tərəfdən ABŞ-a məxsus EXIM Bankı kredit verməklə divident qazanır, digər tərəfdən yenə Amerikaya məxsus “Boeing” şirkətinin təyyarələri satılır və şirkət buradan öz mənfəətini götürür. Bir əqdlə Amerika iqtisadiyyatı iki istiqamətdə milyonlarla divident əldə edir. Hətta, Tramp dönəmi olmasa da belə, Amerika bu cür ikitərəfli milyonlar qazandıran əqddən vaz keçməzdi.

EXIM Bank “Silk Way”a kredit vermənin risqləri ilə bağlı “Azadlıq Radiosu”nun sorğularına cavab olaraq bildirib: "EXIM-in məqsədi ABŞ istehsalı olan mal və xidmətlərin alınmasını asanlaşdırmaq üçün kreditlər, zəmanətlər və yaxud sığorta təmin etməklə Amerika iş yerlərini dəstəkləməkdir. Silk Way Airlines və EXIM arasında əməkdaşlığın mahiyyətinə gəlincə, qeyd edirik ki, Silk Way West Airlines Amerika istehsalı olan təyyarələrin icarəçisi və son istifadəçisi, həmçinin kreditin ödənilməsi mənbəyi olacaq. EXIM bu kreditlər üçün zamin rolunu oynayacaq”.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ