Bazar günü günü, 25 oktyabr 2026
     

Avroittifaqın missiyası ilə bağlı Ermənistanın başqa niyyətləri var...

Image


Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib:

“Vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiq olub və sadiq olaraq qalır. Biz, həmçinin, Qazaxıstan XİN-in Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını qiymətləndiririk”.

Bu açıqlama o fonda verilir ki, Ermənistan son vaxtlar sərhəddə yenə təxribatların sayını artırıb. Hətta bu günlərdə Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub. Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla həmsərhəd ərazilərdə “binokl diplomatiyasını” davam etdirir. Buradan aydın görünür ki, Ermənistan rəhbərliyinin sözü ilə əməlləri üst-üstə düşmür. Nikol Paşinyan hakimiyyəti sülh müqaviləsi ilə bağlı bütün maddələri qəbul etdiyini açıqlayaraq beynəlxalq ictimaiyyətdə görüntü yaradır və digər tərəfdən isə şərti sərhədimizdə təxribatlara davam etdirir. Rusiyalı politoloq Aleksey Fenenko bütün bunların təsadüf olmadığını qeyd edir: “İrəvanın iki il ərzində KTMT-yə olan haqlarını və borclarını ödəmək niyyətində olmadığı barədə bəyanatına əsasən aydın olur ki, Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır. O, sözün əsl mənasında KTMT-dən çıxarılmasını istəyir. Paşinyan gözləyir ki, minnətdarlıq hissi ilə Qərb onun üçün nə istəsə, edəcək. Başqa bir məsələ də odur ki, Qərb belə düşünmür. Ermənistanın bir həftəyə yaxın Azərbaycanın mövqelərini necə atəşə tutduğunu, Azərbaycanı növbəti dəfə təxribata çəkməyə çalışdığını gördük. Cavab olarsa, NATO-ya qaçaraq “Bizə kömək edin, Rusiya bizi tərk etdi, hamı bizə xəyanət etdi, kiçik demokratik Ermənistana kömək edin!” deyəcəklər. Deməli, bütün bu atəşlər açıq-aşkar təxribatdır. Odur ki, bütün yuxarıda deyilənləri nəzərə alaraq, Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ayaqlarını sürüyür, həm də Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının “mülki” xarakterindən danışır. Paşinyan qonşuları ilə nə qədər sülhdən danışsa da, yenə də Qarabağın qisasını hesablayır. Və ona ordunu yenidən silahlandırmağı təklif edən hər kəsə xidmət etməyə hazırdır. Ermənistanda hələ də güclü millətçilik hissləri var”.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bəyan edib ki, indiki halda sülh müqaviləsinin imzalanması İrəvana tam təhlükəsizlik zəmanəti vermir. Bununla belə, respublika hakimiyyəti ümid edir ki, bu, müharibənin yenidən başlanması risqini azaltmağa kömək edəcək. Hovhannisyan qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvləri sülh müqaviləsinin mətni üzrə razılaşma xəbərini alqışlayırlar. Eyni zamanda o bildirib ki, sənədin imzalanması mütləq avropalı müşahidəçilərin Ermənistandan çıxarılmasına gətirib çıxarmayacaq. Hovhannisyan qeyd edib ki, Azərbaycan üçüncü qüvvələrin nümayəndələrinin sərhəddən çıxarılmasını tələb edir, lakin İrəvan hesab edir ki, belə bir ifadə müşahidəçilərə şamil edilə bilməz: “Bilirsiniz, hazırda heç nəyə tam əmin ola bilmərik, amma söhbət üçüncü qüvvələrdən gedirsə, avropalı müşahidəçilər qüvvədirmi? Bu, müşahidə missiyasıdır. Yəni məntiq belə tələblərin olmamasını diqtə edir, amma təbii ki, bunu dəqiq söyləmək çox çətindir. “Güc” deyəndə, biz adətən hərbi mövcudluğu nəzərdə tuturuq”. Eyni zamanda, İrəvan hesab edir ki, parlamentdə müzakirə olunan Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsi respublikada avropalı müşahidəçilərin rolunun genişlənməsinə səbəb ola bilər: “Əgər onlar indi Ermənistan-Azərbaycan sərhədində pozuntuları izləyirlərsə, o zaman gələcəkdə asayişin, demokratik təsisatların inkişafına töhfə verə bilərlər”. Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan bildirib ki, əslində Ermənistan sülh müqaviləsinin mətni ilə deyil, Azərbaycanın İrəvanın yerinə yetirməli olduğu şərtlər siyahısı ilə razılaşmalıdır. O, həmçinin qeyd edib ki, adətən sənədlərin mətnləri danışıqlar prosesinə zərər verə bilərsə, dərc edilmir. Bu baxımdan Azərbaycanın qorxacağı bir şey yoxdur, çünki istədiyini almaqda israrlıdır: “Eyni zamanda, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlər irəli sürüb ki, bu, ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyanın dəyişdirilməsi formasındadır. Bu, o deməkdir ki, Bakı təkcə sülh müqaviləsi ilə bütün məqsədlərinə çatmayacaq”. Öz növbəsində, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, Azərbaycan Ermənistanın Konstitusiya və ATƏT-in Minsk Qrupu qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə zəmanət almaq istəyir: “Azərbaycan hakimiyyəti İrəvana hər iki bəndin sülh müqaviləsi layihəsinə daxil edilməsini təklif edib. Beləliklə, mətndə qeyd oluna bilər ki, Ermənistan öz Əsas Qanununu dəyişməyincə sazişin bəzi bəndləri qüvvəyə minməyəcək. Lakin Ermənistan hakimiyyəti referendumun qonşularının tələbi kimi görünməsini istəmədiyi üçün bu təklifi rədd edib. Bu, onların haqqıdır, lakin Bakının mövqeyini dəyişməyib”. O, həmçinin, Azərbaycanın sülh müqaviləsinin təşəbbüskarı olduğunu və lazım gəldikdə Ermənistan tərəfinə güzəştə getdiyini diqqətə çatdırıb. Xüsusilə, Zəngəzur dəhlizi deyilən mövzu danışıqlardan çıxarılıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ