Bazar günü günü, 25 oktyabr 2026
     

Göycə gölü hövzəsinin soyqırım “səhifələri”...

Image


Qərbi Azərbaycan bölgəsinin Göyçə gölü hövzəsi Türk-Müsəlman qövmünün sıx məskunlaşdığı, tarixən inkişaf etmiş milli-mənəvi irs zənginliyi və siyasi-ictimai inkişafın təşəkkül tapdığı Türkmən-Oğuz yurdu olmaqla coğrafi üstünlüklərə malik tarixi məkan dəyərlərinə malikdir.

Ona görə də XX əsrin əvvəllərində hay kilsəsi və onun silahlı quldur dəstələrinin (çar Rusiyasının Qafqaz cəbhəsi Ordusunun tör-töküntüləri) davamlı hücumları həm də hövzənin Basarkeçər nahiyəsi (Ağkilsə, Sarı Yaqub, Zod, Ağahüsenli/Nərimanlı, İnəkdağ, Şorca, Şişqaya, Qoşabulaq, Qaraqoyunlu...) kəndləri istiqamətində daha amansız, daha faciəvi olmuşdur.

Göyçə gölündən 14-15 km, nahiyə mərkəzindən 6-7 km cənub-şərqə tərəf aralı olan Qayabaşı kəndi də həmin dövrdə bu sırada amansız qətliamları-faciələri yaşayan bir yurd olmuşdur. Dağlıq relyef və mənzərəli təbiət mənzərisinə (Göyçə gölünə tökülən Böyük və Kiçik çay yataqlarının üstünü tutan çılpaq dağlıq-qayalıq ərazi) malik olan bu kənd 2027 m hündürlükdə, Basarkeçər-Kəlbəcər yolu üstündə, sıldırımlı qayalar qatında qərar tutmuşdur, ətrafı təbii və təhlükəsiz səngər ocaqları olan Qayabaşı kəndində 1918-ci ildə 20-25 ev, əhalisi bir neşə tayfa qoluna (Nağılar, Əlməmmədlilər, Qasımlılar, Şabanlılar...) mənsub olub.

Silahlı hay duldurları 1905-1907-ci illərdə olduğu kimi, 1918-ci ilin fevral-mart aylarında nəinki Qayabaşı, eləcə də, yaxınlığdakı Şişqaya (bu kəndin bir damına qonşu kəndlərdən əsir götürülən 400 nəfərə yaxın dinc sakin diri-diri yandırılıb, təkcə Qayabaşı kəndinən olan Məhərrəm bacadan çıxaraq canını qurtarıb), Göysu, Zərkənd, Zod...kəndlərinə də, Qaranlıq istiqamətindən basqın edərək (yerli hay dəstələri də daxil) camaatı qırmış, qarətlərini etmiş, bütün evlər oda-alova qərq olunmuşdur.

Qayabaşı kəndin yaşlılarından İsmayıl Cəlil oğlu (1877-1972), Mülayim Hüseyn qızı (1902-2006) deyirdilər ki, bu qəttlər-soyğunçuluq Osmanlı Türk Ordusunun gəlişinə qədər davam etdi. İqdır-Qars istiqamətindən gələn Nuru paşanın nizami bölük hissələri kənddə İskəndər Hacı Xıdır oğlu (1867-1931), Məhəmməd ağa Alməmmədli (1872-1928), Səməd ağa Vəli ağa oğlu Nəsibbəyli (1868-1918, “Qırmızı Tabor” könüllü müdafiə birliyinin rəhbəri A.X.Şadlinskinin (1886-1930) dayısı)..kimi imkanlı şəxslərin/ağsaqqalların köməkliyi ilə məclis-məşvərət keçirdilər, döyüş mövqeləri tutaraq hay dəstələrini Qaranlıq nahiyəsinə qədər qovub kəndlərdən çıxardılar.

Basarkeçər nahiyəsinə daxil olduqdan sonra Nuru paşa camaat qarşısında çıxış etdi:

- Düşmənə qarşı sizinlə birgə, yenilməz qisas hissi ilə mübarizə aparacağıq. Biz sizə arxalanırıq, ümumi gücümüzü səfərbər etməliyik...

Türk Ordusu Qaranlıq nahiyəsinə (Göyçə gölünün cənub-qərb hissəsinə) yürüş edib, o bölgəni hay-daşnak quldurlarından azad edərək İncəcavan (İcevan) nahiyəsinə çıxdılar...

Yerli özünü müdafiə qüvvələri ilə birlikdə Osmanlı Türk ordusunun bir neçə bölüyü İcevan şəhərinədək, Kəvər, Qaranlıq, Basarkeçər və Çəmbərək nahiyələri boyunca hərəkət edərək “Qaraqoyunlu dərəsi”nədək hücumu davam etdirmişlər.

Könüllü dəstə üzvlərindən İbrahim Şaban oğlu (1878-1972) 1904-1915-ci illərdə də hay-daşnak dəstələrinə qarşı vuruşub, sonra Çanaqala cəbhəsinədə döyüşlərdə (dekabr, 1914-cü il-mart, 1915-ci il) də iştirak etmişdir.

Qayabaşı kənd sakini İsrafil Oruc oğlu (1911-1994) söyləyirdi ki, 7 yaşı olanda kəndə hücum edən quldur haylardan qorunmaq üçün camaatın bir hissəsi yaxınlığdakı zağalara sığınmış, sonra “Teymurun yurdu”na, qonşu Daşkənd kəndinə üz tutmuş və Kəlbəcər nahiyəsinin Dəmirçidam kəndinə də keçənlər olmuşdur. İsrafil və böyük qardaşı Rəsul hayların əlinə keçir, öküzə bağlayıb gətirirlər Basarkeçər şəhərinə, burda bir dama yığıblar, üstlərinə ot, küləş yığıblar ki, yandırsınlar. Zod kəndinin el ağsaqqalları onları zaminə götürüb öküz arabaları ilə çıxarıblar, sonra piyada gediblər Dəmirçidam kəndinə. İsrafil danışırdı ki, ac-yalavac kəndə çatanda bir xaladan çörək istədim, mən də acından ölürəm dedi, ağladım, yuxuya getdim. Qarğıdalı çörəyi gətirdilər, daşa dönmüşdü, suya batırıb yedik... ordan gəldik Gədəbəy nahiyəsinin Samanlıq kəndinə....və 4 il orada qaldıq.

Həmin illərin soyqırım faciələrini yaşamış Kərbalayı Əfsər Hümbət oğlu (1876-1971) tanınmış və inanılmış din xadimi, əhaliyə kömək etdiyinə görə, təqiblərə və işgəncələrə məruz qalıb, Kəvər həbsxanasında saxlanılıb, sürgün edilib, qayıtdıqdan sonra Kəlbəcərdə yaşayıb.

Bu müddət ərzində Basarkeçər nahiyəsinin boş qalan bir çox kəndlərini hay-daşnak qruplaşmaları bütünlüklə qarət etmiş, sonra isə oda qalamış, qiymətli tarixi-maddi abidələri dağıtmış, bəzilərini isə İrəvan şəhərinə, Ü(İ)çmüəzzin kilsəsinə aparmışlar.

Qeyd etmək lazımdır ki, bu bölgənin 1918-1920-ci illər faciəvi dövründə el ağsaqqalları və hörmətli din xadimlərinin səyi ilə bir çox amansız qırğınların, işgəncələrin qarşısı alınmışdır.

Qayabaşı kəndinə hücum edən hay-daşnak dəstələri kəndin üstündəki (şərqə tərəf, 200 m aralıda) Səngər dağında (Sarıyer yaylağı yaxınlığında) qurduqları toplarla atəşə tutduqdan sonra, qəflətən hücuma keçmişlər. Az sayda qurtulan camaat Kəlbəcər nahiyəsinə tərəf üz tutmuş, “İskəndərin zağası”nda, “Teymurun yurdu”nda qaldıqdan sonra Dəmirçidam kəndinə sığınmışlar, orda nahiyənin Ağkilsə kəndindən didərgin düşmüş məşhur aşıq Ələsgər Alməmmədoğlu (1821-1926) ilə görüşmüşlər...

Basarkeçər nahiyəsinin kəndlərində 1918-1920-ci illərdə hay kilsəsi və birləşmiş rus-hay nizami qüvvələri tərəfindən (A.T.Ozanyan, D.M.Kanayan, M.M.Silikyan...başda olmaqla) törədilən soyqırım qırğınlarının qurbanları 20 min nəfərdən artıq olub (ümumilikdə, Göyçə bölgəsində 60 min nəfər dincTürk-Müsəlman dini-irqi mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib), Oğuz-Türkmən mədəniyyətinə aid qiymətli tarixi-maddi abidələr dağıdılmış, məhv edilmiş, həddən-ziyadə külli miqdarda mal-mülk qarət edilmiş, onlarca yurd-yuva ocaqları yer üzündən silinmişdir. Təkcə 1920-ci ilin aprel ayında 15-20 mindən artıq evi hay quldurları tərəfindən qarət olunmuşdur (Yeni Bəyazid qəzasında 84, Göyçə qəzasında 22 kənd oda qalanmışdır).

Qədim Göyçə mahalının əski taixi-mədəniyyət irsinə və etnomilli ocaqlarına qarşı soyqırım faciələrini Əlahiddə “erməni” diviziyası timsalında yaşadanlardan biri olan, nahiyənin kəndlərində amansız qətliamlara başçılıq etmiş M.Silikyan (1882-1937, Hərbi nazirin müavini, 28 may 1919-cu ildə general-leytnant çinində) 1920-ci ildə Yeni-Bəyazid qəzasının (Göyçə gölünün cənub, cənub-qəb və cənub-şərq ərazilərini əhatə etməklə) general-qubernatoru olmuş, Qars-Gümrü cəbhələrində qırğınları daha da genişləndirmişdir.

Bu dövrün faciələri haqqında 1936-cı ildə Moskva şəhərində nəşr edilən “İnqilabçı Şərq” jurnalında (2-3-cü nömrələrdə) hay tədqiqatçısı A.A.Lalayanın çap etdirdiyi “1918-1920-ci illərin qırğınları” məqaləsində yer verdiyi daşnak zabiti Vahramın xatirələri aydın təsəvvür yaradır:

- Basarkeçər nahiyəsi mərkəzində və kəndlərində Türk əhalisini qırdığımız zaman güllələrə heyfimiz gəlirdi, onları su quyularına yığıb üstlərinə daş tökürdük...

Həmin qırğınların təcviri 1938-ci ildə “Tarixi qeydlər” jurnalının 1938-ci il 2-ci sayında, eyni müəllifin “Daşnakstyun partiyasının əksinqilabı fəaliyyəti” məqaləsində də faktlar və rəqəmlərlə verilmişdir.

R.S. Dinsiz hay kilsəsi Qoşabulaq kəndini - “Şatcrek”, Sarı Yaqub kəndini-“Caxatsadzor”, Ağkilsə kəndini - “Azat”, Şorca kəndini - “Şatcrek”, Qayabaşı kəndini - “Geğamabak” ... adlandırmışdır.

R.S.S. Bütünlüklə Qərbi Azərbaycanda, o cümlədən, Göyçə gölü hövzəsində, Basarkeçər nahiyəsində 1918-192-ci illərdə hay kilsəsi və onun quldur hay-daşnak silahlı dəstələri tərəfindən kökənli Türk-Müsəlman qövmünə qarşı törədilən soyqırım faciələri ilə bağlı hərbi-siyasi əməliyyatlarının arxiv-sənədli təsviri Paris şəhərində 1927-ci ildə general-mayor Q.Q.Qorqanyanın (1880-1954) “Dünya müharibəsinin Qafqaz cəbhəsində ermənilərin iştirakı. 1914-1918-ci illərdə.” fransız dilində nəşr edilən əsrində verilmişdir. Bu toplu 2011-ci ildə Moskva şəhərində rus dilində (tərcüməçilər - Y.Pirumyan, E.Dolbakyan, A.M.Şahnəzərəov) çap edilmişdir.

(Yazının hazırlanmasında həm də, Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Qayabaşı kənd sakinləri Həsən İsrafil oğlunun (1945) və Şahsuvar İsmayıl oğlu Nağıyevin (1953) məlumatlarından istifadə olunmuşdur).

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ